Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə22/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   18   19   20   21   22   23   24   25   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



57

Tütün məmulatları-

nın istehsalı 

30,5 22,3  22,8  19,6  13,1 

Toxuculuq sənayesi 34,8 29,4  52,3  57,7  46,7 

Geyim istehsalı 16,3 

34,7 38,5 36,8 27,6 

Dəri və dəri məmu-

latlarılarının, ayaq-

qabıların istehsalı 

4,5 20,9  20,0  29,6  20,0 

Ağac emalı və 

ağacdan məmulatla-

rın istehsalı 

9,6 12,1  14,4  11,8  4,1 

Kağız və karton 

istehsalı 

3,1 11,5  27,9  17,3  17,1 

Poliqrafiya 

fəaliyyəti 

23,1 38,4  45,4  43,0  42,9 

Neft məhsullarının 

istehsalı 

836,8


2 160,6  2 483,8  2 376,0  2 090,1 

Kimya sənayesi 198,3

120,3 189,0 180,6 200,1 

Əczaçılıq məhsul 

larının istehsalı 

0,7 1,0  1,9  1,7  3,2 

Rezin və plastmas 

məmulatların 

istehsalı 

23,5 43,3  78,9  71,6  63,8 

Tikinti 

məmulatlarının 

istehsalı 

135,4


452,2 280,7 323,0 352,1 

Metallurgiya 

sənayesi 

171,8


135,2 195,6 347,1 303,1 


Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

58



Hazır metal məmu-

lat larının istehsalı 

156,4

135,1 105,1 171,2 96,5 



Kompyuter və digər 

elektron avadanlıq-

ların istehsalı 

7,3 54,6  72,5  66,5 106,1 

Maşın və avadan-

lıqların istehsalı 

32,8 151,2  156,7  151,5  246,4 

Avtomobil və 

qoşquların istehsalı

5,2 3,0  3,8  4,5  3,7 

Digər nəqliyyat va-

sitələrinin istehsalı 

13,4 10,2  10,3  10,5  12,5 

Mebel istehsalı 17,5 

51,5 45,7 38,7 35,8 

Zərgərlik, musiqi, id-

man və tibb avadan-

lıqlarının istehsalı 

18,7 12,1  4,9  10,0  6,8 

Maşın və avadanlıq-

ların istehsalı, quraş-

dırılması və təmiri 

147,8

66,3 94,0 126,7 



182,4 

Elektrik enerjisi, qaz 

və buxar istehsalı, 

bölüşdürülməsi və 

təchizatı 

480,8


1 225,5  1 555,9  1 724,3  1 770,9 

Su təchizatı, tullantı-

ların təmizlənməsi 

və emalı 

82,2 154,5  184,3  201,7  222,1 

 

Cədvəlin təhlili göstərir ki, sənaye məhsullarının çeşidinin geniş-



ləndirilməsi və istehsal həcminin artırılması prosesləri mövcud poten-

sialı əks etdirmir. Ölkədə ərzaq təhlükəsizliyi tədbirlərinin gücləndiril-

məsinə, Bakıda və regionlarda çoxsaylı qida məhsulları istehsal edən 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



59

müəssisələrin yaradılmasına baxmayaraq, 2012-2013-cü illərdə bu sa-

hədə istehsal olunan məhsulların ümumi həcmində artım olmamışdır. 

Azərbaycanda  ənənəvi tekstil müəssisələrinin olmasına baxmayaraq, 

hazırda bu sahədə vəziyyət xeyli pisdir. Çünki, sahənin məhsul isteh-

salı cüzidir və 2013-cü ildə istehsal daha da aşağı düşmüşdür. Ölkədə 

dəri və dəri məmulatların, ayaqqabıların istehsalına kifayət qədər ehti-

yac olduğundan, bu sahədə yerli xammal bazasının və yarımfabrikat-

ların  əldə edilməsi imkanlarının mövcudluğu  şəraitində, bu sahələrin 

inkişafında durğunluq davam etməkdədir. Biz əvvəldə qeyd etmişdik 

ki, ölkənin kimya və metallurgiya sənaye sahələri güclü potensiala və 

rəqabətqabiliyyətlilik xüsusiyyətlərinə malikdirlər. Təəssüf ki, 2005-

2013-cü illərdə kimya sənayesi üzrə məhsul istehsalında artım cüzidir 

və sahənin potensialı istifadə edilməmiş qalır. Metallurgiya sənayesin-

də də 2012-ci ilə nisbətən məhsul istehsalının həcmi aşağı düşmüşdür. 

Məlumdur ki, Azərbaycanda mebel istehsalının genişləndirilməsi üçün 

hər cür şərait və güclü potensial vardır. Bu sahədə yüzlərlə müəssisə-

lər, bir sıra iri şirkətlər fəaliyyət göstərirlər. Bütün bunlara baxmaya-

raq, 2011-ci ildən başlayaraq, bu sənaye sahəsində məhsul istehsalının 

aşağı düşməsi tendensiyası gedir. Azərbaycanda sənaye istehsalının 

sahə strukturunun təhlilinə baxsaq, ümumi sənaye istehsalında 1 %-

dən yuxarı payı olan sahələrin sayı olduqca azdır və bu faktlar sahədə-

ki problemlərin çoxluğunu göstərir. 

