88
heyvan və balıq sümükləri ilə doldurulmuş çuxur aşkar olunmuşdur. Binanın
içərisindən dən daşları, əzilmiş gil qablar və müxtəlif əşyalar aşkar edilmişdir.
Yaşayış binasının cənub divarının xaricində daha 4 təsərrüfat quyusu ortaya
çıxarılmışdır. Yaşayış yerinin digər binaları da dördkünc formalı və yarımqazma
tipli olub, arakəsmələrlə bir neçə hissəyə ayrılmışdır. Döşəmələrinə çay daşları
düzülərək döyəclənmişdir. Bu binalar üçün də bir neçə ocağın olması
xarakterikdir.
Yerüstü
materiallar
və qazıntıdan aşkar edilmiş tapıntılar Kür-Araz
dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən
daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları və ağırlıq
daşlarından ibarətdir. Sümükdən hazırlanmış dəlici və cilalayıcı alətlərə, iy
başlıqlarına da rastlanmışdır.
Мingəçevir yaşayış yeri Cənubi Qafqazda yeganə abidədir ki, burada bir
neçə ocaqlarla xarakterizə olunan, yarımqazma tipli binalar qeydə alınmışdır. Bu
tip yaşayış yerlərinin meydana çıxması abidənin coğrafi şəraiti ilə də bağlı
olmuşdur. Ətrafda zəngin meşə massivinin olması, divarları ağacdan olan
yarımqazma tipli evlərin tikilməsi üçün şərait yaratmışdır.
Мingəçevir yaşayış yerinin yaxınlığında, Kür çayının sağ sahilində bu
dövrə aid qədim qəbiristanlıq da aşkar edilmişdir. Burada Son Tunc dövrü
qəbiristanlığının altında Kür-Araz mədəniyyətinə aid 4 qəbir öyrənilmişdir. Onlar
torpaq qəbirlərdən ibarət olub, tək dəfnlərlə xarakterizə olunur. Skeletlər bükülü
vəziyyətdə, müxtəlif istiqamətlərə yönəlmişdir. Qəbir avadanlığı hər qəbirdə
skeletin baş tərəfinə qoyulmuş bir gil qabdan ibarətdir.
Babadərviş yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub-
qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Qədim yaşayış yeri Ağstafaçay
vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə
salınmışdır.
Yaşayış yerində 600 m
2
sahədə aparılan qazıntılar zamanı aşkar edilən
mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit
təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50-60 sm-dir.
Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları
və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi
üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy
kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən
gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları
aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu
formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə
2,5m- dir. Şübhəsiz ki, bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə
tutulmuşdur. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı
kiçik bir
89
Şəkil 52. Baba-Dərviş yaşayış yerinin İlk Tunc dövrü təbəqəsi
90
ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması
üçün ümumi anbar kimi istifadə edildiyini göstərir.
Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara
da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun
təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri,
öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal ki, bu ocaqdan müəyyən
ayinlərin icrası üçün istifadə olunmuşdur. Yaşayış yerinin kənarında, bir-birinin
yaxınlığında üç oval çuxura rast gəlinmişdir. Həmin çuxurların təmizlənməsi
zamanı müəyyən edilmişdir ki, onlar metaləritmə sobalarının aşağı hissəsindən
ibarətdir. Bu qurğuların ətrafından şlak qalığı, görük ucluğu, metal çubuqlar
tökmək üçün formalar tapılmışdır.
Qazıntının mərkəzi hissəsində qoşa spiralla naxışlanmış daş stela aşkar
olunmuşdur. Ola bilsin ki, bu stela ritual ocaqla vahid bir kompleksə daxil olaraq
ziyarətgah rolu oynamışdır.
Yaşayış yerində qeydə alınmış xeyli tikinti qalıqları, çiy kərpic qırıqları,
suvaq parçaları, çay daşları və s. burada dairəvi formalı, yerüstü tikintilərin
mövcud olduğunu göstərir. Tikinti qalıqları arasında rast gəlinən iki ocaq
qurğusu xüsusilə diqqətəlayiqdir. Bu qurğuların içəridən çıxıntıları və yarımşar
şəkilli qulpları vardır.
Yaşayış yerindən aşkar edilmiş keramika məmulatı müxtəlifdir. Onların
bir qrupu arxaik formada olub, kobud hazırlanmışdır. Digər qrupa isə qara cilalı,
naxışlı qablar daxildir. Ehtimal ki, abidədə Kür-Araz mədəniyyətinin bütün
mərhələlərində yaşayış olmuşdur. Мədəni təbəqənin az yığılması, onun mövsümi
yaşayış yeri kimi istifadə edilməsini göstərir. Yaşayış yerində, həmçinin insan və
heyvan fiqurları, daş çəkiclər, baltalar, dən daşları, həvənglər, dəstələr, toxa
parçaları, bıçaqşəkilli plastinkalar, ox ucluqları, toppuz başlıqları, asmalar,
sümük bizlər, iynələr, balıq qarmağı, dəlici və cilalayıcı alətlər aşkar edilmişdir.
Мədəni təbəqədə rast gəlinən xeyli istehsal tullantıları, xüsusilə daş çıxarları,
alətlərin yerli istehsala aid olduğunu göstərir.
Bu qrupa aid olan arxeoloji abidələrin bir qrupu kəşfiyyat xarakterli
tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Zəylik və Keçili yaşayış yerləri də
daxildir.
Babadərviş qəbir abidəsi 1966-cı ildə V yaşayış sahəsində qeydə
alınmışdır. İlk Tunc dövrünə aid qəbir təpənin səthindən 1,5m dərinlikdə
yerləşmişdi. Qəbirdə skelet sol böyürü üstə, başı şimala, üzü şərqə, bükülmüş
ayaqları cənuba doğru yönəlmişdi. Qəbirdən sümük iy başlığı, qara rəngli
cilallanmış gil qablar, tunc halqa tapılmışdır. Gil qablar qab altlığı, küpə və
xeyrədən ibarətdir. Qəbir tədqiqatçılar tərəfindən e.ə. III minilliyin birinci
yarısına aid edilmişdir.
Şamxor SES tikilərkən aşkar olunan Osmanbozu kurqanları dəfn adətinə,
kurqan örtüyünün və qəbir kamerasının quruluşuna görə Qarabağ kurqanları ilə
Dostları ilə paylaş: |