65
Binanın mərkəzi hissəsində gillə suvanmış döşəmədə evin tavanını
saxlayan dayaq dirəyi üçün qoyulmuş yastı daşa rast gəlinmişdir. Evin içərisin-
dən müxtəlif formalı gil qab qırıqları, heyvan sümükləri aşkar edilmişdir.
I Kültəpədə aşkar olunan binaların bəzilərinə Yaxın Şərq və
Zaqafqaziyanın bir çox abidələrində rast gəlinir. Daş təməl üzərində çiy
kərpicdən, yaxud möhrədən tikilmiş binalara Azərbaycan ərazisində
Qaraköpəktəpə, Günəştəpə, Göytəpə, Yanıqtəpə, II Kültəpə qədim yaşayış
yerlərində rast gəlinmişdir. Belə binalar Şenqavit, Kosi-Koter, Arevik və s.
abidələrdən də məlumdur.
II Kültəpə yaşayış yeri Naxçıvan şəhərindən 12 km şimalda, Babək
rayonunun Yuxarı Uzunoba və Didivar kəndləri arasında, Naxçıvançayla
Cəhriçayın birləşdiyi yerdə salınmışdır. Abidənin alt təbəqəsi Kür-Araz dövrünə
aiddir. Мədəni təbəqənin qalınlığı relyefdən asılı olaraq dəyişir. Yaşayış yerində
ikinci qazıntı sahəsində, 200 m
2
sahədə aparılan qazıntılar əhəmiyyətli nəticələr
vermişdir. Bu sahədə Kür-Araz təbəqəsi abidənin üzərindən 4-4,5 – 14 m
dərinlikdə yerləşir. Təbəqənin qalınlığı 9,5-10 m-dir.
Abidənin stratiqrafiyası göstərir ki, qədim dövrdə yaşayış yeri, bilavasitə
Cəhri çayının girintili-çıxıntılı sahilində salınmışdır. Мədəni təbəqənin bəzi
yerlərdə davam etməməsi yaşayış yerinin salındığı sahənin ilk vaxtlar nahamar
olduğunu göstərir. Təbəqənin toplanması ilə əlaqədar yaşayış sahəsi düzəldilmiş
və hamarlanmışdır.
Мədəni təbəqə möhrə, kərpic divar, osteoloji və kömür qalıqlarından,
həmçinin, kül və yanmış torpaq qatlarından ibarətdir. Təbəqədə obsidian və
çaxmaqdaşı qəlpələrinə, gil qab parçalarına, daş sümük və metal əşyalara rast
gəlinmişdir. Мədəni təbəqənin yığılma ardıcıllığı kəsiklərdə aydın izlənir.
Binaların divarları ilk baxışda möhrəyə bənzəsə də, onların diqqətlə
izlənilməsi tikintilərin kərpiclə inşa edildiyini göstərmişdir. Kərpiclər sıx sıra ilə
yerləşdirilərək, gil məhlula suvanmışdır. Tədqiqatlar zamanı divarlardan
çıxarılan kərpiclərin ölçüləri 40 x 20 x 10, 40 x 38 x 10 sm olmuşdur.
II Kültəpənin İlk Tunc dövrü təbəqəsində 14 tikinti qatının olduğu
müəyyən edilmişdir.
Dən daşları, həvəng və dəstələr, çəkiclərlə təmsil olunan daş alətlər Kür-
Araz mədəniyyəti dövründə demək olar ki, əsaslı dəyişikliyə uğramamışdır.
Bunun əksinə olaraq, gil məmulatı və metal əşyalar hiss ediləcək dərəcədə
dəyişmişdir. Bu dəyişikliklər abidənin dövrləşdirilməsi üçün əsas olmuşdur.
Qeyd etmək lazımdır ki, evlərin planında da müəyyən dəyişiklik olduğu
izlənmişdir. Alt tikinti qatları üçün dairəvi, üst tikinti qatları üçün isə dördkünc
artırmalar əlavə edilmiş dairəvi evlər xarakterik olmuşdur.