Son illərdə Azərbaycanda dinamik inkişaf tendensiyası ilə fərqlə-

nən qeyri-neft sektorlarından biri də tikinti sənayesidir. Əgər 2005-ci 

ildə tikinti işlərinin ümumi həcmi 1558,0 mln. manat idisə, bu rəqəm 

2013-cü ildə 8227,1 mln. manat təşkil etmişdir. 2005-2013-cü illlərdə 

62 mlrd. manata yaxın vəsait əsas kapitala yönəldilmişdir. 2013-cü il 

ərzində əsas kapitala yönəldilmiş 17,9 mlrd. manat vəsaitin 73,0 %-i 

qeyri-neft sektorunun inkişafına istiqamətlənmişdirDigər bir dinamik 

inkişaf tempi nümayiş etdirən qeyri-neft sektoru kimi – nəqliyyat sa-

həsini qeyd etmək olar. 2013-cü ildə nəqliyyat sektorunda yükdaşıma-

ların ümumi həcmi 218,0 mln. ton təşkil etmişdir ki, bu da 2005-ci illə 

müqayisədə 1,7 dəfə çoxdur. Nəqliyyat sektorunda yük dövriyyəsinin 

ümumi həcmi 2013-cü ildə 90,9 mln. ton səviyyəsinə çatmışdır ki, bu 

da 2005-ci ilə nisbətən 3,4 dəfə artıqdır. Avropa-Qafqaz-Asiya nəqliy-

yat dəhlizində yükdaşımaların ümumi həcmi 2005-ci ildəki 46,7 mln. 

Tondan 2013-cü ildə 59,0 mln. ton səviyyəsinə qədər artmışdır. Başqa 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

60



bir qeyri-neft sektoru sahəsi olan – rabitə sahəsində informasiya və 

rabitə xidmətlərinin həcmi 2005-2013-cü illərdə 3,2 dəfə artaraq, 

2013-cü ildə 1528,1 mln. manat təşkil etmişdir. İKT-nin inkişaf indek-

si 2005-ci ildə 2,58 olmuşdursa, bu göstərici 2013-cü ildə 8,32-yə 

yüksəlmişdir.  İKT sektorunun sürətli inkişafı qeyri-neft sektorunun 

prioritet sahələrindən biri statusunu almağa imkan verib. Ölkədə İKT-

nin inkişafı ilə bağlı strategiyalar və dövlət proqramları həyata keçiril-

məkdədir. Bu proqramlardan Azərbaycan Respublikasında rabitə  və 

informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün 

Dövlət Proqramı (Elektron Azərbaycan), Azərbaycan Respublikasının 

İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə 

Milli Stategiya (2003-2012-ci illər) və digərlərini qeyd etmək olar. 

Akademik Ə. Abbasov qeyd etmişdir ki, görülmüş tədbirlər nəticəsin-

də  İKT infrastrukturu genişləndirilib, müasir xidmətlərə  və  bəzi  İKT 

məhsullarının ixrac edilməsinə başlanılıb. Azərbaycanın ilk telekom-

munikasiya peykinin fəaliyyəti artıq ölkəmizə  gəlir gətirməkdə  və 

qeyri-neft ixracının potensialını genişləndirməkdədir. 

Qeyri-neft sektorunun mövcud vəziyyətinin təhlilində bu sahənin 

inkişafında mühüm əhəmiyyət kəsb edən sahibkarlığın inkişafı di-

namikasının göstəriciləri də diqqəti cəlb etmişdir.  Sənəddə qeyd olu-

nur ki, hazırda özəl sektor ÜDM-də 85 %, vergi daxilolmalarında 72,4 

% təşkil edir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4 

%-i səviyyəsindədir. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və 

iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələ-

rində qeyri-dövlət bölməsinin payı 70-99 % arasında dəyişir. 2013-cü 

il ərzində müəssisə və təşkilatların sayı 2012-ci ilə nisbətən 8,9 % ar-

taraq, 86 min vahiddən çox olmuşdur. 2013-cü ildə kiçik müəssisələ-

rin sayı 10 % artmış və hazırda 62,2 min vahiddən çoxdur. Fiziki şəxs-

lərin sayı isə 5,2 % artaraq 455 min vahidə çatmışdır. Ümumiyyətlə, 

Azərbaycanda iqtisadiyyatın fəaliyyət növləri üzrə müəssisələrin tərki-

bi və yeni yaradılmış müəssisələr üzrə 01.01.2014-cü ilin vəziyyətin 

uyğun olraq emal sənayesində 5382 vahid, tikintidə -9326, ticarət və 

nəqliyyat vasitələrinin təmirində - 23356, kənd təsərrüfatında – 9034 

vahid müəssisələr fəaliyyət göstərirlər. Hüquqi şəxs yaratmadan fə-

aliyyət göstərən fərdi sahibkarların sayı  kənd təsərrüfatında – 63302 

vahid, emal sənayesində -12948 vahid, ticarət və nəqliyyat vasitələri-

nin təmirində 176327 vahid, nəqliyyat və anbar təsərrüfatında – 68205 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə