Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

30 

 

tәkmillәşdirilmәsi. Bu proqram Azәrbaycanda kapital bazarlarının artırılmasına 



istiqamәtlәnmiş dövlәt proqramı ilә uyğunluq tәşkil edir.  

 

Beynәlxalq Maliyyә Korporasiyası (BMK) 

 

Beynәlxalq Maliyyә Korporasiyası 69 layihә üzrә 409 milyon ABŞ dolları dәyәrindә 



sәrmayә qoymuş  vә digәr kreditorlardan 73 milyon ABŞ dolları  dәyәrindә kredit 

sәfәrbәr etmişdir. BMK-nın öhdәliklәrinin hәr  şeydәn  әvvәl lizinq, kiçik vә orta 

müәssisәlәr, ticarәtin vә  mәnzillәrin maliyyәlәşdirilmәsi üzrә olmasına baxmayaraq, 

BMK hәmçinin neft vә qaz, içki, mehmanxana vә  pәrakәndә satış sektorlarına da 

sәrmayә qoymuşdur. BMK maliyyә sektorunda risklәrin idarә olunması, korporativ 

idarәetmә, investisiya mühiti kimi sahәlәrdә (sahibkarlığın qeydiyyatdan keçmәsi 

üçün bir pәncәrә sistemi; Biznes İcazәlәri vә Lisenziyaları Portalı; Azәrbaycanda 

kiçik vә orta müәssisәlәr üçün onlayn portal; layihә yoxlamaları haqqında qanun) özәl 

sektorun inkişafına yönәldilmiş tövsiyә xarakterli layihәlәri hәyata keçirib. 

 

Azәrbaycan Respublikasının Dövlәt Neft Fondu (ARDNF), Azәrbaycanın suveren 



ehtiyatlar fondu BMK-nın Aktivlәrin  İdarәetmә  Şirkәti tәrәfindәn idarә olunan 

fondlara 350 milyon ABŞ dolları hәcmindә vәsait ayırmışdır. Bunun 200 milyon ABŞ 

dolları BMK ilә birlikdә yeni yaranan bazarlarda infrastruktur layihәlәrinә  sәrmayә 

qoyan BMK Qlobal İnfrastruktur Fonduna, 50 milyon ABŞ dolları iqlim 

mәsәlәlәrinin effektiv hәlli vә  bәrpa olunan enerji mәsәlәlәrinә  hәsr olunmuş 

layihәlәrin vә fondların stimullaşdırılması üçün yaradılmış BMK-nın Katalizator 

Fonduna, 100 milyon ABŞ dolları isә BMK ilә birlikdә Afrika, Latın Amerikası  vә 

Karib bölgәsindә kapital şәkilli layihәlәrә  sәrmayә qoyan BMK Afrika, Latın 

Amerikası vә Karib Fonduna ayrılmışdır. .  

 

ABŞ Beynәlxalq İnkişaf Agentliyi 



 

ABŞ Beynәlxalq İnkişaf Agentliyinin Azәrbaycanda İqtisadi İnkişaf Proqramı qeyri-

neft iqtisadiyyatına yönәlmişdir vә bir sıra sahәlәrdә AYİB-in mәqsәdlәri ilә qismәn 

üst-üstә düşür. Azәrbaycanın kәnd tәsәrrüfatı sektorunda hәdәflәnәn dәyәr zәncirini 

tәkmillәşdirmәk, daha şәffaf, liberallaşdırılmış ticarәt mühiti yaratmaq, yerli 

sahibkarlığı inkişaf etdirmәk mәqsәdilә Azәrbaycanın Rәqabәt Qabiliyyәti vә Ticarәt 

layihәsi işlәnib hazırlanmışdır. ABŞ Beynәlxalq  İnkişaf Agentliyi xüsusilә  dә  kәnd 

tәsәrrüfatı sektoruna vә kiçik vә orta müәssisәlәrә kredit verilmәsinә yardım 

göstәrmәk üçün AYİB-in 3 tәrәfdaş bankına da dәstәk verir. 

 

KfW 

 

KfW bankı Azәrbaycanda 1995-ci ildәn etibarәn fәaliyyәt göstәrir. Bugünә  qәdәr 



ümumi portfel hәcmi aşağıda göstәrilәn sahәlәr üzrә 594 milyon Avro tәşkil edir: 

Bәlәdiyyә infrastrukturu (50%), enerji vә nәqliyyat (34%), maliyyә sektoru (14%) vә 

tәbii resursların qorunması vә idarә olunması (11%). Maliyyә sektorunda KfW kiçik 

vә orta ölçülü müәssisәlәrin yenidәn maliyyәlәşdirilmәsini hәyata keçirir, yerli 

banklara mikro, kiçik vә orta müәssisәlәrin maliyyәlәşdirilmәsi üçün vәsait ayırmaqla 

Әmanәtlәrin Sığortalanması Fondunun yaradılmasına çalışır. Kәnd tәsәrrüfatının 

tәşviqindә KfW çox aktivdir, bu sahәyә Bank 85 milyon Avro sәrmayә yatırmışdır. 

KfW Azәrbaycanın  İmişli, Gәncә,  Şәki kimi regionlarında su sistemlәrinin 

reabilitasiyasını da maliyyәlәşdirir. 



31 

 

 



İsveçrәnin İqtisadi Mәsәlәlәr üzrә Dövlәt Katibliyi (SECO) 

 

İsveçin Azәrbaycan Respublikasına rәsmi inkişaf yardımı 2013-2016-cı illәrdә 

tәxminәn 29 milyon İsveç frankı  tәşkil edәcәk. Yeni İsveç  Әmәkdaşlıq Strategiyası 

bir neçә İsveç dövlәt tәşkilatının öz әsas sәriştәsi daxilindә töhfәsini verdiyi üç birinci 

növbәli sahә müәyyәn etmişdir. 

 

İsveçrә İqtisadi İnkişaf vә Mәşğulluq sahәsi daxilindә әsas diqqәtini biznes mühitinin 



tәkmillәşdirilmәsinә, daha güclü maliyyә sektorunun yaradılmasına yönәldәcәk vә 

sahibkarlıq bacarıqlarının zәnginlәşdirilmәsini dәstәklәyәcәk.  İdarәçilik vә  İctimai 

Xidmәtlәr sahәsindә İsveçrә yüksәk keyfiyyәtli ictimai xidmәtlәri tәbliğ etmәk üçün 

kommunal xidmәtlәr üzrә  şirkәtlәrin mәrkәzlәşmiş  fәaliyyәtini lәğv etmәk vә 

idarәçilik imkanlarını artırmaq üçün yardım göstәrәcәk, o cümlәdәn fiziki 

infrastrukturun tikilmәsinә öz töhfәsini verәcәk. Bundan әlavә, İsveç yardımı diqqәti 

ictimai maliyyә  rәhbәrliyi vә iqtisadi siyasәtlәri güclәndirmәyә yönәldәcәk. 

Münaqişәnin dәyişdirilmәsi sahәsindә görülәn işlәri artırmaq mәqsәdilә yaradılmış 

İnsanların Tәhlükәsizliyi vә Mühafizәsi bölmәsindә yüksәk sәviyyәli diplomatik 

tәşәbbüslәr yerli sәviyyәdә sülhün tәmini tәsbitlәri ilә birlәşdirilәcәk. 

 

2001-ci ildәn bu günә qәdәr İsveçrә hökumәti Azәrbaycan Respublikası ilә ikitәrәfli 



inkişaf vә  әmәkdaşlıq proqramına 85 milyon İsveç frankından çox sәrmayә 

qoymuşdur. Bu vәsaitlәr Dünya Bankının, BMK, KfW, BİF vә digәr BMT tәrәfindәn 

idarә edilәn kәnd sahәlәrinin inkişafı, makroiqtisadi siyasәtin dәstәyi vә qeyri-neft 

özәl sektorun inkişafı sahәlәrindә müdaxilә vә layihәlәrә yönәldilmiş geri ödәnmәyәn 

qrantlar kimi verilmişdir. 

 

4.3. Avropa İttifaqı ilә әmәkdaşlıq 

 

Avropa İttifaqı әsas diqqәti enerji, hüquqşünaslıq, kәnd tәsәrrüfatı vә kәnd yerlәrinin 



inkişafına yönәlmiş dörd büdcә dәstәyi әmәliyyatı ilә Azәrbaycan hökumәtinә texniki 

yardım göstәrmişdir. Texniki yardım vә tvinninq layihәlәri Aİ standartlarına vә 

qabaqcıl tәcrübәlәrә yaxınlaşma ilә әlaqәdar bir çox digәr sektorlara diqqәt yönәldir. 

Qonşuluğa  İnvestisiya Siyasәti vasitәsilә Avropa Komissiyası AYİB-in Regional 

Yolların Reabilitasiyası Proqramı ilә  әlaqәdar işlәrin hәyata keçirilmәsi vә tövsiyә 

xarakterli işlәrin görülmәsi mәqsәdilә qrant ayırmışdır, hәmçinin o, Azәrbaycan 

әrazisindә Kiçik Biznesә  Dәstәk (KBD) fәaliyyәtlәrinә yardım göstәrәn  әsas 

donorlardan biridir.  

 

Yeni 2014-2017-ci illәrdә Aİ-nin çox-maliyyәli çәrçivә daxilindә әsas diqqәt verilәn 



mәsәlәlәrdәn biri kәnd  әrazilәrinin inkişafıdır. AYİB bu sahәdә öz proqramının, 

xüsusilә  dә Azәrbaycanda regionların vә  kәndlәrin inkişafı üzrә olan yerli 

tәşәbbüslәrin tәşviq edilmәsini nәzәrdә tutan proqramının hәyata keçirilmәsi üçün 

AİB vә digәr inkişaf tәrәfdaşları ilә  әmәkdaşlıq etmәyә çalışmalıdır. 2011-2013-cü 

illәr üçün AB İkitәrәfli Tәyinatı 122.5 milyon Avro tәşkil etmişdir ki, yardımın 

әksәriyyәti Dövlәt tәşkilatları, Avropa Qonşuluq vә  Tәrәfdaşlıq Vasitәsi (AQTV) 

vasitәsilә hәyata keçirilmişdir. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə