Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə18/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   14   15   16   17   18   19   20   21   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



45

Dünya ixracının mallar üzrə strukturu (%-lə)* 

 

 

2000 2011 

İxrac, cəmi 

100 100 


Kənd təsərrüfatı malları 

8,8 9,3 


Ərzaq 

6,9 7,6 


Yanacaq və mineral məhsullar 

13,7 22,5 

Yanacaq 

10,8 17,8 

Emal olunmuş əlvan metallar 

2,0 2,3 


Hazır məhsullar 

74,9 64,6 

Maşınlar, avadanlıq, nəqliyyat vasitələri  41,9 32,3 

 

* Qeyd: müəllif tərəfindən hazırlanmışdır

 

Qeyri-neft sektoru sahələrindən ibarət milli iqtisadi sistemə malik 



güclü potensialı olan Cənubi Koreyanın təcrübəsi diqqəti cəlb edir. 

1995-2010-cu illər  ərzində bu ölkədə ixracın ümumi həcmi 3,6 dəfə 

artmış, 2010-cu ildə 431,9 mlrd. dollar təşkil etmişdir. Bu göstərici ilə, 

Cənubi Koreya dünya ölkələri arasında 2005-ci ildə 11-ci yerdən 

2010-cu ildə 7-ci yerə yüksəlmişdir. Bu ölkənin ixrac üzrə əsas part-

nyorları Çin, Yaponiya, Sinqapur, ABŞ, Meksika, Almaniya və s-dir. 

Cənubi Koreyanın ixracının strukturunda maşın və nəqliyyat vasitələ-

rinin xüsusi çəkisi 63,2 %, sənaye malları materialları 14,7 %, kimya 

məmulatları 11,5 %, mineral yanacaq və sürtkü materialları 7,3 % təş-

kil etmişdir. 

Milli iqtisadiyyatın strukturuna təsir edən amillərin təhlili və tək-

milləşdirilməsi, bu halda innovatik funksiyaların, o cümlədən sənaye 

sahələrin in klaster mexanizmləri ilə gücləndirilməsi, bu sahələrdə is-

tehsal olunan məhsulların rəqabət qabiliyyətini  əhəmiyyətli  şəkildə 

qaldırmaq imkanları yaradar, nəticədə ixrac potensialının gücləndiril-

məsinə yeni elementlər, yeni mənbələr cəlb olunar və s. Birləşmiş 

Millətlər Təşkilatının Ticarət və İnkişaf Üzrə Konferensiyası katibliyi-

nin məruzəsində qeyd olunur ki, qlobal iqtisadiyyat heç cür özünün 

inamlı və dayanıqlı artım yoluna qayıda bilmir. Dünya ölkələrinin in-

kişaf templəri aşağı səviyyədədir. İqtisadi cəhətdən inkişaf etmiş ölkə-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

46



lərin artım templəri 1%-ə yaxın səviyyədən yuxarı qalxa bilmir və 

2008-ci ildən başlayan maliyyə böhranının fəsadlarından azad ola 

bilməyiblər. Dünya üzrə milli iqtisadiyyatların milli istehsal üzrə ar-

tım tempi dinamikası aşağıdakı kimi olmuşdur. 



 

Dünya istehsalının artım dinamikası 

(əvvəlki ilə görə % -lə)* 

 

Regionlar, ölkələr 2005 

2008 

2010 

2011 

2012 

Dünya üzrə 3,5 

1,5 

4,1 


2,8 

2,2 


İnkişaf etməkdə olan ölkələr 2,4 0,0 2,6 1,5 1,2 

O cümlədən ABŞ 3,1 

-0,3 

2,4 


1,8 

2,2 


Cənub- Şərqi Avropa və MDB  6,5 

5,2 


4,5 

4,5 


3,0 

İnkişaf etməkdə olan ölkələr 6,8 5,3 7,9 5,9 4,6 

O cümlədən Çin 

11,3  9,6 

10,4 

9,3 


7,8 

 

*Cədvəl müəllif tərəfindən beynəlxalq təşkilatların məlumatlarına 



əsasən hazırlanmışdır. 

 

Göründüyü kimi, yaxın perspektivdə milli istehsalın artım səviy-

yəsinin dayanıqlığı  və inkişaf etdirilməsi, qloballaşma  şəraitində bu 

vəzifələrin optimal müəyyənləşdirilməsi və adekvat milli iqtisadiyyat 

mexanizmlərinin formalaşdırılması mühüm strateji hədəflər kimi çıxış 

edəcək. Bizə görə, ixracın stimullaşdırılması və ixrac potensialının ar-

tırılması bu proseslərdə əlavə fəallığı və səmərəliliyi təmin edə bilər. 

