Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

44 

 

qonşu ölkәlәr olan Qazaxıstan vә  İranla transxәzәr layihәlәrinә  cәlb olunmuşdur. 



2012-ci ilin noyabr ayında Azәrbaycan parlamenti Türkiyә ilә  Xәzәr dәnizi qazını 

Türkiyәnin Gürcüstanla şәrq sәrhәdindәn Avropa ilә qәrb sәrhәdinә daşıyacaq Trans-

Anadolu qaz boru kәmәrinin (TANAP) tikintisinә dair dövlәtlәrarası saziş imzaladı. 

2013-cü ilin iyun ayından  Şahdәniz konsorsiumu Avropaya qaz tәchizi üçün 

“Nabucco West” şirkәti  әvәzinә Trans-Adriatik Boru Kәmәri (TAP) layihәsini 

seçdiyini bәyan etdi. Xәzәr dәnizinin qazının satışı üçün şәrtlәr Yunanıstandan 

İtaliyaya qәdәr bir sıra şirkәtlәrlә razılaşdırılmışdır. 

 

Hökumәt subsidiyalarının azaldılması  vә enerjinin effektivliyinin artırılması üçün 



yerli neft vә qazın qiymәtlәrinin dünya bazarı qiymәtlәrinә uyğunlaşdırılması üzrә bir 

sıra addımlar atılmışdır. Buna baxmayaraq, müstәqil nizamlayıcı  hәlә  dә 

yaradılmamışdır. Qanunvericilik mәqsәdәuyğun hesab olunur. Әksәr yataqlar 

Hasilatın Pay Bölgüsü Sazişlәri üzrә  işlәnmişdir. MSŞT  Şurası 2009-cu il 16 fevral 

tarixindә Azәrbaycanı MSŞT üzvlüyünә qәbul etdi vә beş il әrzindә üzvlüyü yenidәn 

tәsdiq olunmalıdır. HPBS gәlir axınının hökumәtlә ARDNŞ arasında bölüşdürülmәsi 

müәyyәnlәşdirilmişdir vә Dövlәt Neft Fondu şәffaf tәrzdә fәaliyyәt göstәrir. Gәlirlәr 

Dövlәt Büdcәsinә tam inteqrasiya olunmuşdur. 

 

Davamlı Enerji 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) son istehlakçılar üzrә  xәrclәrin  әks olunduğu tariflәrin tәtbiq 

olunması; (ii) enerjinin effektivliyi vә  bәrpa olunan enerji layihәlәri üzrә hüquqi 

çәrçivәnin inkişaf etdirilmәsi; vә (iii) bәrpa olunan enerji layihәlәrinin dәstәklәnmәsi 

üzrә tәşkilati potensialın güclәndirilmәsi. 

 

Ölkә bölgәdә enerjinin әn intensiv olduğu ölkәlәrdәn biridir. Enerji tariflәri çox aşağı 

olmaqla ekoloji xәrclәri  әhatә etmir vә enerji effektivliyi davranışına yol açmır. 

Nazirlәr Kabineti vә Prezident tәrәfindәn 2004-cü ildә bir sıra müvafiq fәrmanlar 

verilsә  dә (“Enerjinin Effektivliyi vә Enerji Sektoru üzrә müәssisәlәrdә itkilәrin 

azaldılmasına dair tәdbirlәr planı” vә “alternativ enerji mәnbәlәrinin istifadә 

olunmasına dair dövlәt proqramı”) enerjinin effektivliyi qanunu vә ya siyasәtlәri 

qüvvәdә deyil. Bu yaxınlarda bәrpa olunan enerji istehsalına dәstәk vermәk vә bu 

sahә üzrә icazәlәr vermәyi nәzәrdә tutan alternativ vә bәrpa olunan enerji mәnbәlәri 

üzrә dövlәt agentliyi yaradılmışdır. “Azәrenerji” 2006-cı ildә AYİB tәrәfindәn 

maliyyәlәşdirilmiş layihә әsasında ölkәdә ilk TİM layihәlәrindәn birinә imza atmışdır. 

 

Enerji 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 



 

Әsas problemlәr: (i) dövlәt  şirkәtlәrinin korporativlәşdirilmәsi; (ii) müstәqil 

nizamlayıcının yaradılması; vә (iii) son istehlakçılar üzrә  xәrclәri  әks etdirәn 

tariflәrin tәtbiq olunması. 

 

Enerji sektoru dövlәt inhisarında olan “Azәrenerji”  şirkәti tәrәfindәn idarә olunur. 

Hökumәt elektrikin kapital investisiyalarını maliyyәlәşdirmәyә davam edir, 

liberallaşdırma üçün heç bir plan olmadığı halda bütün tariflәr nizamlanmış 




45 

 

formadadır. Bakı paylama şәbәkәsi üzrә  tәdqiq olunmasına vә  dәyişdirilmәsinә 



baxmayaraq özәllәşdirmә hökumәtin açıq mәqsәdi hesab olunmur. Buna baxmayaraq, 

şirkәt korporativlәşdirmә üzrә ambisiyalı planlar axtarır. Bu istiqamәtdә ilk mәrhәlә - 

BMH standartlarının hәyata keçirilmәsindә 2012-ci il әrzindә irәlilәyişlәr olmuşdur. 

Bu planlar şirkәt daxilindә bölgünü tamamilә asanlaşdıracaq vә biznes proseslәrini 

әhәmiyyәtli dәrәcәdә inkişaf etdirәcәk. Ölkәdә hәlә dә müstәqil nizamlayıcı yoxdur. 

Dövlәt Tarif Şurası 2007-ci ilin әvvәlindә bütün istifadәçilәrin enerji tariflәrini üçqat 

artırdı ki, bu da maliyyә göstәricilәrinin yaxşılaşmasına yardım etdi. Lakin hәmin 

vaxtdan bәri tarif üzә  әhәmiyyәtli artımlar olmamışdır.  İtkilәrin azaldılması  vә 

ödәnişlәrin yığılması  sәviyyәlәrinin artırılması üçün yeni sәrmayә paylama 

şәbәkәsinin inkişaf etdirilmәsini hәdәfә alır. Azәrbaycan, Gürcüstan vә Türkiyә 

arasında qarşılıqlı  әlaqәnin güclәndirilmәsinә yönәlәn Enerji Körpüsü layihәsi üzrә 

işlәr tamamlanma mәrhәlәsindәdir. Layihә başa çatdıqdan sonra Azәrbaycan vә 

Türkiyә arasında Gürcüstan vasitәsilә enerji mübadilәsinә yol açacaq. 2011-ci ilin 

sonundan bәri bәrpa olunan enerji mәnbәlәri üzrә dövlәt agentliyi vasitәsilә  bәrpa 

olunan enerjinin inkişafına böyük diqqәt göstәrilmişdir. Buna baxmayaraq, bu dәstәk 

ictimai fondlardan prinsipial olaraq istifadә olunması modelini izlәyir vә özәl 

sәrmayәdarlar üçün imkanlar mәhdudlaşdırılır. 

 

Su vә tullantı suyu 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) tәşkilati vә nizamlayıcı potensialın güclәndirilmәsi; (ii) müqavilә 

razılaşmalarının tәkmillәşdirilmәsi vә proqnoz vermә; (iii) effektiv tarif islahatları; vә 

(iv) effektivliyin artırılması üçün su kanallarının yenidәnqurması.  

 

Su vә tullantı suyu xidmәtlәri hәlә  dә  mәrkәzsizlәşdirilmәlidir, çünki mәrkәzi 



hökumәt hәlә  dә  әmәliyyatlarda vә investisiya qәrarlarının verilmәsindә aparıcı rol 

oynayır.  Әhalinin 65 %-inin su tәminatı “Azәrsu” dövlәt  şirkәti, 10 %-i kiçik özәl 

operatorlar, 25 %-i isә  mәnzil sahiblәrinin özlәri tәrәfindәn hәyata keçirilir. Tarif 

islahatlarının icrasında uğursuzluq, zәif rәhbәrlik vә pis idarәetmә “Azәrsu”nun 

maliyyә göstәricilәrinin çox pis olmasına gәtirib çıxarmışdır. Hökumәtin 

sövdәlәşmәlәrin nağd olaraq aparılmasına dair dövlәt müәssisәlәrinә verdiyi 

tәlimatlara baxmayaraq ödәniş sәviyyәlәri xüsusilә yerli әhali üzrә aşağıdır. Bundan 

başqa, Prezidentin 2011-ci ildә verdiyi fәrman  әsasında  әhalinin 2011-ci ilin fevral 

ayının 1-ә qәdәr yığılmış su vә kanalizasiya borcları silinmişdir vә bu tәdbir ödәniş 

nizam-intizamını daha da zәiflәdә bilәr. İri şәhәrlәrdә suölçәnlәr quraşdırılmış vә bu 

yaxınlarda ölçü әsasında hesabın müәyyәn olunması sistemi tәtbiq edilmişdir. 

 

Şәhәr nәqliyyatı 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 



 

Bu sektor üzrә problemlәr aşağıdakılardan ibarәtdir: (i) bәzi  әsas nizamlayıcı 

amillәrin, o cümlәdәn, tarifin müәyyәn edilmәsi mәsuliyyәti vә xidmәtin tәmin 

olunmasının tәşkilinin mәrkәzsizlәşdirilmәsi; (ii) ictimai nәqliyyat xidmәtinin tәmin 

olunmasının nizamlaması  vә ona nәzarәt etmәsi üçün yerli özünü idarәetmә 

orqanlarının tәşkilati vә hüquqi güclәrin artırılması. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə