81
Şəkil 48
. 119 və 125 № li ( 2, 6, 10) Xankəndi kurqanlarının
materialları
Мil düzündə Üçtəpə adlı yerdə üç böyük kurqan aşkar olunmuşdur. Bu
kurqanların biri 1960- cı ildə A.A.İessen tərəfindən tədqiq edilmişdir. Bu
kurqanların ən böyüyünün hündürlüyü 17 m-dir. A.A.İessenin tədqiq etdiyi ən
kiçik kurqanın hündürlüyü 13 m, diametri 130 m- dir. Açıq rəngli torpaq
kurqanının altında, 12,8 m dərinlikdə, diametri 25 m, hündürlüyü 2 m olan daş
təpəyə rast gəlinmişdir. Ondan aşağıdakı qamış döşəmənin altından torpaq qəbir
aşkar olunmuşdur. Qəbirin uzunluğu 13,8 m, eni 1,5 m, dərinliyi 2,6 m- dir.
82
Qəbirin örtüyü yanğından qaralmış iki sıra ağac tirdən ibarətdir. Örtülmüş
sahənin uzunluğu 24 m, eni 7,5- 8 m- dir.
Şəkil 49. Üçtəpə kurqanının (№ 3) görünüşü
Qəbir kamerasının içəri tərəfi və örtüyü güclü yanğına məruz qalmışdır.
Onun içərisi qırmızı oxra və kömür qarışıq daşla doldurulmuşdur. Burada,
həmçinin qızarmış və yanmış gil qab parçalarına da rast gəlinmişdir. Qəbirin
kurqan örtüyündə müxtəlif yerlərdə ağ daş qapaq, oxra əzmək üçün daş plitə, daş
həvəngin parçası, dən daşı və keramika qırıqlarına təsadüf edilmişdir. Qazıntı
zamanı müəyyən edilmişdir ki, orta əsrlərdə burada qəbir qazılarkən, qədim
qəbirə deşik açılmış və onun içərisi tamamilə təmizlənmişdir. Yalnız bundan
sonra güclü yanğın baş vermiş və qəbir örtüyü dağılaraq içəri tökülmüşdür.
A.A.İessenin fikrinə görə, Üçtəpə kurqanı aşağıdakı şəkildə düzəl-
dilmişdir. Əvvəlcə bu sahədə qəbir kamerası qazılmış, onun torpağı kənara
çəkilərək kameranın kənarına daş düzüldükdən sonra oxra və müxtəlif əşyalarla
müşayiət olunan dəfn prosesi olmuşdur. Qəbirin üzəri tirlərlə və qamışla
örtülmüşdür. Bu örtüyün üzərinə gil qablar qoyulmuş və daş kurqan
düzəldilmişdir. Daş təpənin üzərində yerli torpaqdan kurqan düzəldilmişdir.
Мüəyyən edilmişdir ki, kurqan üç il ərzində müəyyən fasilələrlə düzəldilmişdir.
Şübhəsiz ki, dəbdəbəli dəfn ritualı ilə düzəldilən Üçtəpə kurqanı tayfa
başçısına aid olmuşdur. Çox təəssüf ki, kurqan qarət edilmiş və qəbir avadanlığı
oğurlanmışdır.
Qəbirdən götürülən ağacdan alınan tarix e.ə. 2550+120, kömür analizi isə
e.ə. 2887+230- cu ili göstərmişdir. Tədqiqatçılar bu qəbri e.ə. III minilliyin
ortalarına və sonuna aid etmişlər.
83
Şəkil 50. Borsunlu kurqanının (№ 7) keramika məmulatı
Tərtər rayonu ərazisində yerləşən Borsunlu nekropolundakı kurqanlarının
bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. Nekropol Borsunlu kəndi
ətrafında, İncəçayın orta axarlarında yerləşmişdir. Ayrı-ayrı qruplar halında
cəmləşən kurqanlar H.F.Cəfərov tərəfindən beş tipə bölünmüşdür. Kurqanların
bəzisi kromlexlərlə əhatələnmişdir. Kurqanın altında yerləşən qəbir kameraları
dördkünc formalı olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa
olunmuşdur. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün
inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olmuşdur.
84
Kür-Araz mədəniyyətinə aid abidələrin bir qrupu Quruçay və Köndələn-
çay vadisində aşkar edilmişdir. Bu qrupa Xantəpə, Qaraköpəktəpə, Kültəpə,
Şomulutəpə, Uzuntəpə, Мeynətəpə kimi onlarla abidə daxildir. Onlar içərisində
Qaraköpəktəpə stratiqrafik quruluşuna görə olduqca əhəmiyyətlidir.
Qaraköpəktəpə Köndələnçayın sağ sahilində yerləşən konusvari təpədən
ibarətdir. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən
başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967- ci
ildən başlayaraq 300 m
2
sahədə tədqiqat aparılmışdır.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin
olduğu müəyyənləşdirilmişdir.
İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina
qalığı aşkar olunmuşdur. Onlardan birinin əsas hissəsi qazıntı sahəsindən kənarda
qalmışdır. İkinci binanın diametri 6,85 m- dir. Binaların tikintisində qaba
yonulmuş daş parçaları və çay daşlarından istifadə edilmişdir. Binalarda içərisi
çay daşlarından qurulmuş ocaqlar da olmuşdur. Bina divarların salamat qalmış
hissəsinin eni 40 sm, hündürlüyü 30- 40 sm- dir.
İkinci binanın içəri tərəfində dördkünc formalı artırma düzəldilmişdir.
Binanın divarları da iri qaya parçalarından hörülərək, gil məhlulu ilə
bərkidilmişdir. Divarların eni 65 sm, hündürlüyü 80 sm-dir. Binanın yaxınlığında
iri daş parçaları döşənmiş sahə və bu sahə boyunca uzunluğu 2,8 m olan divar
aşkar olunmuşdur. Daş döşənmiş sahədən bir qədər aralıda iri daş parçalarından
və çay daşlarından iki sıra ilə işlənmiş, uzunluğu 4,8 m olan divar qalığı
olmuşdur.
Bu təbəqədə ocaq qurğularının qalıqlarına, gil qab parçalarına, daş və
sümük alətlərə rastlanmışdır. Gil qabların bir qismi yapma və spiralvari qazma
ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və
batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və digər
abidələrdən bəllidir.
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük,
çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Evin divarları iri həcmli əhəngdaşı
parçalarından tikilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir- birindən
qalın divarla ayrılmışdır. Divarlar bəzi yerlərdə 1m hündürlüyündə qalmışdır.
Otaqların döşəməsi bərk torpaq layından ibarətdir. Burada qızarmış torpaq qatını
kül və kömür qalıqları örtmüşdür. Bu yaşayış kompleksinin yaxınlığında daşla
döşənmiş sahənin olduğu müəyyən edilmişdir.
İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış
əhəngdaşı parçalarından tikilərək, gil məhlul ilə bərkidilmiş divar qalıqları ortaya
çıxarılmışdır. Bu divarların dördkünc formalı yaşayış binasına aid olduğu
müəyyənləşdirilmişdir. Binaların içərisindən təsərrüfat və məişət əşyalarının
qalıqları, o cümlədən İlk Tunc dövrü üçün xarakterik olan əmək alətləri,
keramika və sümük əşyalar da əldə edilmişdir.
Dostları ilə paylaş: |