Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə67/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   63   64   65   66   67   68   69   70   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

190



Azərbaycandan neft ixracının həm daxili, həm də xarici amillər 

səbəbindən daha çox artacağı deyilir. Energetika naziri Natiq Əliyev 

qeyd etmişdir ki,respublikamızda 2014-cü ildə 45milyon ton neft is-

tehsal edilmişdir. "Ölkənin fəaliyyətdə olan neft yataqlarında artıq təs-

diq olunmuş neft ehtiyatlarının həcmi 2,2 milyard tona bərbərdir ki, 

aparılan  əlavə geoloji kəşfiyyat işləri də  uğurla nəticələnərsə, bu rə-

qəm 5 milyard təşkil edəcək"- deyə nazir vurğulayıb. N. Əliyev əlavə 

edib ki, ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin əsas prinsipləri 

bundan ibarətdir ki, ölkənin enerji resurslarına tələbat tam ödənilmək-

lə bu sahədə təhlükəsizlik təmin edilsin və etibarlı "Şərq-Qərb" dəhlizi 

yaradılması yolu ilə Avropa bazarı neftlə daha yaxşı  təchiz olunsun. 

Bu isə o deməkdir ki, ölkəmiz tranzit rolunda daha fəal iştirak edəcək. 

Qeyd edək ki, Avropa bazarı bu gün sutkada 14-14,5 milyon ba-

rel neft tələb etməklə 70 % ixracdan asılı vəziyyətdədir. 

OPEK də məhz bu səbəbdən 2015-ci ildə Azərbaycanda neft ixra-

cının artacağını söyləyir. Kartel neftin dünya bazarlarında ucuzlaşma-

sının qarşısını almaq məqsədilə ona üzv olmayan ölkələri hasilatı 

azaltmağa çağırsa da, təkcə Azərbaycana münasibətdə bildirib ki, 

ölkəmizdən neft ixracı səviyyəsi bu ilin xüsusən sonuncu rübü ərzində 

daha çox artacaq. 

İxracın artdığı isə doğrudan da göz qabağındadır. ARDNŞ-in son 

hesabatı bunu bir daha təsdiq edir. Apreldə Bakı-Novorossiysk kəməri 

ilə 224 min ton neft ixra edilib. Bütövlükdə 2014-cü il ərzində bu 

kəmərlə keçən ilki 1,3 milyona qarşı 2,5 milyon ton artıq neft ixrac 

olunacağı bildirilir. 

Neftin dünya bazarlarında artıq neçə aylardan bəridir ki, mövcud 

olan qiymət səviyyəsi hətta ən iri ixracatçı ölkələr üçün də belə sərfəli 

deyil. Söhbət Səudiyyə Ərəbistanı, Kanada, İran, İraq, Küveyt, BƏƏ, 

Venesuela, Rusiya, Qazaxıstan kimi ölkələrdən gedir. Bu ölkələrin hər 

birinin dünyadakı mövcud neft ehtiyatlarında payı bizimki ilə müqayi-

sədə  dəfələrlə çox olsa da, dünyada ən çox və ucuz neft hasil edən 

Səudiyyə Ərəbistanı üçün hələ 3-4 il bundan qabaq aparılan hesabla-

maya görə, sözügedən məhsulun dünya bazarlarında sərfəlilik ba-

xımından ən aşağı qiymət səviyyəsi 60-65 dollar hesab edilir. Halbuki 

bu ölkədə xam neft hasilatı cəmi 5-6 dollara başa gəlir. Bu ondan irəli 

gəlir ki, adı çəkilən ölkənin dövlət büdcəsi gəlirlərinin 90 %-dən çoxu 

xam neft ixracından əldə olunur. Odur ki, hasilatın ucuz başa gəlməsi-

nin heç bir əhəmiyyəti qalmır. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



191

Azərbaycanda 1 barel neftin hasilatının 10-11 dollara başa gəldiyi 

deyilir. Bu baxımdan ölkə iqtisadiyyatının normal fəaliyyət göstərməsi 

üçün dünya bazarlarında qiymətin 40-45 dollar olması  sərfəli hədd 

sayıla bilər. Ancaq Azərbaycanda indiyədək həyata keçirilən investisi-

ya siyasəti neftin qiymətinin 100 dollara yaxın olması tələb edilir. Əks 

təqdirdə, büdcə buna tab gətirməyəcək. Dünya bazarlarında isə qiymə-

tin yenidən 100 dollar civarına qalxması qeyri-real görünür. Bunun 

üçün heç bir zəmin də yoxdur. Yalnız siyasi amillər səbəbindən qiy-

mət dəyişə bilər ki, bu da yaranmış iqtisadi böhran fonunda neftə tələ-

bat azaldığı üçün çətin ki, baş versin. 

Qiyməti sabitləşdirmək məqsədilə ixracatçı ölkələrin təklifi məh-

dudlaşdırmaq səylərinə  dəstək olaraq, habelə digər səbəblərə görə, 

Azərbaycanın da hasilatı müəyyən dərəcədə azaltması təbii sayılmalı-

dır. Ancaq bunun müqabilində ixracın artmasının heç bir ciddi əhə-

miyyəti yoxdur. 

Qeyd etmək lazımdır ki, ticarət əlaqələri səmərəli əmək bölgüsü-

nə  və istehsalın kооperasiyasına  əsaslanmalıdır. Bunun nəticəsində 

istehsal məsrəfləri azalar və əmək məhsuldarlığı yüksələrsə, ölkələra-

rası mal mübadiləsi qarşılıqlı faydalı  оlar. Xarici ticarət  əlaqələrinin 

və  оnunla bağlı milli iqtisadiyyatın inkişafının tarixi xüsusiyyətləri, 

müxtəlif təbii və iqtisadi şərait, ölkənin əlverişli nəqliyyat-iqtisadi və-

ziyyəti ilə əlaqədardır. Azərbaycan Avrоpa ilə Asiyanın kəsişməsində 

yerləşməklə, məhsuldar qüvvələrin inkişafı və səmərəli nəqliyyat-iqti-

sadi əlaqələr üçün оlduqca əlverişli vəziyyətə malikdir. Azərbaycan il-

dən-ilə digər ölkə və regiоnlar üçün nəzərdə tutulmuş məhsullar isteh-

salında öz xüsusi çəkisini artırır, eyni zamanda ictimai əmək bölgüsü 

və ölkələrarası əmək bölgüsü daha da dərinləşir, iqtisadiyyatın ixtisas-

laşması və kоmpleks inkişafı güclənir. Azərbaycanın ticarət əlaqələri-

nin güclənməsi əmək bölgüsünün dərinləşməsi ilə üzvi surətdə əlaqə-

dardır.  Əmək bölgüsünün dərinləşməsi təbii sərvətlərin mənimsənil-

məsini və müxtəlif sənaye sahələrinin yaranmasını  təmin etməklə, 

məhsuldar qüvvələrin yerləşməsində güclü dəyişiklik etmiş, ticarət 

əlaqələrinin daha da təkmilləşdirilməsi üçün şərait yaratmışdır. 

Məhz buna görə də respublikamızda xarici ticarət əlaqələrinin ge-

nişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin  оlunması 

üçün aşağıdakı istiqamətlərdə ardıcıl iş aparılmalıdır: 

-Ölkənin ixrac pоtensialının düzgün qiymətləndirilməsi və  оnun 

inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

192



-İdxalın оbyektiv tələbat həcminin tapılması; 

-İdxal  əvəzedici sahələrin inkişaf imkanları  və pesrpektivlərinin 

araşdırılması; 

-Xarici maliyyə-kredit resurslarının ölkəyə cəlb оlunması; 

-İqtisadi təhlükəsizlik kоnsepsiyasının işlənməsi və reallaşdırıl-

ması; 


-İnteqrasiya prоseslərinin tənzim edilməsi və  təkmilləşdirilməsi 

və s. 


Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın xarici ticarət təşki-

latlarında iştirakı imkanları genişlənir. Belə ki, hazırda Azərbaycanda 

sərbəst bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın liberallaşdırılması, 

xarici ticarətin və bütövlüklə xarici iqtisadi əlaqələrin sərbəstləşdiril-

məsi, «açıq qapı» siyasətinin həyata kecirilməsi, müxtəlif gömrük rü-

sumlarının və gömrük məhdudiyyətlərinin ləğv edilməsi və s. istiqamə-

tində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bazar iqtisa-

diyyatı sahibkarlığın inkişafı, azad iqtisadi ticarət zоnalarının təşkili, 

xarici ticarət üzərində dövlət inhisarının qaldırılması  və beynəlxalq 

əmək bölgüsündə ölkənin müqayisəli üstünlüklərdən səmərəli istifadə 

etməsi üçün əlverişli  şərait yaradır. Azərbaycanda xarici iqtisadi 

fəaliyyət prinsipcə yeni nоrmativ hüquqi bazaya və dövlət tənzim-

lənməsi mexanizminə  əsaslanmaqla, bazar iqtisadiyyatının tələblərinə 

cavab verməli, ölkənin dünya təsərrüfat sistemində inteqrasiyasını  tə-

min etməlidir. İnteqrasiya da əsasən ölkənin beynəlxalq iqtisadi-ticarət 

təşkilatlarının iştirakı ilə şərtlənir. Bu da beynəlxalq əmək bölgüsünün 

daha da dərinləşməsinə, mövcud resurslardan səmərəli istifadə edilmə-

sinə, elmi-texniki əməkdaşlığın həyata keçirilməsinə və əhalinin tələba-

tının hərtərəfli ödənilməsinə əlverişli şərait yaradır. Qeyd etmək lazım-

dır ki, inkişaf etməkdə оlan ölkələrin və dövlətlərin beynəlxalq ticarət 

sistemində inteqrasiyası,  оnların inkişaf strategiyasının vacib kоmpо-

nenti оlub, оnların öz xarici ticarətini inkişaf etdirmək, öncədən bəlli və 

stabil ticarət mühiti yaratmaq hüququ var. Xarici ticarətin beynəlxalq 

nоrmalar səviyyəsində  təşkilini təmin etmək məqsədilə Azərbaycan 

ÜTT-yə üzv оlmaq  ərəfəsindədir. 1998-ci ilin iyul ayında ölkəmiz 

ÜTT-də müşahidəci statusu almışdır. Artıq Azərbaycan xarici ticarət 

rejimi haqqında memоrandum hazırlayıb ÜTT-yə  təqdim etmişdir və 

yaxın vaxtlarda оnun ÜTT-yə üzv оlması gozlənilir. 

Azərbaycanın ixrac məhsullarının funksiоnal tərkibində neft və 

neft məhsullarının xüsusi cəkisi 90%-dən, idxal mallarının strukturun-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə