Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə165/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   161   162   163   164   165   166   167   168   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



471

İxrac mallarının əmtəə strukturunun təhlili göstərir ki, mineral ya-

nacaq, neft və neft emalı məhsullarının həm dəyər ifadəsində məbləği, 

həm də ümumi ixracda xüsusi çəkisi əvvəlki illərlə müqayisədə artıb. 

Belə ki, mədən sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 

əgər 1995-ci ildə 58.55% idisə, 2000-ci ildə 85.11%, 2010-cu ildə isə 

94.19% təşkil edib. Bu malların xüsusi çəkisinin artmasının əsas səbə-

bi neft-qaz layihələri üzrə işlərin yerinə yetirilməsi və hasilat prosesi-

nin başlamasıdır. 

1995-2010-cu illər ərzində maşın və avadanlıqların ümumi ixrac-

da payı isə cəmi 2,7% təşkil etmişdir. Azərbaycanda yüksək texnolo-

giyaya əsaslanan malların ixracı çox aşağı olmasının əsas səbəbi iqti-

sadiyyatda innovasiyanın tətbiq edilməməsi, maşın və avadanlıqların 

fiziki və mənəvi aşınması, elmlə istehsal sahələrinin zəif əlaqəsi və s.-

dir. Texnologiyanın tətbiqinə görə Azərbaycan dünyanın digər ölkələ-

rindən çox geri qalır. Məsələn, 2010-2011-ci illəri  əhatə edən The 

Global Information Technology Report-da Azərbaycan dünyanın 138 

ölkəsi arasında 70-ci yerdədir. 

Azərbaycanda iqtisadi artımın prioritet istiqamətlərindən biri olan 

və ərzaq təhlükəsizliyində əsas rol oynayan kənd təsərrüfatı məhsulla-

rının istehsalında və ixracında müəyyən problemlər mövcuddur. Kənd 

təsərrüfatının inkişafı ölkədə iqtisadi artımın yaradılmasına pozitiv 

təsir etmək, regionların inkişafını təmin etməklə yanaşı, şəhərlə kənd 

arasında iqtisadi mühitin tarazlaşmasına və miqrasiyanın qarşısının 

alınmasına kömək edər və eyni zamanda ərzaq idxalını azalda bilər. 

Kənd təsərrüfatında ümumi daxili məhsulun artım tempi kənddə 

adambaşına düşən  əlavə  dəyərin səviyyəsini  şəhərdəki adambaşına 

əlavə dəyər səviyyəsində təmin etməlidir ki, miqrasiya və idxalı nor-

mal səviyyədə saxlamaq mümkün olsun. Ancaq Azərbaycanda kənd 

təsərrüfatı  və  ərzaq mallarının xarici ticarətinin təhlili göstərir ki, bu 

sahədə son illər müsbət dəyişikliklər baş verməsinə baxmayaraq, bu 

sahənin inkişaf etməsi üçün potensial imkanlar digər sahələrlə müqa-

yisədə daha çoxdur. 

Azərbaycanda iqtisadi artımın prioritet istiqamətlərindən biri öl-

kənin  ərzaq təhlükəsizliyində  əsas rol oynayan kənd təsərrüfatı  məh-

sulları istehsalının və ixracının artırılmasıdır. Kənd təsərrüfatının in-

kişafı ölkədə iqtisadi artımın yaradılmasına pozitiv təsir etmək, re-

gionların inkişafını təmin etməklə yanaşı, şəhərlə kənd arasında iqtisa-

di mühitin tarazlaşmasına və miqrasiyanın qarşısının alınmasına kö-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

472



mək edər və eyni zamanda ərzaq idxalını azalda bilər. Kənd təsərrüfa-

tında ümumi daxili məhsulun artım tempi kənddə adambaşına düşən 

əlavə dəyərin səviyyəsini şəhərdəki adambaşına əlavə dəyər səviyyə-

sində təmin etməlidir ki, miqrasiya və idxalı normal səviyyədə saxla-

maq mümkün olsun. 

Aqrar sektorun ən  əsas məsələlərindən biri isə istehsal edilmiş 

malların ixrac edilməsidir. Belə ki, kənd təsərrüfatı və ərzaq malları-

nın ixracının artırılması, əvvəla, ölkənin xarici ticarət balansının opti-

mallaşdırılması baxımından əhəmiyyətlidir. İkincisi, ixracın genişlən-

dirilməsi kənd təsərrüfatı müəssisələrinin maliyyə vəziyyətinin yaxşı-

laşmasına səbəb olacaq və sonda aqrar sektorun inkişafı ilə müşahidə 

olunacaq. Bunun üçün dünya ölkələrinin təcrübəsindən də istifadə et-

mək olar. Məsələn, Hollandiyanın ərazisi Azərbaycanın ərazisindən 2 

dəfə kiçik olsa da, kənd təsərrüfatı mallarının ixracına görə dünyada 

ABŞ və Fransadan sonra üçüncü yerdədir. 2002-ci ilin məlumatlarına 

görə, Hollandiya illik 40 mlrd. avroluq aqrar sektorun mallarını ixrac 

edir. İxracın belə yüksək olmasının əsas səbəbi təkcə istehsalın yüksək 

səviyyədə olması deyil, həmçinin dünya bazarında bu malların bazar-

lama və marketinqində Hollandiyanın dünya ölkələri arasında ön yer-

də olmasıdır. Digər tərəfdən, əsas prinsip odur ki, ölkədə aqrar siyasət 

əhalinin tələbat və ehtiyaclarına uyğun formalaşır.  İstehsal edilmiş 

malların keyfiyyəti çox yüksəkdir ki, bu da dünya bazarına çıxarılmış 

malların rəqabət gücünü daha da artırır. Ümumiyyətlə, Hollandiyada 

aqrar siyasət yenilikçilik və elmi araşdırmalar  əsasında, dünya baza-

rındakı konyunktura vəziyyəti, istehsal və satış  şərtlərini, ekoloji və 

təbii prosesləri nəzərə almaqla həyata keçirilir. Bu baxımdan Azər-

baycan da Hollandiyanın təcrübəsindən istifadə edərək kənd təsərrü-

fatı və ərzaq mallarının istehsalı və ixracını inkişaf etdirə bilər. Bunun 

üçün mövcud problemlər araşdırılaraq təhlil edilib stimullaşdırıcı siya-

sət formalaşdırılmalıdır. 

Belə bir vacib məsələni qeyd etmək lazımdır ki, son dövrdə Azər-

baycanın MDB ölkələri ilə ticarət əlaqələrinin xüsusi çəkisi xeyli aza-

lıb. Bunun əsas səbəbi Azərbaycanda neft məhsullarının uzaq xarici 

ölkələrə ixracının artması olsa da, postsovet respublikalarında xarici 

ticarətlə bağlı müxtəlif əngəllər mövcuddur ki, bu da Azərbaycandan 

bu ölkələrə qeyri-neft məhsullarının ixracına mane olur. 

MDB ölkələrində xarici ticarətin  əsas problemləri bu ölkələrdə 

gömrük vergilərinin yüksək olması, bürokratik əngəllər, qaçaq idxal 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



473

edilmiş mallarla rəqabət aparılmasında çətinlik, nəqliyyat sektorunun 

və infrastrukturun inkişaf etməməsi, bank sektorundakı problemlərdən 

(valyuta məzənnələrinin tez-tez dəyişməsi, hesablaşmaların aparılma-

sında problemlər) ibarətdir. 

Ancaq bu problemlərə baxmayaraq Azərbaycanda qeyr-neft sek-

torunun mallarının satılacağı potensial bazarlar bu region ölkələridir. 

Məsələn, Azərbaycanın Rusiyaya ixracı  əsasən qeyri-neft sektoru ilə 

bağlıdır. Statistik məlumatlar göstərir ki, Azərbaycanda qeyri-neft 

sektoru üzrə ixracın 50-55%-i Rusiyanın payına düşür. Bu ölkəyə əsa-

sən meyvə-tərəvəz, pambıq lifi, marqarin və bitki yağları, meyvə şirə-

ləri, çay, tütün ixrac olunur. 

İxracla yanaşı, son illərdə idxalın coğrafi strukturunda da dəyişik-

liklər baş verib. Azərbaycanın idxalında əsas yer tutan ölkələrdən Ru-

siya, Türkiyə, Almaniya, Ukrayna, Böyük Britaniya, Çin, ABŞ, Yapo-

niya, Qazaxıstan, İtaliya, Finlandiya, Fransa, Hollandiya, İran və Hin-

distanı göstərmək olar. 

Belə bir qənaətə  gəlmək olar ki, bu gün Azərbaycanda ixracın 

problemləri aşağıdakılardan ibarətdir: 

-Yerli müəssisələrdə güclü maliyyə imkanları olmadığına görə ix-

rac mallarının tanıdılması  və xarici bazarların ciddi araşdırılması  hə-

yata keçirilmir; 

- Azərbaycanda böyük ölçülü sifarişləri qarşılaya biləcək müəssi-

sələrin sayı azdır; 

- Xarici ticarət sahəsində ixtisaslı kadrların sayı azdır; 

-İxracat müəssisələrində istehsal və satışda beynəlxalq keyfiyyət 

standartlarının və idaretmədə korporativ menecementin tətbiqi həyata 

keçirilmir; 

- satış sonrası zəmanət və xidmətlər, demək olar ki yoxdur; 

- Bu müəssisələrin ucuz maliyyə vəsaitlərinə çixiş imkanları yox-

dur və ölkədə inflyasiya səviyyəsi yüksəkdir

- Yerli istehsalçı müəssisələr qiymət baxımından ucuz olduğuna 

və yetərli bazar araşdırılmadığına görə xaricdən mənəvi və fiziki köh-

nəlmiş avadanlıqlar almağa üstünlük verirlər. 

 

 

4. Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabətqabiliyyətliliyi 



«Rəqabətqabiliyyətli iqtisadiyyat», «iqtisadiyyatın beynəlxalq rə-

qabət qabiliyyəti» kimi anlayışlar artıq uzun illərdir ki, dünyanın inki-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə