Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
480
Ölkənin rəqabət qabiliyyətinin uzunmüddətli qorunub saxlanması
üçün ən vacib şərt ölkədə davamlı innovativ istehsal münasibətlərinin
təşkili və inkişafının dəstəklənməsidir. Bu münasibətlərin dəstəklən-
məsi dedikdə, həm texnoloji yeniliklərin tətbiqini, həm də idarəetmədə
yeni mexanizmlərin işlənib hazırlanmasını nəzərdə tutmaq lazımdır.
Azərbaycan regional liderliyini möhkəmləndirmək üçün beynəl-
xalq reytinqlərdəki mövqelərini sürətlə yaxşılaşdırmaqda davam etmə-
lidir. İslahatlar reytinqi yüksəltdiyi kimi, reytinqlərin artması da öz sı-
rasında iqtisadiyyatın rəqabət qabiliyyətini və diversifikasiya dərəcəsi-
ni, habelə insan inkişafını sürətləndirəcək, güclü inkişaf öz növbəsində
yeni islahatları zəruri edərək yüksək reytinqlərə yol açacaq. Azərbay-
canın reytinqlərdə yüksəlməyinin paradoksallığı ondadır ki, beynəl-
xalq ranqlarda yuxarı qalxdıqca marjinal faydalılıq da azalır: yəni aut-
sayderlərdən uzaqlaşdıqca ölkə eyni sayda pillə artırmaq üçün daha
çox enerji və resurs sərf etməli olur. Əlbəttə, inkişaf etməkdə olan öl-
kələrin sırasını tərk etmək nə qədər asan da olsa, inkişaf etmiş ölkələr-
lə müqayisədə reytinq qazanmaq bir o qədər çətindir. Azərbaycan ya-
xın gələcəkdə beynəlxalq reytinqlərdə ilk 50-likdə mövqelərini güc-
ləndirdikcə qazanılan hər növbəti pillə ölkənin regional liderliyi və
beynəlxalq reputasiyası nöqteyi-nəzərindən daha çox dividend gətirə-
cək. Azərbaycanın sosial-iqtisadi sahədə reytinqlərinin artması ölkə-
nin strateji əhəmiyyətinin artmasını şərtləndirir.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin təhlili onu deməyə əsas
verir ki, bu gün dövlətin xarici iqtisadi siyasət strategiyasında ölkənin
Dünya Təsərrüfatı Sisteminə səmərəli inteqrasiya olunması, davamlı
yüksək artım sürətinin təmin edilməsi, milli iqtisadiyyatın rəqabət qa-
biliyyətinin artırılması və bütövlükdə iqtisadi fəaliyyət üstünlüklərin-
dən tam şəkildə istifadə edilməsi və s. məsələlərə diqqət artırılmalıdır.
Xarici ticarət əlaqələrinin təhlili göstərir ki, son qlobal iqtisadi və
maliyyə böhranının nəticələri də nəzərə alınmaqla, bu sahədə dövlət
siyasətin təkmilləşdirilməsinə və maraqlı tərəflərin fəaliyyətlərinin
gücləndirilməsinə böyük ehtiyac vardır. Bunlara-biznes mühiti, isteh-
sal potensialı, ixracın təşviqi, ticarət siyasəti, bazarlara çıxış və s.-ni
aid etmək olar.
Rəqabətqabiliyyətliliyi müəyyən edən mühüm qrup amillərə ölkə-
nin ümumi iqtisadi vəziyyəti ilə bağlı olan amillər aiddir. Ölkədə
adambaşına düşən ÜDM-in məbləği, inflyasiyanın aşağı olması, siyasi
və hüquqi sistemin stabilliyi, vergi və gömrük tariflərinin aşağı ol-
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
481
ması, ölkədə və regionlarda inkişaf etmiş infrastrukturun inkişaf sə-
viyyəsi, daxili bazarın həcmi, resurslardan səmərəli istifadə edilməsi,
rəqabətqabiliyyətli bank sistemi ölkənin beynəlxalq rəqabətqabiliy-
yətliliyini yüksəldən əsas amillərdəndir. Son illər Azərbaycanda apa-
rılan iqtisadi islahatlar nəticəsində bazar prinsiplərinə əsaslanan iqtisa-
di sistem yaradılıb. Onun necə aparılmasından, başa çatıb çatmama-
sından, dünya ölkələrindəki modellərdən nə dərəcədə fərqləndiyi barə-
də fikir söyləmədən qeyd etməliyik ki, Azərbaycanda bazar iqtisadiy-
yatının əsas prinsipləri həyata keçirilir bu sahədə ilbəil irəliləyiş baş
verir. Bütün bunlar və dünya bazarında baş verən proseslərin nəticəsi
olaraq ölkə iqtisadiyyatı inkişaf edir və iqtisadi göstəricilər hər il
əvvəlki illərə nisbətən yüksəlir. Məhz Dünya İqtisadi Forumunun ha-
zırladığı 2011-ci il üçün rəqabətqabiliyyətlilik göstəricilərində Azər-
baycan makroiqtisadi vəziyyətə görə dünyanın 142 ölkəsi arasında 16-
cı yerdə olub. Bu onu göstərir ki, beynəlxalq ekspertlər gələcəkdə
Azərbaycanda iqtisadi uğurların daha çox olacağını proqnozlaşdırırlar.
Ancaq Azərbaycanda qanunvericilik bazasının hələ də kifayət qədər
təkmil olmaması, keyfiyyət sertifikatlarının beynəlxalq standartlara
uyğunsuzluğu, intelektual mülkiyyətin qorunmaması rəqabətqabiliy-
yətliliyin yüksəldilməsinə mənfi təsir göstərir.
Ölkənin rəqabətqabiliyyətliliyini müəyyən edən altıncı amil enerji
effektivliyinin əldə edilməsidir. Son 5 ildə iqtisadi artımın tempinə
görə, Azərbaycan dünyanın bütün ölkələrini qabaqlayıb. Beynəlxalq
təşkilatlar və müstəqil ekspertlər iqtisadiyyatda baş vermiş bu artımın
növbəti illərdə də davam edəcəyini proqnozlaşdırırlar. Azərbaycanda-
kı bu inkişafın təməlini energetika sektoru təşkil etdiyindən, qarşıda
duran ən əsas məsələlərdən biri energetika siyasətinin dünyadakı möv-
cud tələblərə uyğun yenidən qurulmasıdır.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, dayanıqlı iqtisadi inkişaf
və enerji effektivliyi arasında birbaşa əlaqə mövcuddur. Dayanıqlı iq-
tisadi inkişaf konsepsiyasında qarşıya qoyulan vəzifənin həll edilməsi
üçün əsas elementlərdən biri insanların həyat şəraitinin yaxşılaşdırıl-
masına xidmət edən enerji effektivliyi siyasəti, ətraf mühitin qorunma-
sı və davamlı olaraq enerji təminatından ibarətdir. Həmin dövrdən
başlayaraq dünyanın inkişaf etmiş ölkələri iqtisadi inkişaf siyasətinin
tərkib hissəsi kimi istər hökumət, istərsə də şəxsi biznes səviyyəsində
istehsal edilmiş məhsulun enerji tutumunun azaldılması üçün tədbirlə-
rin həyata keçirilməsini daha da genişləndiriblər. Bu tədbirlər iqtisa-