Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

35 

 

imkanları  mәhdudlaşdırılmışdır



8

. Bu dәyişikliklәr Venesiya Komissiyasının bәzi 

tövsiyәlәri ilә uyğunluq tәşkil etsә dә, Komissiyanın seçki kampaniyalarının tәşkili ilә 

bağlı tövsiyәlәri ilә uzlaşmır. Azәrbaycanda geniş  KİV olsa da, ATӘT/DTHİB 

Beynәlxalq Seçkilәri Müşahidә Missiyası vә ATӘT PA tәrәfindәn müәyyәn edildiyi 

kimi, seçicilәrin alternativ görüşlәrә dair mәlumat alması mәhdudlaşır

9

.    


 

Güc bölgüsü, effektiv yoxlama vә balans 

 

Konstitusiyaya әsasәn, Azәrbaycan Respublikasında prezidentli idarәetmә forması 



qüvvәdәdir vә prezident qanunverici vә mәhkәmә hakimiyyәti üzәrindә әsaslı tәsir 

qüvvәsinә malikdir. 

 

Prezident  İlham  Әliyev 2003-cü ilin oktyabr ayından hakimiyyәtdәdir. Hakimiyyәtә 



gәldikdәn bәri Prezident Әliyev öz siyasi hakimiyyәtini  әsaslı  şәkildә 

möhkәmlәndirmişdir. 2008-ci ildә o, ikinci dәfә beş illik müddәtә prezident 

seçilmişdir vә 2013-cü ilin oktyabr ayında keçirilәcәk növbәti prezident seçkilәrindә 

namizәdliyini irәli sürәcәk. 2008-ci ildә keçirilmiş seçkilәr ATӘT-in bütün 

tövsiyәlәrinә cavab vermәdi, lakin demokratik seçkilәrin keçirilmәsi üzrә beynәlxalq 

standartlara cavab verilmәsi istiqamәtindә  әhәmiyyәtli irәlilәyişlәrә nail olunmuşdu. 

Seçkilәr dinc şәraitdә keçirildi, lakin sağlam rәqabәt yox idi vә parlaq siyasi 

müzakirәlәr tәşkil olunmadı. Çatışmazlıqlara baxmayaraq, AŞPA-nın xüsusi komitәsi 

bildirdi ki, seçkilәr ölkә seçicilәrinin arzu vә istәklәrini әks etdirir. 

 

Qanunverici hakimiyyәt Milli Mәclisә mәxsusdur. MM beş il üzrә 125 üzvdәn ibarәt 



olan bir palatalı qurumdur. Prezidentin Yeni Azәrbaycan Partiyası (YAP) 

qanunvericilikdә  vә siyasi sistemdә hakim mövqe tutur. Parlament siyasi 

müzakirәlәrin tәşkil olunması baxımından forum vә güclü icraedici hakimiyyәti 

balanslaşdıra bilәcәk bir qurum kimi inkişaf edir . 

 

Seçkili rәsmilәr tәrәfindәn idarә olunan effektiv hakimiyyәt 

 

Azәrbaycanın seçkili rәsmilәrinin heç bir mәhdudiyyәt olmadan idarә etmәk üçün 



effektiv güclәri var. Silahlı qüvvәlәr mülki nәzarәt altındadır vә ölkәnin siyasi 

qәrarlar qәbul etmә prosesindә  hәlledici rol oynamır.Ölkәdә böyük sahibkarların 

әhәmiyyәtli rol oynamasına baxmayaraq, onların seçkili rәsmilәrә  tәsir göstәrә 

bilәcәk dәrәcәdә çoxlu güclәri yoxdur.  

 

Vәtәndaş cәmiyyәti, informasiya vasitәlәri vә iştirak 

 

Vәtәndaş Cәmiyyәtinin miqyası vә müstәqilliyi  

 

Azәrbaycanda Vәtәndaş  Cәmiyyәti Tәşkilatı sektoru qeydiyyatdan keçmiş  vә 



fәaliyyәt göstәrәn 3000 QHT ilә  tәmsil olunur. Vәtәndaş  cәmiyyәti tәşkilatlarının 

böyük әksәriyyәti xarici sәfirliklәr tәrәfindәn tәmin olunan qrantlar da daxil olmaqla, 

beynәlxalq donorların maliyyәlәşdirmәsindәn asılıdır.  

 

                                                 



8

Avropa Şurasının Parlament Assambleyası, 10/10/2013/Seçkilәri müşahidә, Azәrbaycanda Prezident 

seçkilәri: AŞPA vә AP nümayәndәlәrinin birgә bәyanatı.

