77
Qordlartəpə yaşayış yeri Urmiya şəhərindən 13 km şərqdə yerləşən, 16 m
yüksəkliyi, 225 m diametri olan bir təpədir. Yaşayış yeri 1972-1978-ci illərdə
K.Kromer, daha sonra isə A.Lippertin rəhbərlik etdiyi Avstriya ekspedisiyası
tərəfindən öyrənilmişdir. Bu yaşayış yerinin alt təbəqəsi İlk Tunc dövrünə aid
materiallar vermişdir.
Erkən Tunc dövrünə aid qəbir abidələrinə Naxçıvanda Dizə, Qarabulaq
və Xornu və Xaraba-Gilanda rastlanmışdır Dizə nekropolu Ovçulartəpəsi yaşayış
yerinin cənub tərəfində aşkar olunmuşdur. Qəbirlər dağıdılmış vəziyyətdə
olmuşdur. Bu qəbirlərdən birinə aid kameranın yalnız bir qismi salamat
qalmışdır. Qəbir kamerası oval formalı olub çay daşları ilə hörülmüş, döşəməsi
gillə suvanmışdı. Qəbirdə bükülü vəziyyətdə iki skelet qalığı və Kür-Araz
mədəniyyətinin son mərhələsinə aid gil qablar aşkar olunmuşdur. İkinci qəbir
tamamilə dağıdılmış vəziyyətdə olduğundan formasını və istiqamətini müəyyən
etmək mümkün olmamışdır.
Qarabulaq nekropolundakı kurqantipli qəbir abidələrin dördü S.H.Aşurov
tərəfindən öyrənilmişdir. Kromlexlə əhatə olunan kurqanların diametri 7-12 m
arasındadır. Kurqanaltı qəbirlər daş qutu tipli olub yastı sal daşları üst-üstə
qoymaqla qurulmuşdur. Qəbirlərdən Kür-Araz mədəniyyətinin son mərhələsinə
aid keramika və bəzək əşyaları aşkar olunmuşdur.
Culfa rayonunun Göynük kəndi yaxınlığında qeydə alınan Xornu
nekropolundakı qəbir abidələri kurqan tipli olmuşdur. Alçaq təpə şəklində olan
kurqanlar yerli əhalinin diqqətini çəkmiş və dağıdılmışdır. Onlardan yalnız
birinin materialları toplanaraq bizə verilmişdir. Apardığımız araşdırmalar zamanı
dağıdılmış qəbirlərin ölçülərini müəyyən etmək mümkün olmasa da, ətrafa
yayılmış daş yığınları və insan skeletinin qalıqları dəfnlərin daş qutu tipli
qəbirlərdə inqumasiya yolu ilə aparıldığını təsdiq edir.
Erkən Tunc dövrünə aid iki qəbir abidəsinə Xaraba-Gilanda Plovdağın
cənub ətəyində rastlanmışdır. Daş qutu tipli qəbirlər iri sal daşların şaquli
istiqamətdə qoyulması ilə qurulmuş, əvvəlcə ağacla, sonra isə daş lövhələrlə
örtülmüşdür. Qəbirlərin birində bir, digərində isə iki bükülü insan skeleti aşkar
olunmuşdur. Onlarda qəbir avadanlığına olduqca az rastlanmışdır.
Araşdırmalar göstərir ki, bu qrupa daxil olan abidələr vahid iqtisadi-
mədəni rayona daxil olmuş, əkinçilik və maldarlıq üçün əlverişli ərazilərdə
78
salınmışdır.
Şəkil 45. Şortəpə yaşayış yerinin maddi-mədəniyyət nümunələri (Qarabağ)
Erkən Tunc dövrü abidələrinin bir qrupu Qarabağda, Qarqarçay və
Tərtərçay hövzəsində yerləşir. İ.H.Nərimanov və H.F.Cəfərovun rəhbərliyi ilə
aparılan araşdırmalar zamanı bu ərazidə onlarla yaşayış yeri və qəbir abidəsi
aşkar olunmuşdur. Bu abidələrin tədqiqində H.F.Cəfərovun böyük əməyi
olmuşdur. Tədqiqat zamanı Qarahacı, Göytəpə, Üçoğlan-1(Sarıçoban), Ağtəpə,
Dəyirman yeri, Cüttəpə, Şortəpə və digər yaşayış yerləri tədqiq olunmuşdur. Bu
abidələr başlıca olaraq kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir.
Sarıçoban və Şortəpə yaşayış yerlərində aparılan kəşfiyyat xarakterli qazıntılar
bu yaşayış yerlərində mədəni təbəqənin olduqca az yığıldığını göstərmişdir.
Şortəpə yaşayış yerinin tədqiqi zamanı dördkünc formalı, çiy kərpicdən inşa
olunmuş binanın qalıqları aşkar olunmuşdur.
Bu yaşayış yerlərindən aşkar olunan keramika məmulatı Kür-Araz
mədəniyyətinin bütün mərhələlərini əks etdirir. Qarahacı, Sarıçoban və Cüttəpə,
Şortəpə yaşayış yerlərinin keramika məmulatında Eneolit mədəniyyətinin
əlamətləri (qabların gilinin tərkibində saman qarışığının olması, onların xarici
səthinin daraqvari alətlə işlənməsi) izlənmişdir. Bu abidələrdən aşkar olunmuş
arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və inkişafı ilə bağlı
problemlərin tədqiqi üçün olduqca əhəmiyyətlidir.
79
Şəkil 46. 103 № -li Xankəndi kurqanının planı
Мil-Qarabağ zonasının qəbir abidələri Xankəndi, Borsunlu, Üçtəpə
Xaçınçay kurqanları və digərləri ilə təmsil olunmuşdur.
Xankəndi kurqanları eyni adlı yaşayış yerindən şimalda, bir-birinin
yaxınlığında yerləşir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№- li kurqanın
təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca
pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla
əhatələnmişdir. Onun şimal-şərq tərəfdəki girişi böyük daş plitə ilə örtülmüşdür.
Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi
meydançada 36 böyük və kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər
bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir.
Мərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun
ətrafında daş toppuz, tunc nizə ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənub-
şərq hissəsində altı daş ox
ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə
və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab
tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə
seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu
təbəqədən üstdə Son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır.
80
Şəkil 47. 103 № -li Xankəndi kurqanının materialları
Burada aşkar olunan 125 №- li kurqan həcmcə kiçikdir. O da birinci
kurqan kimi üç təbəqəlidir. İlk Tunc dövrünə aid kollektiv dəfndən yalnız bükülü
vəziyyətdə, sol yanı üstə olan bir skelet qalmışdır. Onun baş və ayaq tərəfində
keçi skeletinə rast gəlinmişdir. Yaxınlıqda daş toppuz, tunc nizə ucu,
çaxmaqdaşından 5 ox ucluğu, qızıl təbəqədən asma, daş həvəng, 30 obsidian
parçası, 1 nukleus və gil qab parçaları aşkar olunmuşdur.
Dostları ilə paylaş: |