Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə162/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   158   159   160   161   162   163   164   165   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

462



olunması ölkə baxımından çox önəmlidir. Belə ki, Azərbaycan bir tə-

rəfdən neft ixracatçısıdır (neftin dünya bazar qiymətinin qalxması əla-

və  gəlir gətirir və ya əksinə), digər tərəfdən isə artan neft qiymətləri 

dünya ərzaq qiymətlərinin, o cümlədən idxal olunan ərzağın qiyməti-

nin yüksəlməsinə  səbəb olur. Dünya bankının hesablamalarını  və öl-

kədə ərzağın istehlak səbətində payını nəzərə aldıqda deyə bilərik ki, 

neftin dünya bazar qiymətinin hər 10% qalxması ölkədə 1.5-2% infl-

yasiyaya səbəb ola bilər. 

Dünyada gedən bu proseslər Azərbaycandan da yan keçməyib. 

Azərbaycanda son 20 ildə müstəqillik əldə etdikdən sonra qarşıda du-

ran, bir-birindən çətin 3 əsas sosial-iqtisadi problem həll edilib: tota-

litar rejimdən demokratik cəmiyyətə keçid, mərkəzləşdirilmiş planlı 

iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına 

inteqrasiya. Müstəqil dövlət kimi dünya ölkələri ilə ikitərəfli və çoxtə-

rəfli  əlaqələrin qurulması, beynəlxalq təşkilatlarla  əməkdaşlıq Azər-

baycan iqtisadi strategiyasının  əsas prioritet istiqamətinə çevrilib və 

bu sahədə  əldə olunan uğurların nəticəsində hazırda dünya iqtisadiy-

yatının bərabərhüquqlu üzvü kimi çıxış edir. Ərazisi dünyanın cəmi 

0.065%-i, əhalisi isə dünya əhalisinin 0,13%-ni təşkil etsə də, XX əs-

rin sonu və XXİ əsrin əvvəlində dünyada və regionda gedən proseslər 

göstərdi ki, Azərbaycanın dünya iqtisadiyyatında rolu heç də bu göstə-

ricilərlə ölçülmür. Belə ki, regionda tutduğu mövqe və bir sıra üstün-

lüklərinə görə Azərbaycan dünya iqtisadiyyatında hazırda tutduğu 

mövqedən dəfələrlə yüksəkdə olmalıdır. 

Şübhəsiz ki, Azərbaycanın iqtisadiyyatının ən mühüm müqayisəli 

üstünlüyü onun təbii sərvətləridir. “BP”-nin məlumatına görə, Azər-

baycanda kəşf edilmiş neft ehtiyatı 2005-ci ilin sonuna 7 mlrd. Barel-

dir ki, bu da dünyadakı neft ehtiyatlarının 0.6%-ni təşkil edir. Əgər 

əlavə kəşflər olmasa hazırkı hasilatla ölkəmizdə neft 42.4 ildən sonra 

tükənəcək. Dünyanın, əsasən də Avropanın ən maraq doğurduğu mə-

sələ, Azərbaycandan hasil ediləcək təbii qazın Avropa ölkələrinin 

enerji təhlükəsizliyinin təmin olunmasında oynayacağı roludur. Rusi-

yanın təbii qaz ixracında inhisarçılığı və bundan iqtisadi məsələlərdən 

çox, siyasi təzyiq vasitəsi kimi istifadə etməsi dünyanı əlavə təbii qaz 

mənbələrinin axtarışına məcbur edir və belə bir mənbənin Azərbaycan 

olduğu barədə fikirlər ekspertlər tərəfindən tez-tez səslənməkdədir. 

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hazırda Avropanın 

qaza illik tələbatı 520 mlrd. kub metrdir ki, bunun da 44%-i Rusiya 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



463

tərəfindən təmin olunur. Azərbaycanın Xəzər dənizindəki təbii qaz eh-

tiyatları 625 mlrd. kub metr və kondensat isə 101 mln. ton qiymətlən-

dirilir. Azərbaycanın Şahdəniz yatağından hasil ediləcək qaz hesabına 

ilkin mərhələdə Türkiyəyə 2.5 mlrd. kub metr, 2008-ci ildə isə 6.6 

mlrd. kub metr qaz ixrac edilməsi planlaşdırılır. 2010-cu ildən sonra 

isə Azərbaycan qazının Türkiyə üzərindən əvvəlcə Yunanıstan, oradan 

isə Fransa və İtaliyaya ixrac edilməsi düşünülür. Qeyd edək ki, Azər-

baycan  ərazisindən keçəcək qaz kəməri vasitəsilə Türkmənistan və 

Qazaxıstan qazının nəql edilməsi layihəsinin reallaşdırılması isə Azər-

baycanın dünya iqtisadiyyatında rolunu daha da artıracaq. 

Azərbaycanın  əsas üstünlüklərindən biri onun əlverişli coğrafi 

mövqeyidir. Şərq və Qərb arasında əsas körpü rolu oynamaqla, Azər-

baycan dünyanın  əsas nəqliyyat və kommunikasiya mərkəzlərindən 

birinə çevrilir və bu proses hələ  də davam edir. Böyük İpək Yolu, 

Bakı-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri, Bakı-Axalkalaki-

Qars dəmiryolu xəttində aparıcı rola malik olması Azərbaycanın nəin-

ki regionda, həmçinin dünyada iqtisadi-siyasi cəhətdən mövqeyini və 

əhəmiyyətini yüksəldir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan milli iqtisadiyyatının dünya 

təsərrüfatına səmərəli inteqrasiyası və dünya iqtisadiyyatında mövqeyi-

nin daha da gücləndirilməsi üçün müxtəlif istiqamətlərdə fəaliyyətin ge-

nişləndirilməsi zərurətə çevrilmişdir. Belə ki, iqtisadiyyatda liberallaş-

manın davam etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, xüsusi 

mülkiyyətin qorunması, qanunların aliliyi, vergi yükünün azaldılması 

və iqtisadiyyatın inzibati metodlarla tənzim edilməsindən imtina edil-

məsi, beynəlxalq standartlara uyğun demokratik vətəndaş cəmiyyətinin 

qurulması Azərbaycan hökuməti və bütünlükdə  cəmiyyətin qarşısında 

duran prioritet vəzifələrdəndir. Artıq bütün dünyada iqtisadi azadlıq, 

kapital və əmtəələrin hərəkətinə maneələrin aradan qaldırılması, sərbəst 

ticarət, vətəndaşların iqtisadi və mülkiyyət hüquqlarının qorunması 

prosesləri çox sürətlə gedir. Əgər Azərbaycan da Avropa və dünyanın 

inkişaf etmiş ölkələri sırasına pozitiv bir imiclə qoşulmaq istəyirsə 

yuxarıda göstərilən proseslərin  ən yaxın zamanda daha sürətlə  həyata 

keçirilməsi qaçılmaz olacaq. Düzdür bu problemlərin həlli sahəsində 

əsaslı  tədbirlər həyata keçirilməsinə baxmayaraq, hələ  də Avropaya 

inteqrasiya üçün qarşıda qoyulan tələblər tam yerinə yetirilməyib. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

464



Dünyanın neft ehtiyatlarında Azərbaycanın payı (2009-cu il) 

 

 



* Cədvəl BP-nin məlumatları əsasında hazırlanıb. www.bp.com. 

 

Dünya və milli iqtisadi sistemlər arasında qarşılıqlı əlaqəni təmin 



edən  əsas alət xarici iqtisadi əlaqələrdir ki, bu da özündə ölkələr 

arasında müxtəlif istiqamətlər üzrə  əməkdaşlığı  nəzərdə tutur. 

Beynəlxalq praktikada xarici iqtisadi əlaqələrin 20-dən çox forması 

fərqləndirilir. Belə ki, xarici iqtisadi əlaqələr aşağıdakı istiqamətlər 

üzrə təhlil edilməlidir. 

Ölkələr 

Əhali-

nin sa-

yı, mln 

nəfər 

Ehti-

yat-

lar, 

mlrd. 

barel 

Dünya 

ehtiya-

tında 

xüsusi 

çəkisi, 

%-lə 

Adamba-

şına dü-

şən ehti-

yatlar, 

barrel 

Tü-

kən-

mə 

müd-

dəti, 

Il 

Dünynı 

neft is-

thesalın-

da xüsusi 

çəkisi, 

%-lə 

Səudiy-yə 

Ərə-bistanı 

22.53 264.6  19.8  11744.34  74.6 

12 

İran 72.9 



137.6 

10.3 


1887.52 

89.4 


5.3 

İraq 31.49 

115 

8.6 


3651.95 

3.2 



Küveyt 2.79 

101.5 


7.6 

36379.93 

3.2 


BƏƏ 4.6 

97.8 


7.3 

21260.87 

3.2 


Venesue-la 28.38 

172.3 


12.9 6071.18 

72.6  3.3 

Rusiya 141.85

74.2 


5.6 

523.09 


20.3 

12.9 


Qazaxıs-tan 15.89 39.8  3  2504.72 64.9  2 

Liviya 6.41 

44.3 

3.3 


6911.08 

73.4 


Nigeriya 154.7 

37.2 

2.8 


240.42 

49.5 


2.6 

Əlcəzair 34.89 

12.2 

0.9 


349.67 

18.5 2 


Norveç 4.56 

7.1 


0.5 

1557.02 


8.3 

2.8 


Anqola 18.5 

13.5 


729.73 


20.7 

2.3 


Azərbay-can 8.78  7  0.5  797.27 18.6  1.3 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə