Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə23/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   19   20   21   22   23   24   25   26   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



61

vahid təşkil edir. Sahibkarlığın maliyyə resursları və kreditlərlə təmi-

natı sahəsindəki mövcud vəziyyəti xarakterizə edən göstəricilər kimi

2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələş-

dirilən biznes və investisiya layihələrinin ümumi həcmi 275,0 mln. 

manat təşkil etmişdir. Bu məbləğin bölgüsü regionlar üzrə -Aran iqti-

sadi rayonu – 19,2 %; Gəncə-Qazax – 15 %; Lənkəran – 9,0%; Şəki-

Zaqatala – 7,5 %; Dağlıq  Şırvan – 6,6 %; Abşeron – 7,6 %; Quba-

Xaçmaz – 1,8 %; Yuxarı Qarabağ – 3,3 %; Bakı şəhərinin qəsəbələri – 

30 % təşkil etmişdir. İl ərzində 4468 layihəyə müsbət rəy verilmiş, bu 

layihələrdən 95,7 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 3,9 %-i 

isə  sənaye və digər sahələrin inkişafı ilə bağlı olmuşdur. Qeyri-neft 

sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun inkişafı ölkə 

əhalisinin  ərzaq təhlükəsizliyinin təmin olunması  vəzifəsini daşıyır. 

Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən 

investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin veril-

məsinə diqqət artırılmışdır. Qeyd olunduğu kimi, aqrar sektor və kənd 

təsərrüfatı sahələrinin qeyri-neft sektorunun potensialının artırılmasın-

da böyük ehtiyatları vardır. Bir tərəfdən ölkə əhalisinin yarısından ço-

xu kənd rayonlarında yaşayır, deməli, əmək ehtiyatları vardır, digər tə-

rəfdən, regionların sürətli inkişafı, investisiya mühitinin, cəlbediciliyi-

nin artması, infrastruktur şəbəkələrinin genişləndirilməsi, bu sektorda 

məhsul istehsalının həcminin artırılmasına, sektorun davamlı inkişa-

fına imkan verən əsas amillər kimi göstərilə bilər. 

Biz əvvəllər də bildirmişdik ki, qeyri-neft sektorunun mövcud və-

ziyyətini daha obyektiv təhlil etmək və qiymətləndirmək üçün ilk növ-

bədə, ona təsir edən mühüm amillərin qiymətləndirilməsi vacibdir. 

Azərbaycanda ölkə iqtisadiyyatının inkişafı proseslərində neft-qaz sə-

nayesinin lokomotiv rolunu qeyd etmək lazım gəlir. Bunlar barədə 

çoxlu sayda tədqiqat materialları və təhlillər vardır, bu səbəbdən neft-

qaz sektorunun göstəricilərini təhlil etməyi məqbul saymamışıq. Am-

ma bu sektorun emal sahələri, yəni qeyri-neft sektoru sahələri ilə bağlı 

bir sıra problemlərə toxunmaq zərurəti qalmaqdadır. Hələ sovetlər dö-

nəmində bu sektorda yəni neft-kimya sənayesi müəssisələrində Azər-

baycanın sənaye istehsalının 20 %-ə qədəri istehsal olunurdu və səna-

yedə işləyənlərin hər 8 nəfərindən biri bu sektorda çalışırdılar. Sekto-

run bir sıra məhsulları dünya ölkələrinə, 100-lərlə Sovetlər Birliyi şə-

hərlərinə göndərilirdi. Düzdür, hazırda iri neft-kimya müəssisələrinin 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

62



çoxundan əsər-əlamət qalmayıb, onlar tamamilə istismardan çıxarılıb 

və ya fəaliyyət göstərmirlər. Biz qeyri-neft sektorunun neft-kimya sə-

nayesinin hazırkı vəziyyətini təhlil edərkən ARDNŞ-nin tərkibinə da-

xil olan “Azərikimya”  İstehsal Birliyinin durumuna toxunmaq istər-

dik. Birlik hazırda  əsasən “Etilen-Polietilen” Zavodunun bazasında 

fəaliyyət göstərir. Professor E.Hacızadə ÜDM ilə neft-qaz sektoru və 

qeyri-neft sektoru arasında statistik xətti əlaqədə korrelyasiya nisbətlə-

rinin əmsal ifadəsində qiymətləndirmişdir. Müəyyən olmuşdur ki, bü-

tün istehlak indekslərinin əsasən qorunub saxlanıldığı son 15 il ərzin-

də neft-qaz sektorunda baş verən artım xarakterizə olmuş və ümumi-

likdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Di-

gər tərəfdən neft-qaz sektorunun artım tempinin qeyri-neft olunmaya-

cağı sektoruna korrelyasiyasında da dominantlığın neft-qaz sektoruna 

məxsusluğu əsaslandırılmışdır... Belə vəziyyətdə isə qeyri-neft sekto-

runda yüksək dinamizm meyarlarına nail olunmayacağı  təqdirdə res-

publikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorun-

dakı artım tempi ilə yanaşı addımlayacaqdır. Sonrakı mərhələlərdə isə 

neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. 

Nəzərə alınırsa ki, 2020-2040-cı illərdə ölkədə qaz hasilatında yetərli 

artımlar gözlənilir, onda bu paralellik həmin müddət ərzində də müəy-

yən qədər müşahidə ediləcəkdir. Müəllifin bu mülahizələrinə və qiy-

mətləndirməsinə rəğmən, qeyd etmək olar ki, əgər kimya və neft-kim-

ya kimi geniş potensiallı sənaye sahələrinin güclərindən səmərəli isti-

fadə edilməsə, çətin ki qeyri-neft sektorunun neft-qaz sektoru ilə mü-

qayisədə iqtisadi artımına əsaslı təsir edə biləcək potensialı formalaş-

sın. Belə ki, əvvəldə misal kimi verdiyimiz “Azərikmya” İB-nın ən iri 

qurğusu olan – layihə gücü 450 min ton təşkil edən EP-300 qurğusu 

uzun illər  ərzində modernizasiya edilmədiyindən və kifayət qədər 

investisiya yatırılmadığından bu qurğu fiziki, eyni zamanda mənəvi 

köhnəlməyə məruz qalmış və hazırda istehsal gücünün yalnız 25 %-i 

səviyyəsində fəaliyyət göstərir. Bir çox müstəqil ekspertlər də ölkənin 

qeyri-neft sənayesinin potensialının müasir vəziyyətinə  təsir etmək 

üçün enerji sferasında sənayeləşmənin inkişaf etdirilməsini və emal 

sektorunun genişləndirilməsini zəruri hesab edirlər. 2015-2020-ci 

illərdə sənayenin inkişafı Dövlət Proqramının layihəsinə müasir neft-

qaz emalı və neft-kimya kompleksinin yaradılması, xüsusi iqtisadi zo-

naların təşkili prosesinin başa çatdırılması  və  tədbirlər planı  çərçivə-



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



63

sində xüsusən də güzəştli şərtlərlə xarici investisiyaların cəlb edilməsi 

tədbirləri təklif olunur. Qeyd etmək lazımdır ki, keçid dövrünün ilk 

illərində qeyri-neft sektoru ciddi tənəzzülə  məruz qalmış  və böhran 

illərində bu sahə özünün istehsal həcminin təxminən 80 %-ə qədərini 

itirmişdir... Qeyri-neft sektorunun stimullaşdırılması strategiyası isə 

öz növbəsində bir çox kompleks tədbirlərin həyata keçirilməsini tələb 

edir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı potensialının tam 

reallaşdırılmasına yönəlmiş bütün bu tədbirlərin kompleks şəkildə 

həyata keçirilməsi ixracyönümlü və idxalı  əvəzetmə inkişaf strate-

giyalarının effektiv sintezinə imkan verən müvafiq iqtisadi mexa-

nizmlərinin işlənməsi və realizasiyası əsasında mümkündür. Bu fikir-

lərlə razılaşaraq, qeyd etmək olar ki, hazırda Azərbaycanın qeyri-neft 

sektorunun işinin göstəriciləri bu sahənin potensial imkanlarından 

xeyli aşağıdır və sektorun fəaliyyətinin gücləndirilməsi məqsədilə 

çoxşaxəlilik prinsipləri əsasında kompleks tədbirlərin hazırlanması və 

reallaşdırılması problemləri qalmaqdadır. Biz qeyri-neft sektorunun 

ixrac potensialına bu paraqrafda toxunmadıq, bununla bərabər bu sa-

hədə, qeyri-neft sektorunda investisiya fəaliyyəti, cəlbediciliyi, inves-

tisiyalardan səmərəli istifadə olunması problemlərinə, bu sahələrdə 

mövcud vəziyyətin qiymətləndirilməsinə irəlidə qayıdacağıq. 

Qeyri-neft sektorunun güclü potensiala malik sektorlarından biri 

də  kənd təsərrüfatı  və ya aqrar sektorudur. Prezident İlham  Əliyev 

qeyd etmişdir ki, kənd təsərrüfatı iqtisadiyyatın çox böyük potensiala 

malik olan nəhəng sektorudur. Kənd təsərrüfatının inkişafı  həm də 

gələcəkdə  məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac 

potensialı kifayət qədər böyükdür. Əsas qida məhsulları üzrə biz bir 

ildən, maksimum iki ildən sonra özümüzü tam təmin edəcəyik. Bun-

dan sonra isə artıq xarici bazarlara çıxış prosesi başlanacaqdır. Məlum 

olduğu kimi, iqtisadi təhlükəsizliyin ən mühüm istiqamtələrindən biri 

də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və bu sahədə təkmil-

ləşdirilmiş dövlət siyasətinin formalaşdırılmasıdır. Təsadüfi deyildir 

ki, dünyanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş və əhalinin yaşayış 

səviyyəsinə görə digər dünya ölkələrini xeyli geridə qoyan dövlətlər 

özlərinin iqtisadi siyasətlərində mühüm istiqamət kimi ərzaq təhlükə-

sizliyinə  və  kənd təsərrüfatı sahələrinin inkişafına strateji məqsədlər 

kimi baxırlar. Bu ölkələrdə ən inkişaf etmiş bazar iqtisadiyyatı müna-

sibətləri olmasına baxmayaraq, kənd təsərrüfatının bu və ya digər sa-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə