Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə48/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   44   45   46   47   48   49   50   51   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



133

- Respublikamızın zəngin mineral-xammal resurslarına malik ol-

ması; 

- Yüksəkixtisaslı kadr potensialının mövcudluğu; 



- Xarici investisiyaların qorunmasına dair dövlət tərəfindən zəma-

nət verilməsi; 

- Hüquqi-normativ bazanın və qanunvericilik aktlarının mükəm-

məl olması. 

Hazırkı mərhələdə yüksək sürətlə inkişaf edən Azərbaycanda qar-

şıda duran əsas vəzifələrdən biri neft-qaz sənayesi ilə yanaşı, qeyri-

neft sektorunun sürətli inkişafının təmin olunmasıdır. Bu baxımdan, 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 mart 

2006-cı il tarixli "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər 

haqqında" sərəncamı mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatı-

nın qeyri-neft sahələrində sahibkarlığın inkişafına dövlət dəstəyinin 

gücləndirilməsinə xidmət edən "Azərbaycan İnvestisiya Şirkəti" Açıq 

Səhmdar Cəmiyyəti məhz həmin sərəncamla yaradılmışdır. 

Ötən dövr ərzində görülmüş  işlər ölkənin investisiya sektorunda 

keyfiyyətcə yeni mərhələnin başlanması kimi qiymətləndirilməlidir. 

Özəl sektorun inkişaf etdirilməsi və nəticə etibarı ilə əhalinin həyat sə-

viyyəsinin yüksəldilməsi məsələləri Azərbaycan hökumətinin daim 

diqqət mərkəzindədir. 

Azərbaycanda xarici investisiyaların yanacaq-energetika sahəsinə 

cəlb edilməsi sahəsində xeyli iş görülmüş və bu sahənin yüksək inki-

şafına nail olunmuşdur. Lakin qeyri-neft sektoruna xarici investisiya-

ların cəlb olunması sahəsində mövcud problemlər hələ  də öz həllini 

tapmamış və xarici kapitalın səmərəsiz istifadəsini formalaşdırmışdır. 

Əksər hallarda qeyri-neft sektoruna xarici investisiyaları cəlb et-

mək məqsədilə  nəzərdə tutulan dövlət proqramını  işləyib hazırlayar-

kən onun ayrı-ayrı qeyri-neft sektorları üzrə tərtib olunmasına üstün-

lük verilir ki, bu da problemə komleks yanaşma baxımından düzgün 

deyildir. Ona görə  də hesab edirik ki, qeyri-neft sektoruna xarici in-

vestisiyaların cəlb olunması sistemli işlənməli, bu sahənin müxtəlif 

bölmələri arasında müvafiq mütənasiblik gözlənilməlidir. 

Hazırda neft sektorundan əldə edilən gəlirlər Neft Fondunda cəm-

ləşdirilsə də, həmin vəsaitlərin qeyri-neft sahələrinin inkişafına yönəl-

dilməsi üçün kompleks proqram hazırlanmamışdır. Hesab edirik ki, 

qeyri-neft sektorunda vəsaitlərin səmərəliliyini yüksəltmək məqsədilə 

bu sahəyə aid investisiya layihələrinin işlənməsi istiqamətində  zəruri 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

134



elmi-təcrübi tədqiqatlarının aparılmasına ehtiyac vardır. Qeyd e xarici 

investisiyalara verilən güzəştlər rəqabət qabiliyyətliliyi, yüksək texno-

loji, ekoloji və s. səviyyəliliyi nöqteyi-nəzərindən müəyyən tələblərlə 

şərtlənməlidir. Vergilərin, tarif və güzəştlərin səviyyəsini müəyyən 

edərkən rəqib ölkələrində mövcud olan investisiyalaşma şərtləri araş-

dırılmalı, Azərbaycanın  əsas tərəfdaş ölkələrlə  və potensial investor 

ölkələri ilə vergi və digər müqavilələr bağlaması təmin edilməlidir. 

Yuxarıda göstərilən məsələlərin həlli özünü yeni qəbul edilmiş 

dövlət proqramında tapmışdır. 

Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı-

na dair Dövlət Proqramında 2014-2018–ci illər həyata keçirilməsi nə-

zərdə tutulan tədbirlər aşağıdakı səviyyələrdə müəyyən edilmişdir: 

Makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi təd-

birləri; 

İqtisadi rayonlar və hər bir rayonun spesifik xüsusiyyətlərinə uy-

ğun müəyyən edilən tədbirlər. 

Proqramda öz əksini tapmış tədbirlərin maliyyələşdirilməsi yerli və 

xarici sahibkarların vəsaiti, Azərbaycan Respublikasının Dövlət büdcə-

si, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, büd-

cədənkənar dövlət fondları, kommersiya bankları və bank olmayan kre-

dit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin 

maliyyə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbə-

lərdən daxil olan vəsaitlər hesabına nəzərdə tutulmuşdur. Son illər res-

publikamızda sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə  həyata 

keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yük-

səldilməsi bu sahədə mühüm uğurların qazanılmasına imkan yaratdı. Bu 

məqsədlə  qəbul edilmiş hüquqi-normativ sənədlər, sahibkarlığa dövlət 

maliyyə dəstəyi mexanizminin daha da təkmilləşdirilməsi ölkədə sahib-

karlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sa-

hibkarlıq subyektlərinin fəaliyyətə başlamasına gətirib çıxardı. Dövlətin 

proqramında qeyri-neft sektoru üzrə sahibkarlığın gələcək inkişafının 

aşağıdakı əsas vəzifələri müəyyənləşdirilməlidir: 

Sahibkarlıq fəaliyyətini və ona dövlətin dəstəyini tənzimləyən hü-

quqi normativ bazanın təkmilləşdirilməsi; 

Sahibkarlığın inkişafına yönəldilən maliyyə-kredit mexanizmləri-

nin inkişafı və maliyyə texnologiyalarının tətbiqi; 

Prioritet sahibkarlıq layihələrinin maliyyələşdirilməsi zamanı 

dövlət zəmanətlərinin verilməsi sisteminin təkmilləşdirilməsi; 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



135

Sahibkarlıqda vahid informasiya dəstəyi sisteminin tətbiqi; 

Sahibkarlıq sferası üçün yüksəkixtisaslı kadrların hazırlanması; 

Sahibkarlıq subyektləri məhsullarının regionlararası bazarlara çı-

xarılması; 

Sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişlən-

dirilməsi. 

İnvestisiya strategiyası regionda investisiya strategiyasının for-

malaşdırılmasının əsas ünsürlərindən biri kimi çıxış edir. Birinci mər-

hələdə regionun iqtisadi təhlilinin və qiymətləndirilməsinin nəticələ-

rindən istifadə etməklə struktur qurumların baza strategiyası və inves-

tisiya strategiyası tipinin seçimini aparmaq lazımdır ki, bu da regionun 

müəyyən investisiya strategiyasına uyğun gələcəkdir. Regionun struk-

tur qurumlarının bu və ya digər strategiyasına və investisiya strategi-

yasına aid edilməməsi əlamətinə görə tipikləşdirilməsinin əsasında bü-

tövlükdə regionun təsərrüfat kompleksinin inkişafının mühüm tərəflə-

rini əks etdirən məcmu xarakteristikaların və amillərin müxtəlif qrup-

ları dayanır. 

İnvestisiya strategiyasının formalaşmasının ikinci mərhələsində 

onun qurulmasının mahiyyətini və texnoloji prinsiplərini təşkil edən əsas 

vəzifələr müəyyən edilir. Həmin vəzifələr aşağıdakılardan ibarətdir: 

1. Regionun təsərrüfatının inkişaf konsepsiyasını işləyib hazırla-

maq. Bunun əsasında regionda investisiyalaşma üçün prioritet obyekt-

lərin dairəsini aşkara çıxarmaq və əsaslandırmaq imkanı yaranır. Bu, 

təsərrüfat kompleksinin struktur cəhətdən yenidən qurulması strategi-

yasını reallaşdırmağa və regionun bazar islahatlaşdırılmasının digər 

aktual problemlərini həll etməyə imkan verir. 

2. İqtisadiyyatın real sektorunda investisiya fəaliyyətini aktivləş-

dirmək məqsədinə malik investisiya strategiyasının əsas istiqamətləri-

ni formalaşdırmaq, xüsusilə də müxtəlif maliyyələşmə mənbələrindən 

alınan vəsaitlər də daxil olmaqla, həmin vəsaitlərin axtarışı, formalaş-

ması  və  mərkəzləşdirilməsi. Regionun investisiya strategiyası onun 

elmi-metodiki təminatının aşağıdakı tərkib hissələrini əhatə etməlidir: 

Regionun perspektiv üçün inkişaf strategiyası, bunun əsasında 

strategiyanın inkişaf və struktur prioritetləri sistemi durur; 

Regionun investisiya strategiyasının  əsas istiqamətləri, bu, kon-

sepsiyanın reallaşmasını  təmin edən  şərtlər kimi çıxış edir. Onların 

əsasında regionda investisiya fəaliyyətinin aktivləşdirilməsi üzrə 

konkret təkliflər işlənib hazırlanır. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə