Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə164/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   160   161   162   163   164   165   166   167   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

468



Dünya Bankının araşdırmasına görə isə 1965-1998-ci illərdə neft-

lə zəngin ölkələr qrupuna daxil olan İran və Venesuelada adambaşına 

düşən ÜDM orta illik 1%, Liviyada 2%, İraq və Küveytdə 3%, Qətər-

də isə 1970-1995-ci illərdə 6% azalıb. Ümumilikdə neft ixrac edən 

(OPEC) ölkələrdə  əhalinin hər nəfərinə düşən ÜDM son 30 ildə art-

mayıb, əksinə orta hesabla hər il 1.3% aşağı düşüb. Son 20 ildə təbii 

sərvətlərlə zəngin olan 65 ölkə içərisində yalnız Botsvana, İndoneziya, 

Mali və Tailandda bu göstəricinin artım tempi 4%-dən az olmayıb. 

Bunların içərisində isə yalnız İndoneziyada neft ehtiyatları var. 

Ümumiyyətlə, neft ixrac edən ölkələrin əksəriyyətində «Holland 

sindromu»nun təzahürləri özünü göstərir. Neft istehsalı  və ixracının 

artmasından əldə edilən «neft dollarının» valyuta bazarına daxil olma-

sı  nəticəsində milli valyutanın möhkəmlənməsi «Holland sindromu» 

nun əsas xarakterik xüsusiyyətidir. Neft pullarının artması ilə cəmiy-

yətin ölkənin təbii sərvətlərindən gələn gəlirlər hesabına həyat şərait-

lərinin yaxşılaşdırılması gözləntiləri və  tələbləri nəticəsində dövlət, 

sosial xərcləri artırır və nəticədə inflyasiya yüksəlir. Milli valyutanın 

möhkəmlənməsi nəticəsində  ənənəvi ixrac məhsullarının rəqabət qa-

biliyyətinin aşağı düşməsi və qeyri-neft sektoruna aid ixracın səviyyə-

sinin azalması qaçılmaz olur. 

Azərbaycanda xaric iqtisadi əlaqələrin əhəmiyyətini göstərən əsas 

göstəricilərdən biri də ixrac edilmiş  məhsulların ümumi istehsalda 

xüsusi çəkisinin və idxal mallarının ümumi tələbdə xüsusi çəkisi gös-

təriciləridir. Qeyd edək ki, iqtisadi artımı xarakterizə edən əsas para-

metrlərdən biri ümumi tələbin strukturudur. İxracın xammal yönümü 

üzrə ixtisaslaşması  şəraitində isə daxili tələbi stimullaşdırmaq zəruri 

məsələlərdəndir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, digər amillər 

sabit qaldıqda illik iqtisadi artımı 4-5% saxlamaq üçün daxili tələbin 

son artımı ildə 6-7% olmalıdır. Əgər 1995-ci ildə Azərbaycanda ümu-

mi məhsul istehsalının 16.54%-i ixrac olunurdusa, 2009-cu ildə bu 

göstərici 37.47%-ə qədər yüksəlib. 

İdxalın ümumi təklifdə xüsusi çəkisi 2009-cu ildə 2003-cü ildəki, 

39.6% və 2004-cü ildəki 42.1 %, 2005-ci ildəki 36.05%-dən 19%-ə 

qədər düşüb ki, bu da yerli məhsulların istehsalının artması ilə əlaqə-

dardır. Bu meyillər həmçinin idxalın daxili tələbdə payının aşağı düş-

məsində də özünü göstərir. Belə ki, 2005-ci ildə daxili tələbin 60%-i 

idxal malları hesabına ödənilirdisə, 2009-cu ildə bu göstərici 32%-ə 

düşüb. Azərbaycanda iqtisadi artımın gələcək prioritet istiqamətlərin-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



469

dən biri orta keyfiyyətli idxal mallarının yerli istehsalla əvəz edilmə-

sidir. 

Xarici ticarətlə yanaşı, Azərbaycan iqtisadiyyatına xarici investi-



siya qoyuluşu da iqtisadi artımın əsas amillərindən biridir. 1994-cü il-

dən etibarən, Azərbaycan öz iqtisadiyyatını, xüsusən də enerji sektoru-

nu daha da inkişaf etdirmək məqsədilə böyük həcmdə xarici investisi-

yalar cəlb etmişdir. Bütövlükdə, 1995-ci ildən 2014-cü ilə qədər ölkə 

iqtisadiyyatına 160 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 50 

milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və mütləq əksəriyyəti 

xarici sərmayədir. Son illər ərzində Azərbaycan iqtisadiyyatına qoyul-

muş  sərmayələrin təxminən 5%-i xarici sərmayə olmuşdur. Təbii ki, 

neft sektoruna böyük investisiyaların qoyulmasından sonra, son illərdə 

neft sektorunun investisiya qəbulediciliyi aşağı düşmüşdür və paralel 

olaraq, neft gəlirlərinin artması kapitaltutumlu malların istehlakına 

olan ehtiyacı artırmışdır. Bu da, öz növbəsində, qeyri-neft sektorunda 

investisiyaya tələbatın yüksəlməsinə  səbəb olmuşdur. Eyni zamanda, 

neft sektorunun inkişafı onunla bağlı olan tikinti, xidmətlər və rabitə 

sektorları kimi qeyri-neft sektorlarının inkişafına da kömək olur. Yu-

xarıda qeyd edildiyi kimi, biznes mühitində həyata keçirilmiş son isla-

hatlar xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsində öz 

rolunu oynamağa başlamışdır. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda xidmətlər ticarəti də, iqti-

sadi artımın yaradılmasına müəyyən qədər təsir göstərib. Bu əsasən re-

gionda böyük nəqliyyat layihələrinin həyata keçirilməsinə görə  əldə 

edilən gəlir və turizm xidmətlərindən daxil olan vəsaitlər hesabına 

mümkün olmuşdur. Qeyd edək ki, Şərq və Qərb arasında əsas körpü 

rolu oynamaqla Azərbaycan, dünyanın əsas nəqliyyat və kommunika-

siya mərkəzlərindən birinə çevrilir və bu proses hələ  də davam edir. 

“Böyük İpək Yolu”, “Bakı-Ceyhan” neft və “Bakı-Ərzurum” qaz kə-

mərləri, “Bakı-Axalkalaki-Qars” dəmiryolu xəttində aparıcı rola malik 

olması Azərbaycanın nəinki regionda, həmçinin dünyada iqtisadi-siya-

si cəhətdən mövqeyini və əhəmiyyətini yüksəldir. 

Qeyd etmək lazımdır ki, son dövrdə respublikada tarazlaşmış 

sosial-iqtisadi inkişafın təmin edilməsində xarici ticarətin həcmi, 

nomenklatur strukturu və coğrafiyası böyük rol oynamağa başlayıb. 

Qısa müddət  ərzində Azərbaycan özünün iqtisadi potensialını xeyli 

artırıb və neft-qaz sektorunun dirçəlməsi sayəsində ölkənin imici, geo-

siyasi  əhəmiyyəti nəinki regionda, həm də bütün dünyada daha da 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

470



yüksəlib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, xarici tica-

rətin liberallaşması, ölkə iqtisadiyyatına xarici və daxili investisiya 

qoyuluşalrının artması, sahibkarlığın inkişafına dəstək verilməsi, əha-

linin real gəlirlərinin yüksəlməsi, regionların inkişafı, iri infrastruktur 

layihələrin həyata keçirilməsi və ən əsası neft-qaz hasilatının artması 

xarici ticarət dövriyyəsinin həcminin artmasında əsas rol oynamışdır. 

Xarici ticarət dövriyyəsinin stabil inkişafı isə  əhəmiyyətli dərəcədə 

ÜDM-in istehsalına və ölkənin digər makroiqtisadi göstəricilərinə 

təsir göstərib. 

Xarici ticarət sahəsində əsas problem xarici ticarətin əmtəə, ölkə 

və regional strukturunda təmərküzləşmə və konsentrasiya riskinin bö-

yük olmasıdır. Əvvəla, ixrac olunan malların əksəriyyəti ölkənin mü-

qayisəli üstünlüyünə  əsaslanmır və istehsal prosesinin nəticəsi deyil. 

İkincisi, ixrac mallarının nomenklaturası çox aşağıdır. Cəmi 2-3 çeşid 

mal ümumi ixracın 80%-dən çoxunu təşkil edir. Belə ki, Azərbay-

canda ixracın strukturunun əsasını neft və neft məhsulları təşkil edir. 

Statistik məlumatlara görə, 2010-cu ildə 10 adda məhsulun ixracda 

xüsusi çəkisi 2005-ci ildə 84.43 %, ÜDM-də isə 29.24 % təşkil etsə 

də, 2010-cu ildə artaraq müvafiq olaraq 94,6% və 39% olub. 

Ölkədən ixrac edilən bir-neçə  məhsulun ümumi ixracda xüsusi 

çəkisi yüksək olmaqla yanaşı, ÜDM-də böyük paya malikdir. 2008-ci 

ildə “Əsrin Müqaviləsi” çərçivəsində “Azəri-Çıraq” yataqlarından neft 

hasilatı  və ixracı ilə  əlaqədar olaraq bu məhsulların ÜDM-də xüsusi 

çəkisi 96.4% təşkil edib. Sonrakı illərdə bu göstərici bir qədər azalsa 

da, hələ  də yüksək olaraq qalır. Son 10 ildə Azərbaycanın ixracının 

əsas hissəsini neft və neft məhsulları, o cümlədən xam neft, yüngül 

neft distillatları, aviasiya benzini, qaz, kerosin, neft yağları, daha sonra 

isə alüminium oksidi və xam alüminium, qoz-fındıq, polietilen, pam-

bıq, səkər, təzə meyvələr və s. təşkil edir. Baxılan dövrdəki ixrac və 

idxal olunan məhsulların sayının dinamikası da təhlil edilərkən müəy-

yən olunur ki, hazırda Azərbaycanın ixrac məhsullarının ümumi sayı 

(6 rəqəmli HS sistemi üzrə) 2071-dir. 2001-ci illə müqayisədə ixrac 

siyahısında 491 məhsul artmışdır.  İdxal olunan məhsulların sayı isə 

2001-ci ildə 2466 olduğu halda, 2009-cu ildə artıq 3545-ə çatmış, yəni 

1079 sayda məhsul artmışdır.  İdxal məhsullarının say artımı ixracla 

müqayisədə 2,2 dəfə çox olmuşdur. Ümumiyyətlə isə, 2001-2009-cu 

illər  ərzində idxal olunan məhsulların sayı ixrac olunan məhsulların 

sayından orta hesabla 4 dəfə artıq olmuşdur. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə