108
dəyişir. Bu mərhələnin qabları yaxşı anqoblanmışdır. Bəzi qabların səthi
yüngülcə cilalanmışdır. Ancaq belə qablar olduqca azlıq təşkil edir.
Bikonus gövdəli, yaxud konusvari formalı kasalar bu etapda geniş
yayılmışdır. Bu dövrün çölməkləri əvvəlki mərhələnin eyni tipli qablarıyla
bənzər olsalar da, onların formasında müəyyən dəyişiklik izlənilir. Мərhələnin
sonuna yaxın qısa, silindirik boğazlı, şar gövdəli çölməklər meydana çıxır.
Onların qulpları ağzının kənarında yerləşir. Konusvari gövdəli kasalar, vazatipli
və bankatipli qablar formaca Eneolit keramikası ilə sıx bağlıdır. Onların
bəzisində I Kültəpənin Eneolit keramikası üçün xarakterik olan şüyrələmədən
istifadə edilmişdir.
Üçüncü mərhələ üçün nazik divarlı məişət qabları xarakterikdir. Çəhrayı
astar bu mərhələdə aradan çıxır, parıldayanadək cilalanmış qablar geniş yayılır.
Bəzi qabların səthində cilalayıcı alətin izləri qalmışdır. Bu mərhələyə aid
çölməklər formaca əvvəlki mərhələdən xeyli fərqlənir. Bəzi çölməklərdə əvvəlki
mərhələ üçün xarakterik olan silindirik boğazlar yoxdur. Bu mərhələdə yuvarlaq-
bikonus formalı çölməklər geniş yayılmışdır. Qulplar halqaşəkilli olub, başlıca
olaraq qabların ağzının kənarında yerləşmişdir. Qabların dairəvi, yuvarlaq
formalı batıqlar, relyef və həndəsi ornamentlə naxışlanması bu dövrün xarakterik
xüsusiyyətidir. Bu baxımdan, Kür-Araz mədəniyyətinin tamamlayıcı mərhələsini
əks etdirən Yanıqtəpə materialları diqqətəlayiqdir.Əldə olunan materiallar
daşişləmə, sümükişləmə və toxuculuq kimi sənət sahələrinin də inkişaf etdiyini
göstərir.
109
Şəkil 57. Eneolit (14-16, 18) və Erkən Tunc dövrünə aid metal məmulatı.
1-6, 8-18 – I Kültəpə; 7, 9-22 – II Kültəpə
İlk Tunc dövründə Azərbaycanda metallurgiya və metalişləmə yüksək
inkişaf səviyyəsində olmuşdur. Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid
təkmil metal əşyalar və metal emalı ilə bağlı olan kürələr hələ e.ə. IV minilliyin
ortalarında dağ-mədən işinin və metalurgiyanın bir-birindən ayrıldığını göstərir.
Lakin, Azərbaycanda indiyədək İlk Tunc dövrünə aid mədənlər aşkar
edilməmişdir. Ehtimal ki, onlar sonrakı dövrlərin mədənləri tərəfindən
dağıdılmışdır. Bu baxımdan, Naxçıvan ərazisində Vayxır mis yataqlarında aşkar
olunan qədim mədənlər diqqəti cəlb edir. Burada, qədim mədənlərin ətrafından
daş çəkiclər və gil qab parçaları tapılmışdır.
II Kültəpə və Babadərvişin İlk Tunc dövrü təbəqəsindən aşkar olunan
metaləritmə kürəsinin qalıqları metallurgiyanın yüksək inkişaf mərhələsini əks
110
etdirən yeni, süni üfürmə texnikasının tətbiq edildiyini göstərir. Süni üfürmədə
hərarətin yüksəldilməsinə xidmət edən körük ucluqları II Kültəpə və Мişarçayda
aşkar olunmuşdur. Yüksək temperaturun alınması və tənzim edilməsi qədim
metallurqların iqtisadi imkanlarını artırmış, yataqların dərinliyində yerləşən
sulfidli filizlərin əridilməsi üçün şərait yaratmışdır.