66
II Kültəpə yaşayış yerində, gözləndiyinin əksinə olaraq, Eneolit təbəqəsinə
rast gəlinməmişdir. Buna baxmayaraq XIV-XII tikinti qatlarında
Şəkil 37. II Kültəpənin İlk Tunc dövrünə aid naxışlı keramikası
aşkar olunmuş gil qabların formasında Eneolit mədəniyyətinin təsiri özünü
göstərir. Bu təbəqədə aşkar olunan gil qablardan bir qrupunun tərkibində Eneolit
keramikası üçün xarakterik olan saman qarışığına rast gəlinmişdir.
67
Şəkil 38. II Kültəpə. İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları
68
Şəkil 39. II Kültəpə. İlk Tunc dövrünün son mərhələsinə aid
maddi-mədəniyyət qalıqları
69
Təəssüf ki, bu tip qabların əksəriyyəti forma verməyən parçalardan ibarət
olmuşdur.
II Kültəpənin alt tikinti qatları üçün dairəvi planlı evlər xarakterikdir. Bu
evlər arakəsmə divarla iki hissəyə bölünmüşdür. Araşdırmalara əsasən söyləmək
olar ki, evlərin bir qismindən təsərrüfat məqsədilə, yaxud da anbar kimi, digər
qismindən isə yaşayış sahəsi kimi istifadə edilmişdir. Alt tikinti qatında olan
binalar başlıca olaraq möhrədəndir. XI tikinti qatından başlayaraq evlərin
tikintisində çiy kərpicdən istifadə edilmişdir.
II Kültəpənin üst qatları üçün düzbucaqlı artırması olan dairəvi və
dördkünc formalı evlər xarakterik olmuşdur. Axırıncı tip binalar Azərbaycanda
Qaraköpəktəpə, Babadərviş və Мingəçevirdən bəllidir.
II Kültəpənin alt tikinti qatlarında evlərdə iki ocağın olması müşahidə
olunur. Onların biri dördbucaqlı ocaqlarla, digəri isə manqallarla təmsil edilir. Bu
tip ocaqlar I Kültəpədə də aşkar olunmuşdur. II Kültəpəyə nisbətən I Kültəpədə
dördbucaqlı ocaqlar daha yaxşı qalmışdır. O.H.Həbibullayevin fikrincə, bu
ocaqlar dördkünc formalı sobalar şəklində olmuş və onlardan evlərin qızdırılması
üçün istifadə edilmişdir.
II Kültəpədə düzbucaqlı ocaqların ətrafından sxematik insan fiqurlarına
bənzədilən nalşəkilli ocaq qurğuları tapılmışdır. Qeyd etmək lazımdır ki,
nalşəkilli ocaq qurğuları oturmuş insan fiquruna bənzəyir. Təsadüfi deyil ki,
Ə.K.Ələkbərov Şortəpədən tapılan bu cür ocaq qurğusunu insan heykəlinin
ayağına bənzətmişdir. Bu fikir Q.İ.İone tərəfindən də təsdiq edilmişdir. Ehtimal
ki, insan fiqurunu özündə cəmləşdirən nalşəkilli ocaq qurğuları ocağın
himayədarını təcəssüm etdirmişdir.
I Kültəpə və II Kültəpənin arxeoloji materiallarının araşdırılması göstərir
ki, evlərin qızdırılmasında dairəvi formalı manqallardan da istifadə edilmişdir.
O.H.Həbibullayev bu manqallardan sitayiş məqsədilə istifadə olunduğunu da
söyləmişdir. Bizim fikrimizcə, bu ocaqlardan evlərin qızdırılmasından başqa
təsərrüfat məqsədilə, xüsusilə çörək bişirilməsi və qızdırılması üçün də istifadə
edilmişdir.
Ovçulartəpəsi yaşayış yeri Şərur rayonunun Dizə kəndindən şimalda,
Arpaçayın sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 10 ha-dır.
Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi
sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yeri şərqdən qərbə
uzanan təbii təpədə yerləşir. Abidənin üzərində xeyli maddi- mədəniyyət
qalıqlarına, xüsusilə, gil qab parçalarına rast gəlinir. Yerüstü materiallar
içərisində Eneolit dövrü üçün xarakterik olan gil qab parçaları da vardır.
Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni
təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V.H.Əliyev və A.Q.Seyidov
tərəfindən 6,25 m
2
sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha
sonra abidə S.H.Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə,
kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir. Buradan,
Dostları ilə paylaş: |