Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə25/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   21   22   23   24   25   26   27   28   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



67

Nigeriya və  s.).  Bu  ölkələrin bir birində neft-qaz resurslarının ixracı 

ilə bərabər, digər iqtisadiyyat sektorları məhsullarının ixrac potensialı-

nın müxtəlifliyi, bu istiqamətlərdə hansısa paralelliyin olmaması diq-

qət çəkir. Bu amillər nəzərə alınmaqla, Azərbaycanda neft strategiya-

sının reallaşdırılmağa başladığı proseslərlə  bərabər, “optimal ixrac 

konsepsiyası”, “səmərəli ixrac modelləri”, “effektiv ixrac modeli” və 

s. bu kimi prioritetlər, meyarlar axtarışı davam etməkdədir. Ölkədə xa-

rici ticarətlə və ixrac potensialının artırılması ilə bağlı institusional və 

qanunvericilik bazalarının formalaşdırılması, təkmilləşdirilməsi, ixrac 

potensialının maddi-texniki bazasının gücləndirilməsi, nisbətən inves-

tisiya cəlbediciliyinin yaxşılaşdırılmasına baxmayaraq, Azərbaycan 

ixracı hələ də birbaşa olaraq mineral məhsulların, yəni neft-qaz xam-

malının ixracından asılılığı ilə seçilir. Tədqiqatçı A.Paşacanov qeyd 

edir ki, Azərbaycanın gələcəkdə “Holland sindromu” ilə qarşılaşma-

ması üçün milli iqtisadiyyatın diversifikasiya edilməsi istiqamətləri 

müəyyənləşdirilməlidir. Müəllif bildirir ki, qeyri-neft sektorunun inki-

şaf etdirilməsi üçün Azərbaycan beynəlxalq bazarlarda aşağıdakı məh-

sullar üzrə carı və potensial üstünlüklərə malikdir: 

  - Yeyinti və yüngül sənaye məhsulları; 

  - Kimya sənayesi məhsulları; 

  - Metallurgiya sənayesi məhsulları; 

  - Tikinti materialları; 

  - Maşınlar, mexanizmlər və avadanlıqlar. 

Daha sonra cari və potensial müqayisəli üstünlüyə malik olduğu-

muz sahələrin inkişafının təmin edilməsi nəticəsində istehsalın və ix-

racın sahə strukturunun təkmilləşdirilməsi, mövcud təbii-iqtisadi po-

tensialın fəal surətdə  təsərrüfat dövriyyəsinə  cəlb edilməsi və elmi-

texniki potensialın inkişaf etdirilməsi zəruri hesab olunmuşdur. 

Beynəlxalq Valyuta Fondunun “Xarici ticarət” üzrə hesabatında 

qeyd olunur ki, Azərbaycan ixracatının əsasını neft və neft məhsulları, 

xam neft təşkil edir. Bu hal, həmçinin Azərbaycanın əsasən xammal ix-

rac etdiyinə  və neft emalından çox az gəlir götürdüyünə  dəlalət edir. 

Özəl sektorun ixrac əməliyyatlarında iştirakı dövlət sektoruna nisbətən 

aşağıdır. Kiçik və orta sahibkarlıq subyektlərinin xarici ticarətdə iştira-

kının artırılması  həm ixrac, həm də idxal nöqteyi-nəzərindən böyük 

əhəmiyyət kəsb edir. Belə bir faktı göstərə bilərik ki, 2003-2010-cu illər 

ərzində Azərbaycanda ümumi real iqtisadi artımın təqribən yarısı neft 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

68



sektorunun yüksək templə artdığı, 2004-2008-ci illərdə isə 30 %-i qey-

ri-neft sektorunun hesabına baş vermişdir. Eyni zamanda qeyri-neft sek-

toru üzrə mal və xidmət ixracının ilbəil artımı sektorun diversifikasiya 

səviyyəsinin yüksəlməsinə pozitiv təsir göstərmişdir. Müəllif bildirir ki, 

hələlik iqtisadiyyatın strukturunda, ixrac və dövlət büdcəsinin gəlirlə-

rində neft sektorunun payı yüksək olaraq qalır. Qeyd olunan mülahizə-

lərə əsaslansaq, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının 

müasir dövrdə obyektiv təhlilini və qiymətləndirilməsini təmin etmək 

üçün, bizə görə, xarici ticarət dövriyyəsinin dinamikası, xarici ticarətdə 

qeyri-neft sektorunun payı, qeyri-neft sektoru ixracının quruluşu ilə ya-

naşı, ayrı-ayrı ixrac məmulatlarının dinamikasının – onların potensialı-

nın xarakterizə edilməsinə xüsusi diqqət yetirilməlidir. 

Qeyri-neft sektorunun ixrac potensialının obyektiv qiymətlən-

dirilməsi zərurəti ortaya çıxdıqda ilk mühüm meyarlar kimi tədqiqat-

larla, təhlillərlə bərabər, müxtəlif fikir və mülahizələr, beynəlxalq təş-

kilatların və ekspertlərin fikirlərinə  də yer verməyi lazım bilmişik. 

Dünya Bankının mütəxəssisləri tərəfindən hazırlanan “Azərbaycan 

2011-2014-cü maliyyə illəri üçün ölkə tərəfdaşlıq Strategiyası” sənə-

dində qeyd olunur ki, Azərbaycanın qarşısında duran vəzifə, inkişaf 

prosesində impulsu saxlamaq və davamlı, yuxarı orta gəlirli ölkəyə 

çevrilməkdir. Bunun üçün 2 meyar tələb olunacaq. Birincisi, qeyri-

neft iqtisadiyyatını gücləndirmək və rəqabət qabiliyyətini yüksəltmək 

üçün Azərbaycan xarici bazarlara daha çox yönəlməlidir.  İkincisi, 

Azərbyacan bu gəlir artımından tam və effektiv istifadə imkanlarını 

gücləndirməlidir. Azərbaycanın “Holland sindromu”nu idarəetmə 

mexanizmləri yalnız qismən uğurlu olmuşdur. Nominal ifadədə qeyri-

neft ixracı artsa da, onun ÜDM-də payı aşağı düşmüşdür. Azərbaycan 

dünyanın ÜTT-ə daxil olmamış azsaylı ölkələrindən biridir. Azər-

baycan hökumətinin yaxın illərdə ən mühüm vəzifələrindən biri rəqa-

bətli qeyri-neft iqtisadiyyatının qurulmasıdır. Bunun üçün səmərəli 

makroiqtisadi idarəetmə  təmin olunmalı, qeyri-neft sektorunun daha 

yüksək templə artması üçün işgüzar mühit yaxşılaşdırılmalı və qeyri-

neft ixracının artım səviyyəsi əsas meyarlardan birinə çevrilməlidir. 

Qeyri-neft sektorunun ixrac potensialını daha dolğun təsəvvür etmək 

və təhlilini vermək üçün, ilk növbədə Azərbaycanda xarici ticarət dövriy-

yəsinə, o cümlədən, ixracın dinamikasına nəzər salmağı vacib saymışıq. 

 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



69

Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin,  o cüm-

lədən ixracın 1995-2013-cü illər üzrə müqayisəli dinamikası  

(mln. ABŞ dolları ilə). 

 

o cümlədən 

İllər 

xarici ticarət 

dövriyyəsi 

əvvəlki ilə 

nisbətən, %-lə 

ixrac 

əvvəlki ilə 

nisbətən, %-lə 

1995 1304,9 

91,2  632,2 

97,6 


2000 2917,3 

148,4  1745,2 

187,7 

2005 8558,4 



120,0  4347,2 

120,2 


2008 54925,5 

466,6  47756,0  788,3 

2010 27960,8 

134,0  21360,0  145,0 

2011 36326,9 

130,0  26570,9  124,4 

2012 33560,9 

92,4  23908,0 

90,0 

2013 34687,9 



103,4  23975,4  100,3 

 

Cədvəl xarici ticarət dövriyyəsinin və ixarcın həcminin paralellik 



nisbətində artdığını göstərir. Bu, şübhəsiz, bir neçə  dəfə,  əvvəllərdə 

qeyd etdiyimiz kimi, neft və neft məhsullarının ixracının dinamikası 

ilə birbaşa bağlı olmuşdur. 1995-2013-cü illərdə xarici ticarət dövriy-

yəsi 26,6 dəfə artdığı halda, ixracın həcmi 37,6 dəfə artmışdır. 2008-ci 

ildə xarici ticarət dövriyyəsinin əvvəlki illə nisbətdə 4,7 dəfə, o cümlə-

dən, ixracın 7,9 dəfə artması həmin ildə neft xammalının ixracı həcmi-

nin artması və əsasən dünya bazarında xam neftin qiymətinin yüksək 

həddə çatması ilə bağlı olmuşdur. 2012-2013-cü illərdə xarici ticarət 

dövriyyəsinin və xüsusilə ixracın artımında problemlər özünü göstər-

mişdir. Xarici ticarət dövriyyəsi 2008-ci ilə nisbətdə 2013-cü ilin ye-

kunu üzrə 1,6 dəfə, ixrac isə 2 dəfəyə yaxın azalmışdır. 2013-cü ildə 

xarici ticarət dövriyyəsi 2011-ci ilə nisbətən 4,5 %, ixracın həcmi isə 9 

% azalmışdır. Lakin bu göstəricilər hələlik ölkənin ixrac potensialı, 

qeyri-neft ixracı barəsində dolğun təsəvvür yaratmağa imkan vermir. 

Baxılan göstəricilər əsasında belə bir mülahizəni qeyd etmək olar ki, 

ölkə iqtisadiyyatının ixrac potensialı son 2 ildə artmadığından, ölkənin 

xarici ticarət dövriyyəsinin artım tempində qeyd etdiyimiz kimi, prob-

lemlər yaranmağa başlanmış və artım dinamikası zəifləmişdir. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə