AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
465
Xarici iqtisadi əlaqələrin əsas istiqamətləri
Statistik məlumatlara görə, 2000-ci ilə nisbətən 2012-ci ildə
ÜDM-11,4 dəfə, sənaye məhsulları 17,3 dəfə, kənd təsərrüfatı və meşə
təsərrüfatlarında artım 3,7 dəfə olub, minimum əməkhaqqı 105 manat,
minimum istehlak büdcəsi 125 manat, işsizlik 5%, yoxsulluq 5,5%
təşkil edib. 2012-ci ildə adambaşına ÜDM-in həcmi 5884,5 manat təş-
kil edib.
Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının inkişafında, daxili
amillərlə yanaşı, xarici amillər də müstəsna rol oynayır. Bununla ya-
naşı son dövrdə daxili tələbin formalaşmasında isə xarici amillərin
payı yüksək olmuşdur. Belə ki, daxili tələbdə əsas hissə istehlak xərc-
ləri ilə əlaqədardır ki, bu da 3 amildən asılıdır: 1) iqtisadi aktivliyin
səviyyəsi; 2) əmək bazarında vəziyyət; 3) neftin dünya qiymətləri ilə
əks olunan xarici konyunktur. İqtisadi aktivlik səviyyəsi və əmək ba-
zarında vəziyyətə isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına hə-
yata keçirilən infrastruktura layihələr və əməkhaqqının artırılması təsir
göstərir. Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşması və
müxtəlif sosial və infrastruktur layihələrin yerinə yetirilməsi üçün mü-
hüm mənbələrdən biri isə Azərbaycan Dövlət Neft Fondunun
(ARDNF) vəsaitləridir.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
466
Qeyd etmək lazımdır ki, Dövlət Neft Fondu 1999-cu ildə yaradıl-
mışdır. Onun əsas vəzifəsi inflyasiya və valyutanın möhkəmlənməsi-
nin potensial “Holland sindromu” effektlərini azaltmaq məqsədilə də-
nizdəki yataqlardan əldə olunan neft gəlirlərinin təcrid olunması, neft
gəlirlərinin sonralar iqtisadiyyata sərmayə kimi qoyulması və gələcək
nəsil üçün uzunmüddətli yığım kimi formalaşması toplanmış neft gə-
lirlərindən istifadə edərək, xaricdə bacarıqların artırılması və tələbə tə-
qaüdü proqramları, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və sair. məsələləri həyata keçirməkdən ibarətdir.
Təhlil göstərir ki, 2000-2015-ci illərdə Azərbaycanın xarici iqti-
sadi əlaqələri bütün istiqamətlər üzrə dinamik inkişaf edib. Bu əsasən
özünü aşağıdakılarda göstərib:
Xarici ticarətin bütün göstəricilərinin yaxşılaşması, xarici ticarət
balansının müsbət saldosunun sürətli artımı;
Qızıl-valyuta ehtiyatlarının artması;
Xarici borcun azalması;
Manatın digər valyutalara nisbətən stabilliyinin qorunması;
Xarici ticarət və bütünlükdə xarici iqtisadi əlaqələrdə liberallaş-
manın sürətlənməsi;
Azərbaycanın beynəlxalq reytinq təşkilatları tərəfindən müəyyən
edilən investisiya cəlbediciliyi və makroiqtisadi sabitlik reytinqində
mövqelərinin yaxşılaşması;
Ölkə iqtisadiyyatında xarici investisiyaların artması;
Region ölkələrində iqtisadi inkişaf və daxili tələbin genişlənməsi
və əhalinin gəlirlərinin artması hesabına Azərbaycanın qeyri-neft məh-
sullarının ixracının artması.
Azərbaycanda iqtisadi artıma təsir edən əsas amil 1994-cü ildə
xarici şirkətlərlə bağlanmış müqavilə əsasında investisiya qoyuluşu
nəticəsində neft hasilatının və ixracının artması, eyni zamanda neftin
dünya qiymətlərinin sürətlə qalxmasıdır. Bunun nəticəsidir ki, xarici
ticarət dövriyyəsinin sabit inkişafı müəyyən dərəcədə ÜDM-in isteh-
salına və ölkənin digər makroiqtisadi göstəricilərinə təsir göstərib və
bu proses yaxın perspektivdə də davam edəcək.
Qeyd etmək lazımdır ki, təbii ehtiyatların ümumi ixracda və
ÜDM-də xüsusi çəkisi ilbəil artır ki, bu da əsasən xam neft ixracı ilə
bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda ixracın əsas hissəsi-
nin xammal və mineral yanacaq olması iqtisadi sistemin qarşısında
duran ən böyük problemdir. Neft ehtiyatları ilə zəngin və əsas neft ix-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
467
racatçısı olan ölkələrin təcrübəsi göstərir ki, hansı ölkədə neft ixracın-
dan daxil olan vəsait hesabına digər sahələrin inkişafına nail olunubsa,
iqtisadiyyatda liberallaşma və biznesin inkişafı təmin edilibsə neftin
dünya bazar qiymətlərinin kəskin aşağı düşməsi həmin ölkələrin iqti-
sadiyyatında ciddi problemlərə yol açmayıb.
Beynəlxalq iqtisadi statistikanın təhlili göstərir ki, neft, qaz və di-
gər təbii sərvətlərin olması ölkədə dayanıqlı iqtisadi inkişafın təminatı
deyil və ya bu ehtiyatlar, zəngin olmayan ölkələrdə isə daha pozitiv
iqtisadi göstəricilərə nail olmaq mümkündür. İqtisadi göstəricilərə
görə də, neft ixrac edən ölkələr dünyada aparıcı rola malik deyillər.
Dünyada neft ehtiyatının əsas hissəsinə sahib olan OPEC ölkələrinin
ərazisi dünyanın 9.41%-i, əhalisi isə dünya əhalisinin 8.46%-ni təşkil
etməsinə baxmayaraq, neftin ən pik həddə olduğu 2005-ci ildə bu
ölkələrdə istehsal edilmiş ÜDM, cari qiymətlərlə Ümumidünya ÜDM-
nin cəmi 3.25%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-in
məbləği isə OPEC ölkələrində orta dünya göstəricilərinə nisbətən 72%
azdır.
Dünya iqtisadiyyatını əks etdirən
bütün statistik məlumatlarda
neft ixrac edən ölkələrlə müqayisədə digər ölkələrin daha çox iqtisadi
uğur qazandığı təsdiq olunur. Əgər dünya üzrə əhalinin hər nəfərinə
düşən ÜDM 2000-ci ilin qiymətləri ilə 2003-cü ildə 1970-ci ilə nisbə-
tən 61% artıbsa, Küveytdə 2.47 dəfə, Venesuelada 38.8 % aşağı dü-
şüb, Səudiyyə Ərəbistanında cəmi 17.6 %, Nigeriyada isə 3.8% artıb.
Səudiyyə Ərəbistanında bu göstərici 1980-ci illə müqayisədə 45% az
olub. 1975-2004-cü illərdə alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış
adambaşına düşən ÜDM BƏƏ-də orta hesabla ildə 2.8%, Səudiyyə
Ərəbistanında 2.3%, Venesuelada 0.9%, Küveytdə 0.8%, İranda 0.1%
azalıb. Dünya bankının araşdırmalarına görə isə son 20 ildə təbii sər-
vətlərlə zəngin olan 65 ölkə içərisində yalnız Botsvana, İndoneziya,
Mali və Tailandda bu göstəricinin artım tempi 4%-dən az olmayıb.
Bunların içərisində isə yalnız İndoneziyada neft ehtiyatları var. Ancaq
bunun əksinə olaraq təbii sərvətlərlə zəngin olmayan Cənubi-Şərqi
Asiya ölkələrində (Honq-Konq, Sinqapur, Cənubi Koreya və Tayvan)
yüksək iqtisadi artıma nail olublar. Digər tərəfdən neftin dünya
qiymətləri sabit deyil və dünyada gedən siyasi, hərbi, iqtisadi və təbii
proseslərin nəticəsi olaraq çox sürətlə dəyişir. Bu baxımdan ixracın və
bütünlükdə iqtisadi inkişafın əsas lokomotivinin neft sektoru olması
çox təhlükəli nəticələrlə yekunlaşa bilər.