II Kültəpənin İlk Tunc dövrü təbəqəsində metalişləmə emalatxanasının
qalıqlarının aşkar edilməsi, metallurgiya və metalişləmə sənətinin ayrıca istehsal
sahələrinə ayrıldığını göstərir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda metallurgiyanın yüksək inkişaf
səviyyəsi heç də təsadüfi olmayıb, qonşu ölkələrdə bu sahənin tərəqqisi ilə
bağlıdır. Çatal-Uyuk və Yarımtəpənin mədəni qatlarından e.ə. VII-VI minil-
liklərə aid edilən filiz qalıqları, artıq bu dövrdə, şübhəsiz ki, filizin əridilmək
üçün yaşayış yerlərinə gətirildiyini göstərir. Çatal-Uyukdan aşkar olunan filizin
analizi göstərmişdir ki, o praktiki olaraq şlak qalığından başqa bir şey deyil.
Qeyuksur vadisinin Eneolit abidələrinin tədqiqi göstərmişdir ki, metal əşyalar
təbii mis külçəsindən deyil, filizdən əridilərək hazırlanmışdır. Burada metal
əşyaların tökülməsi texnikası e.ə. V minillikdə mövcud olmuşdur. E.ə.V
minilliyə aid filiz qalıqları Ovçulartəpəsi yaşayış yerində də aşkar olunmuşdur.
II Kültəpənin XI tikinti qatından aşkar olunan bıçaq, yaxud xəncər
tiyəsinin tədqiqi, onun ara qızdırmalarla döyülməyə məruz qaldığını göstərir. Bu,
II Kültəpədə metalın təkrar emalı ilə bağlı kürələrin aşkar olunmasıyla da sübut
olunur.
Kür-Araz mədəniyyətinin ikinci mərhələsinə aid gil qəliblər bu dövrdə
tökmə texnikasının yüksək səviyyədə inkişaf etdiyini göstərir. I Kültəpədən tunc
baltalar tökmək üçün qəlibin aşkar edilməsi bu dövrdə ikitaylı qəliblərdə tökmə
texnikasının mənimsənildiyini göstərir. I Kültəpə, Göytəpə və Babadərvişdən
metal yarımfabrikatlar tökmək üçün qəliblərin tapılması, hazır metal məmulatının
əsas istehsal mərkəzlərindən digər rayonlara yayıldığını göstərir. Şübhəsiz ki,
metal əşyaların istehsalı ilə yüksək ixtisaslı ustalar məşğul olmuşdur. Belə ki,
mürəkkəb konfiqurasiyalı baltalar və nizə ucluqları müəyyən vərdişlərə
yiyələnmiş ustalar tərəfindən hazırlana bilərdi.
İkinci və üçüncü mərhələyə aid metal əşyaların hazırlanmasında tökmə,
döymə, kəsmə, burma, yastılama, prokat və digər texnoloji üsullardan istifadə
edilmişdir.
Мetallurgiya və metalişləmə sənətinin meydana gəlməsi və inkişafının
xarakterinin müəyyən edilməsində İlk Tunc dövrü abidələrindən aşkar olunan
metal əşyaların mühüm əhəmiyyəti vardır. Onlar balta, nizə, xəncər, əmək
alətləri və müxtəlif bəzəklərlə təmsil edilmişdir.
Azərbaycanda İlk Tunc dövrünə aid metal əmək alətləri hələlik I
Kültəpədən məlumdur. I Kültəpədən aşkar olunan oraq üç yerə parçalanmışdır.
Aypara formalı bu oraq mis və mışyak ərintisindən hazırlanmışdır. O, özünün
arxaik forması ilə Cənubi Qafqaz və Yaxın Şərqin sinxron əmək alətlərindən
Dostları ilə paylaş: |