Əvvəldə qeyd etdiyimiz kimi ixrac yönümlü istehsal sahələrinin geniş-

ləndirilməsi, ixrac infrastrukturunun gücləndirilməsi, milli iqtisadiy-

yatın ixracyönümlü istiqamətlər üzrə diversifikasiyalaşdırılması, bü-

tövlükdə ölkə iqtisadiyyatının inkişafına səmərəli mexanizmlərin cəlb 

edilməsinə imkan verə bilər. 

Bu qeyd olunan amillərin  əksəriyyəti Azərbaycanın milli iqtisa-

diyyatının inkişaf proseslərində bu və ya digər formada yer almışdır. 

Ölkəmizdə qeyri-neft sektorunda ixrac potensialından istifadənin 

mövcud vəziyyətinin təhlili və onun qiymətləndirilməsi bu amillərin 

xüsusiyyətlərini aydınlaşdırmağa imkan verə bilər.

 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



47

2. Ölkə iqtisadiyyatının inkişaf meylləri və diversifikasiyalaş-

dırılması problemləri 

Ölkə iqtisadiyyatının inkişafında ən mühüm meyillərdən biri regi-

onların iqtisadi fəallığının artırılması, onların dünya iqtisadi proseslə-

rinə inteqrasiyasının təşkili və ixrac potensialının formalaşdırılması-

dır. Bu sahədə sabit və davamlı dövlət siyasətinin yürüdülməsi diqqəti 

cəlb edir. Son 10 ildə xüsusilə geniş miqyaslı tədbirlər həyata keçiril-

miş, Dövlət proqramları reallaşdırılmışdır. Bu sahədə ilk dövlət proq-

ramı  çərçivəsində regionlarda infrastruktur obyektlərinin geniş  şəbə-

kəsinin qurulmasına başlanılmışdır. II Dövlət Proqramında isə region-

ların ənənəvi iqtisadiyyat sahələrinin dirçəldilməsi və müasir, modern 

müəssisələr şəbəkəsinin formalaşdırıması prioritetləri daha çox diqqət 

mərkəzində olmuşdur. Nəhayət, ölkə regionlarının iqtisadi inkişaf pri-

oritetlərini özündə  cəmləşdirən hazırkı III Dövlət Proqramında mü-

hüm prioritetlərə regionların sənaye potensialının gücləndirilməsi, iri 

fermer təsərrüfatlarının yaradılması, rəqabətqabiliyyətli məhsulların 

istehsalının təşkili və sairlər aiddirlər.  Bu dövlət proqramlarının  əsas 

mahiyyəti regionun güclü iqtisadi subyektə çevrilməsi aqrar və sənaye 

sahələrinin müasir subyektləri kimi çıxış etməsi, ölkə iqtisadiyyatının 

rəqabət qabiliyyətinin artırılması və ixrac potensialının gücləndirilmə-

si, sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə qaldırılması ilə 

bilavasitə bağlıdır. 

Azərbaycan iqtisadiyyatının digər mühüm tendensiyalarından biri 

də turizm sektorunun inkişafı ilə bağlıdır. Son illərdə ölkədə yüzlərlə 

turizm obyektləri, müasir otellər, istirahət mərkəzləri, turizm-rekreasi-

ya kompleksləri tikilib istismara verilmişdir. Bakıda və regionlarda 

(Quba, Qusar, Qəbələ,  Şəki,  Şəmkir, Gəncə  və s.) dünya şöhrətli-

brend otellərin analoqu istifadəyə verilmiş, idman turizm kompleksləri 

yaradılmışdır. Turizmin inkişafı üzrə qanunvericilik bazası gücləndi-

rilmiş  və bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramı hazırda icra 

olunmaqdadır. Ölkə iqtisadiyyatının inkişafı proseslərində ortaya çı-

xan ciddi problemlərdən biri də qeyri-neft sənaye sahələrinin inkişafı 

məsələləridir. Hələ SSRİ dövründə Azərbaycanda rəqabətqabiliyyətli 

və güclü ixrac potensialına malik sənaye sahələri fəaliyyət göstər-

mişdir (metallurgiya, cihazqayırma, kimya və neft-kimya, neft-kimya 

maşınqayırması  və s.). Son illərdə sahibkarlığın və biznes mühitinin 

inkişafına dövlət dəstəyi mexanizmlərinin daha məhsuldar və səmərəli 

müstəviyə qaldırılması tendensiyası  sənaye sahələrinin yüksək tex-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə