48
Şəkil 27. Əliköməktəpəsi yaşayış yerindəki tikinti qalıqlarının planı
Yaşayış yerində bəzi sahələr əhənglə doldurularaq parıldayanadək
cilalanmışdır.
Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış,onların xarici
səthi açıq sarı və qırmızı rənglə anqoblanmış, cilalanmışdır. Lakin cilasız və
anqobsuz qablara da tez-tez rastlanır. Küpə tipli qabların bəziləri dairəvi, oval
49
ştrixlər və üçbucaqşəkilli basma naxışla bəzədilmişdir. Tünd qəhvəyi rəngli
qablardan birinin ağzının kənarı yapma naxışla bəzədilmişdir.
Şəkil 28. Мil düzünün boyalı keramikası (İlanlıtəpə)
Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır.
Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Qazıntı zamanı aşkar olunan binalar
dairəvi formalı olub bir sıra çiy kərpicdən tikilmişdir. Evlərin diametri 3 m-ə
çatır. Onlardan bəzisinin diametri 5,5 m-dir. Binalardan biri (№ 26) arakəsmə
divarla iki hissəyə bölünmüşdür. Arakəsmə divarda, evin bir hissəsini digəri ilə
əlaqələndirən keçid qoyulmuşdur. Gil döşəmədə həsir, divarın içəri tərəfində isə
iki dəfə ağardılmış suvaq qalıqlarına rastlanmışdır.
50
Şəkil 29. İlanlıtəpənin təsərrüfat keramikası
Ağardılmış divarlar qırmızı boya ilə naxışlanmışdır. Bu naxışlardan yarımdairəvi
və dairəvi işarələr qalmışdır. Ehtimal ki, bu binadan ziyarətgah kimi istifadə
edilmişdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa,
obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər
aşkar olunmuşdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən
hazırlanaraq qırmızı rəngdə bişirilmiş, cilalanmışdır. Qabların bir çoxu oyma
ornamentlə naxışlanmış, tünd qırmızı boya ilə örtülmüşdür. Bəzi kasalar tünd
qəhvəyi rənglə bir-birinin içərisinə çəkilmiş
51
Şəkil 30. Çalağantəpənin keramika məmulatı
kvadratlarla naxışlanmışdır. Qablardan birinin boğazından gövdəsinə keçən
hissəsi içəriyə doğru çıxıntılıdır. III Yarımtəpənin Ubeyd təbəqəsi üçün
xarakterik olan bu elementə Leylatəpənin keramika məmulatı arasında da
rastlanmışdır. Çalağantəpədən aşkar olunan uşaq qəbirlərinin skeletlərində oxra
və həsir qalıqlarının olduğu müəyyən edilmişdir. Qəbirlərdən həmçinin daş,
52
sümük, firuzə və mis muncuqlar, sədəfdən hazırlanmış bəzəklər aşkar
olunmuşdur.
Şəkil 31. Kəbirli yaşayış yerinin boyalı keramikası
Eneolit dövrünə aid keramika məmulatının bir qismi boyalıdır. Boyalı
keramika nümunələrinin bəzisi qarışığı olmayan gildən keyfiyyətli
hazırlanmışdır. Tədqiqatçılar bu tip keramikanın idxal malı olduğunu qeyd
etmişlər.
53
Eneolit abidələrinin müəyyən qrupu Мuğanda, Cəlilabad şəhəri ətrafında,
Мişarçay vadisində, digər bir qrupu isə Qurudərə vadisində qeydə alınmışdır. Bu
abidələr üçün bitki qarışığı olan, açıq anqobla örtülmüş keramika, müxtəlif
rəngli, təbəqəli çıxıntı-qulpları, yaxud dairəvi qulpları olan qablar, həmçinin
ağzının kənarı profillənmiş küpələr xarakterikdir.
Мuğanda daha geniş öyrənilmiş abidə Əliköməktəpəsidir. Yaşayış yeri
Cəlilabad rayonunun Üçtəpə kəndi ətrafında, İncəçayın sağ sahilində yerləşir.
Yaşayış yerinin mərkəzində 600 kv. m sahədə qazıntı aparılmışdır. Мədəni
təbəqənin qalınlığı 5,1 m-dir. Qazıntı zamanı altı tikinti qatının olduğu müəyyən
edilmişdir. Alt tikinti qatlarındakı divarlar bir sıra çiy kərpicdən inşa edilərək
plyastrlarla möhkəmləndirilmişdir. Yaşayış yerinin üst tikinti qatlarındakı binalar
dördkünc formalı olub bir, yaxud iki sıra çiy kərpiclə inşa edilmişdir. Təsərrüfat
tikintiləri, yaxud yardımçı binalar evlərə birləşik olmuş və xüsusi keçid vasitəsilə
əlaqələndirilmişdir. Yaşayış yerinin üçüncü tikinti qatında aşkar olunan dairəvi
formalı qazma tipli binanın diametri 3 m-ə yaxın olmuşdur. Onun divarları
əhənglə ağardılmış, qırmızı oxra ilə həndəsi ornamentlə naxışlanmışdır.
Ornamental motivlər bitişik dairə, nalşəkilli naxış, paralel xətlər və nöqtələrdən
ibarətdir. Bu binanın sitayiş məqsədi ilə inşa edildiyi ehtimal olunur. Yaşayış
yerinin bütün tikinti qatlarında dulus kürələrinin qalıqlarına rastlanmışdır. Dulus
kürələri iki yaruslu olmuş, yanma kamerası bişirmə kamerasından ayrılmışdır.
Tədqiqat zamanı həmçinin Eneolit dövrünə aid oxra ilə boyanmış skelet qalıqları
aşkar olunmuşdur.
Мuğan düzünün keramikası gilində bitki qarışığının olması, açıq və tünd
qırmızı rəngli anqoblu qabların forması və naxışlanmasına görə Мil- Qarabağ
düzünün keramikasına bənzəyir. Lakin Мişarçay yaşayış yerlərində qabların bir
qismi bitki qarışığı olan gildən, digər qismi isə qarışığı olmayan təmiz gildən
hazırlanmışdır. Bu dövrün son mərhələsində daraqvari alətlə naxışlanmış
keramika meydana çıxır. Мuğanın Eneolit keramikasında Erkən Tunc dövrü
keramikasına keçidin əlamətləri də izlənmişdir. Bütün bunlar Мuğanın Eneolit
abidələrini, Eneolit dövrünün son mərhələsinə aid etməyə imkan verir.
Cənubi Azərbaycanda erkən əkinçilik məskənlərinin bir qismi Urmiya
hövzəsində toplanmışdır. Araşdırmalar göstərir ki, Naxçıvanın Eneolit
mədəniyyəti Urmiya regionunun abidələri ilə vahid kompleks təşkil etmişdir. Hər
tərəfdən dağlarla əhatə olunan məhsuldar düzəngahlar və su qaynaqları bu
ərazidə qədim əkinçi məskənlərinin salınmasına səbəb olmuşdur. Bu regionda
yerləşən Göytəpə, Həsənli, Hacı Firuz, Dalmatəpə, Pijdəlitəpə və Yanıqtəpə
yaşayış yerlərində müxtəlif illərdə tədqiqatlar aparılmışdır.
Urmiya gölünün qərbində yerləşən Göytəpə yaşayış yerində mədəni
təbəqənin ümumi qalınlığı 21,9 m-dir. Lakin yeraltı sular təbəqənin tam
qazılmasına imkan verməmişdir. Ən aşağıda olan N təbəqəsi yaxşı
öyrənilməmişdir. Bu təbəqədən yaxşı bişirilmiş, nazik divarlı və cilalı boz
keramika aşkar olunmuşdur. Ondan üstdə yerləşən М təbəqəsində Eneolit
Dostları ilə paylaş: |