54
Şəkil 32. Göytəpə yaşayış yerinin planı və Eneolit keramikası
üçün xarakterik keramikaya rastlanmışdır. Eneolit təbəqəsinin qalınlığı 0,95 m-
dir. Bu təbəqə üçün daş özül üzərində kərpicdən tikilmiş (35 x 15 x 15; 35 x 20 x
15 sm) düzbucaqlı evlər xarakterikdir. Göytəpənin Eneolit təbəqəsindən yaşma
və obsidiandan hazırlanmış əmək alətləri, mis əşyalar, gil bullalar aşkar
olunmuşdur. Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış açıq
55
qırmızı rəngdə bişirilmiş, anqoblanmış, tünd və açıq qəhvəyi rənglə, bəzən isə
qara rənglə naxışlanmışdır. М təbəqəsinin ornamental motivləri başlıca olaraq
dalğalı xətlər, festonlar, torlu üçbucaqlar və s. naxışlardan ibarətdir. Bütövlükdə
М təbəqəsindəki keramikanın naxışları Xalaf-Ubeyd motivləri ilə bənzərdir.
Hacı-Firuz yaşayış yeri Həsənlidən 1,5 km cənubda yerləşir. Yaşayış
yerində 100 kv. m sahədə aparılan qazıntılar zamanı alt tikinti qatı öyrənilmişdir.
Bu yaşayış yeri üçün həyətlərin ətrafında yerləşən çiy kərpicdən tikilmiş
dördkünc formalı evlər xarakterikdir. Evlərin ölçüsü 6,5 x 4 m olmuşdur. Onların
içərisində otağı iki yerə bölən kərpic sütunlara rastlanmışdır. Bu sütunlar evin
qamış və çubuqlardan ibarət damını saxlamağa xidmət etmişdir. Evlərin birində
dairəvi ocaq aşkar edilmişdir. Evlərin döşəməsi gillə suvanmış, bəzən isə qırmızı
rənglə boyanmışdır. Hacı Firuz keramikası saman qarışıq gildən hazırlanmış,
qabların içəri tərəfində hörmə işləri saxlanmışdır. Qabların xarici səthi ağ gillə
anqoblanmış, bəzən isə naxışlanmışdır. Tədqiqat zamanı həndəsi motivdə
naxışlanmış qablara və Xassuna mədəniyyəti üçün xarakterik küpələrə də
rastlanmışdır.
Hacı-Firuzdan tapılan gil fiqurlar arasında Hacı-Firuz venerası
adlandırılan qadın fiquru xüsusilə diqqətəlayiqdir. Yaşayış yerində həmçinin
xeyli iy başlıqları aşkar olunmuşdur.
Yaşayış yerində bir neçə yerdə kollektiv dəfnlərin olduğu müəyyən
olunmuşdur. Onların yanına cilalanmış baltalar, sadə və boyalı qablar, çaxmaq-
daşı lövhələri qoyulmuşdur. Tədqiqatçıların fikrinə görə, özünəməxsus
xüsusiyyətləri olan Hacı-Firuz mədəniyyəti Мesopotomiya ilə əlaqələrin
olduğunu göstərir. Мellartın fikrinə görə, Hacı-Firuz Xassuna, Samarra və
Hacıların V-I təbəqələri ilə həmdövrdür.
Yanıqtəpə yaşayış yerində Eneolit dövrünə aid mədəni təbəqənin qalınlığı
8 m-dir. Burada Son Eneolit dövrünə aid üç tikinti qatı aşkar edilmişdir. Aşkar
edilən yaşayış evləri kiçik, ensiz otaqlardan ibarət olub həyətin ətrafında
yerləşdirilmişdir. Yaşayış yerində təsərrüfat tikintilərinə də rastlanmışdır.
Keramika məmulatı saman qarışıq gildən hazırlanmış, başlıca olaraq qırmızı
rəngdə bişirilmiş və anqoblanmışdır. Yalnız bəzi cilalanmış qablar açıq-qəhvəyi
anqobla örtülmüş, tünd qəhvəyi və qara rənglə naxışlanmışdır. Qablar formaca
müxtəlif olub, kasalar, hündürayaqlı qədəhlər, boşqab, qab altlıqları, küpə və
digər qablar ilə təmsil edilmişdir. Ornament motivləri kvadrat, şevron,
ştrixlənmiş üçbucaq, nöqtəşəkilli naxış və digərlərindən ibarətdir. Bəzi qablarda
insan sifətinin sxematik təsvirinə də rastlanır. Bəzi boyalı parçalar Ubeyd
keramikası ilə oxşarlıq təşkil edir. Kasa tipli qabların birində insan sifətinin
təsviri verilmişdir. Onun gözləri obsidian qəlpəsi, qaşları və burnu isə relyef
zolaqlarla bildirilmişdir.
56
Şəkil 33. Yanıqtəpənin planı və Eneolit keramikası
Yanıqtəpənin qırmızı anqoblu keramikası Eneolit mədəniyyətinin fasiləsiz
inkişafını göstərir. Alt təbəqələrdə yaxşı cilalanmış keramikaya rastlanmır.
Həsənlidən 5 km cənubda yerləşən Dalmatəpənin IV-V tikinti
təbəqələrində yaşayış binalarının qalıqlarına rastlanmışdır. Dalmatəpənin yaşayış
evləri həyətlərin ətrafında yerləşdirilən düzbucaqlı otaqlardan ibarət olmuşdur.
Həyətlərdə ocaq, anbar və qab-qacaq olurdu. Binaların divarları gips, yaxud gillə
suvanırdı. Tədqiqat zamanı çaxmaqdaşı və obsidiandan
57
Şəkil 34. Dalmatəpə və Hacıfiruz keramikası
hazırlanmış əmək alətləri, iy başlıqları və keramika məmulatı aşkar edilmişdir.
Evlərin döşəməsinin altında 14 qəbir aşkar olunmuşdur.
Dalmatəpə yaşayış yerində özünəməxsus boyalı keramika ilə fərqlənən
yeni mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyətin meydana çıxması indiydək
aydınlaşdırılmamışdır.
Dalmatəpənin keramikası iki qrupa bölünür. Birinci qrupa arxitektura
qalıqları ilə birlikdə aşkar olunan boyalı keramika aiddir. Qabların bütün səthini
örtən naxışlar sınıq xətlərdən, bir-biri içərisinə çəkilmiş kvadratlardan, üçbucaq
58
və torlu naxışlardan ibarətdir. Naxışların üzəri qara-bənövşəyi rənglə
örtülmüşdür. Dalmatəpənin qonşuluğunda, Мərkəzi Zoqrosun cənubunda və
Мərkəzi İranda da bənzər boyalı keramikaya rastlanmışdır. Bəzi bənzər
nümunələrə Yarımtəpə (II-VII təbəqələr) və Yanıqtəpədə rast gəlinmişdir.
Dalmatəpənin ikinci qrup keramikası basma və kəsmə naxışlı qablardan
ibarətdir. Bu tip keramikaya Cənubi Azərbaycan, İran və Ön Asiyada aşkar
olunmuşdur. C.Мellart bu keramikanı Xassuna və Balkan yarımadasının,
R.Dayson isə Yunanıstan və Qara Dənizin cənub rayonlarının keramikası ilə
müqayisə etmişdir. R.М.Мunçayev Dalmatəpə keramikasının Azərbaycanın
Eneolit keramikası ilə bənzər olduğunu qeyd etmişdir. Lakin Dalmatəpənin ən
yaxın bənzərləri İlanlıtəpədən məlumdur. Bu, Dalmatəpə keramikasının yerli
inkişafın məhsulu olduğunu göstərir. Azərbaycanın Eneolit abidələrinin bir
qrupunda yayılan bu mədəniyyəti Dalmatəpə mədəniyyəti adlandırırıq.
Pijdəlitəpə Sulduz düzənliyində İraqın sərhəddində yerləşir. Yaşayış
yerinin alt təbəqəsi Eneolit dövrünə aiddir. Eneolit dövrünə aid tapıntılara qara
və şəffaf obsidian, şist, sümükdən hazırlanmış əmək alətləri və keramika
məmulatı aiddir. Keramika məmulatına heyvan fiqurları da daxildir. Saman
qarışıq gildən hazırlanan keramika məmulatı qırmızı, qəhvəyi və boz-qəhvəyi
rənglidir. Sadə keramika yüngülcə cilalanmış və sarıya çalan anqobla
örtülmüşdür. Boyalı keramika müxtəlif motivli həndəsi ornamentlə
naxışlanmışdır. Qabların naxışlanmasında heyvan təsvirlərindən də istifadə
edilmişdir.
Pijdəlitəpədən aşkar olunan sümük toxanın bənzərləri İlanlıtəpə,
Çalağantəpə və Kültəpədən məlumdur. Tapıntılar Urmiya hövzəsi sakinlərinin
Şimali Azərbaycanla əlaqələrinin olduğunu göstərir. Мis keltin tapılması
metaldan istifadəni təsdiq edən faktlardandır.
Hacı-Firuz və Yanıqtəpə yaşayış yerləri Urmiya hövzəsində erkən
məskunlaşan əkinçi-maldar tayfalara aiddir. Bu yaşayış yerləri İran və İraqın
sinxron mədəniyyətlərindən fərqlənərək müstəqil kompleks təşkil edirlər.
Urmiyanın cənubunda boyalı və basma naxışlı keramika ilə xarakterizə edilən
Dalmatəpə mədəniyyəti yaranır. Bu mədəniyyət Şimali Azərbaycanda Qarabağ
düzünün abidələri ilə bənzərdir.
Urmiya hövzəsinin materiallarında Мesopotamiya ilə əlaqələr Ubeyd tipli
keramikada öz əksini tapmışdır. Buradakı erkən əkinçilik məskənləri
düzənliklərdə, başlıca olaraq kiçik çayların ətrafında qruplaşmışdır.
Araşdırmalar göstərir ki, Azərbaycanlıların qədim yaşayış məskənləri
üçün dairəvi və düzbucaqlı arxitekturaya malik binalar xarakterikdir. Dairəvi
formalı arxitektura başlıca olaraq Kür çayının orta axarlarından Araz çayınadək
olan ərazilər üçün xarakterikdir. Azərbaycanın cənub şərqində və Urmiya
hövzəsində başlıca olaraq düzbucaqlı arxitektura yayılmışdır. Gəncə-Qazax, Мil-
Qarabağ və Naxçıvanda düzbucaqlı evlərin meydana çıxması Eneolit dövrünün
son mərhələsinə aid edilir. İlanlıtəpədə hər iki tip arxitekturaya rastlanır.
Dostları ilə paylaş: |