155
X FƏSİL
AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ
Plan:
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi
vəziyyəti.
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli
işğalçılara qarşı mübarizə
5. XVIII əsrdə Azərbaycan mədəniyyəti
1. Azərbaycan xanlıqlarının yaranması
və onların sosial-iqtisadi vəziyyəti
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran
əsarəti sona çatdı. İran əsarəti sona çatdıqdan sonra ölkəmizdə
Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya,
Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s.
xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik
feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultan-
lıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın
məlikləri var idi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı
idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından,
məliklər isə Qarabağ xanlığından asılı idilər. Azərbaycanda belə çox
xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin
ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması,
natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya di-
gər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi.
Nisbətən kiçik əraziləri əhatə etmələrinə baxmayaraq, Azər-
baycan xanlıqlarının əksəriyyəti dövlətə məxsus bütün əlamətlərə
malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda
hakimiyyət, əsas etibarı ilə yerli feodalların əlində idi. Məsələn,
Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyad-
156
oğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu
Mirzə Məhəmməd xan, Dərbənd xanlığını Dərbəndin sabiq naibi
İmamqulu bəyin oğlu idarə edirdi.
Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nis-
bətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi
sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər
yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət
xanların əlində cəmləşmi
157
qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox
xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri
alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul
rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən for-
maları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı.
Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3
hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində
rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əla-
və bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s.
vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iq-
tisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə,
yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və
ticarətdə bir qədər canlanma nəzərə çarpırdı.
Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkin-
çilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq,
bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şir-
van, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dər-
bənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi.
Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer
tuturdu. İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi.
Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona
qədər ipək ixrac olunur». Bu dövrdə sənətkarlıqda da müəyyən
yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı.
İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici
ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə
şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl
məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar
istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı.
Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi.
Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasi-
bətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də
ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs
edilən dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi
tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa-
158
lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə
etmələri ilə bağlı idi. Qərblə Şərq ölkələrini birləşdirən tranzit
ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixraca-
tına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan
şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum olur-
dular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq
qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə ge-
niş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı.
Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra
sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal
edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara
bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum
olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal
olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir
çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların
ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana gön-
dərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana
çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və
məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan
şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına
mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin
tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları
və feodal ara müharibələri də az rol oynamışdı.
Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəl-
məsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən
müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamət-
gahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq
diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz
olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkar-
ların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi.
Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan
şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd tə-
sərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi ba-
zarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksə-
Dostları ilə paylaş: |