 

9



ATӘT/DTİHB/SMM 2010-cu il Parlament Seçkilәri, Yekun Hesabat, sәh.2

 



36 

 

Sonuncu Universal Dövri İcmal - 2013 dövründә vәtәndaş cәmiyyәti qrupları ölkәdә 



fәallar üçün çәtin mühitin olduğu barәdә narahatlıqlarını ifadә etdilәr. 2013-cü ilin 

fevralında Parlament QHT-lәr haqqında Qanun, Qrantlar haqqında Qanun vә İnzibati 

Xәtalar Mәcәllәsi dә daxil olmaqla yerli vә beynәlxalq vәtәndaş  cәmiyyәti 

tәşkilatlarının fәaliyyәtinin tәnzimlәndiyi qanunlara edilmiş dәyişikliklәri qәbul etdi. 

Dәyişikliklәr vәtәndaş cәmiyyәti tәşkilatlarından onların benefisiarlarının kim olması 

barәdә  mәlumatları açıqlamağı  tәlәb edir. Vәtәndaş  cәmiyyәti tәşkilatları üçün 

narahatlıq doğuran mәsәlә 200 AZN-dәn artıq miqdarda vәsait vermәk istәyәn 

donorlarla müqavilә bağlanmasının tәlәb olunduğu dәyişikliklәrin qәbul edilmәsidir, 

bu dәyişikliklәrlә hәmçinin kimliyini anonim saxlamaq istәyәn donorların nağd vәsait 

şәklindә yardım vermәk imkanları  mәhdudlaşır. Yerli vә beynәlxalq QHT-lәrin 

qeydiyyatdan keçmә prosedurları zәif olaraq qalır

10

 



 

Senzurasız işlәyәn müstәqil plüralist media 

 

Mәtbuat vә söz azadlığı Konstitusiyada әks olunmuşdur vә qanunla tәmin olunur. 



Qanun, xüsusilә dә, mәtbuat senzurasını qadağan edir. 

 

Azәrbaycanın müstәqillik qazanmasından indiyә  qәdәr ölkә  mәtbuatı dövlәt 



tәrәfindәn idarә olunan sistemdәn çox çeşidli mәtbuat buraxılışlarının olduğu, hәm 

dövlәtә  mәxsus olan, hәm dә özәl bölmәyә aid olan bir sistemә transformasiya 

edilmişdir. Yeni mәtbuat qanunları  vә qeydiyyatdan keçmә prosedurları  qәbul 

edilmişdir.  

 

Ölkәdә geniş  mәtbuat kütlәsinin fәaliyyәt göstәrmәsinә baxmayaraq, hökumәtin 



mәtbuatda dәrc olunan mәlumatların mәzmununa nәzarәt etmәk imkanları var. 

ATӘT-in Mәtbuat Azadlığı üzrә Nümayәndәsinә  vә beynәlxalq cәmiyyәtin 

nümayәndәlәrinә görә, ümumi mәtbuat mühiti müstәqil plüralist mәtbuat üzrә 

beynәlxalq standartlara cavab vermir.

11

 Hökumәt kriminal diffamasiyanın 



istifadәsinin sona çatmasına vә öz düşüncәlәrini ifadә etdiklәrinә görә azadlıqlarından 

mәhrum olunan jurnalistlәrin vә bloqerlәrin azadlığa buraxılmasına 

hәvәslәndirilmişdir.

12

 



 

Vәtәndaş vә siyasi iştirakın çoxsaylı kanalları  

 

Qanunla hökumәt vәtәndaşları onlara tәsir edә bilәcәk siyasәt vә  mәsәlәlәr barәdә 



informasiya ilә  tәmin etmәlidir. Lakin tәcrübәdә dövlәt qurumlarının rәsmi internet 

sәhifәlәri mәzmun nöqteyi-nәzәrindәn zәifdir vә informasiya müntәzәm olaraq 

yenilәnmir. 

 

Siyasi partiyaları formalaşdırmaq azadlığı vә tәşkilatlanmış müxalifәtin mövcudluğu  

 

                                                 



10

ENP Ölkәnin inkişafı hesabatı 2012 - Azәrbaycan, Brüssel, 20 mart 2013, Bildiriş, Avropa 

Komissiyası, sәh. 5

 

11



Daimi  Şuraya Müntәzәm Hesabat, 13 iyun 2013-cü il, ATӘT, Media Azadlığı Nümayәndәsi, 

Miyatoviç, sәh.4-6

 

12

Azәrbaycanda söz azadlığının güclәndirilmәsi, Avropa Komissiyası  tәrәfindәn media azadlığı üzrә 



Birgә Bәyanat, Avropa Şurası vә Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Tәşkilatı (ATӘT), Brüssel, 9 

noyabr 2012-ci il

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə