100
II Kültəpənin alt qatlarının tikinti qalıqlarından görünür ki, bəzi binaların
qövsşəkilli divarlarla əhatə olunmuş yarımçıq həyətləri olmuş və bu həyətlərdən
təsərrüfat məqsədilə istifadə edilmişdir.
Мingəçevir binaları öz arxitekturasına görə nəinki Azərbaycanın, hətta
bütün Cənubi Qafqazın həmdövr tikintilərindən fərqlənir. Onlar yarımqazma
tipli, dördkünc formalı binalardan ibarətdir. Sahəsi 28-112 m
2
olan
yarımqazmalar arakəsmə divarlarla bir neçə hissəyə bölünmüşdür. Onların
döşəməsinə çaydaşı döşənərək, döyəclənib möhkəmləndirilmişdir. Divar
boyunca evin damını saxlayan dirək oyuğuna, evlərin mərkəzində isə iki sıra
ocaq yerlərinə rast gəlinir. Divarların yuxarı hissəsinin tikintisində ağacdan,
damların örtüyü üçün isə toxuma karkasdan istifadə edilmişdir.
İstər dairəvi, istərsə də yarımqazma tipli evlər Azərbaycanda Eneolit
dövrü abidələrindən bəllidir. Bu, Azərbaycanın Eneolit abidələri ilə İlk Tunc
dövrü abidələrinin arxitekturasında genetik bağlılığın olduğunu göstərir.
Kür-Araz mədəniyyətinin ilk mərhələsini əks etdirən Göytəpənin K
1
təbəqəsində eni 1,65 m olan müdafiə divarının qalıqlarının aşkar edilməsi
diqqətəlayiqdir. Çiy kərpicdən tikilmiş bu divar, ola bilsin ki, vaxtı ilə bütün
yaşayış yerini əhatə etmişdir.
Azərbaycanın İlk Tunc dövrü abidələrinin böyük bir qismi Kür-Araz
mədəniyyətinin ikinci mərhələsini öyrənmək üçün əhəmiyyətlidir. I Kültəpə, II
Kültəpə, Babadərviş, Qaraköpəktəpə və digər yaşayış yerlərində aşkar olunan
yaşayış binaları dairəvi planlıdır. Bəzi evlərdə dördkünc formalı artırmalar
vardır. Yaşayış binalarının qalıqları I Kültəpə və II Kültəpə yaşayış yerlərində
daha aydın plana malikdir. Binalar çay daşlarından hörülmüş təməl üzərində, çiy
kərpiclərdən tikilmişdir. I Kültəpənin alt laylarında izlənən tikinti texnikasından
bu mərhələdə də istifadə edilmişdir. Birinci mərhələdə olduğu kimi, bu
mərhələdə də dairəvi evlər arakəsmə divarla iki hissəyə bölünərək, bir tərəfindən
təsərrüfat məqsədilə istifadə edilmişdir. Bəzi binalarda bu məqsədlə istifadə
olunmuş düzbucaqlı artırmalar da olmuşdur. Binaların tikintisində istifadə olunan
kərpiclərin ölçüləri 40 x 20 x 10 sm- dir.
Binalar birinci mərhələdə olduğu kimi, ikiqatlı və dördkünc formalı
sobalarla, həmçinin düzbucaqlı ocaq qurğuları və dairəvi manqallarla
qızdırılmışdır. Ola bilsin ki, II Kültəpədəki düzbucaqlı ocaqlar bir qatlı dördkünc
sobaların qalıqları olmuşdur. II Kültəpədə dördkünc formalı ocaqların
yaxınlığında mərkəzi hissəsi antropomorfik heykəl təsvirləri ilə tamamlanan
nalşəkilli ocaq qurğuları aşkar olunmuşdur. Demək olar ki, bütün evlərdə aşkar
edilən nalşəkilli ocaq qurğularının yerləşdirilməsi üçün, bəzən dördkünc formalı
səkilər düzəldilmişdir. Bəzi hallarda isə nalşəkilli ocaq qurğularına dairəvi
manqalların yaxınlığında da rastlanır.
Evlərin gillə suvanmış döşəmələrində bəzən həsir qalıqları aşkar
olunmuşdur. Ərzaq ehtiyatı təsərrüfat küplərində, yaxud bu məqsədlə qazılmış
quyularda saxlanmışdır. I Kültəpə, Göytəpə və Yanıqtəpədə təsərrüfat küpləri
101
yerə basdırılmış vəziyyətdə aşkar edilmişdir. Təsərrüfat quyuları adətən evlərin
içərisində, bəzən isə həyətdə, binanın yaxınlığında qazılmışdır. Bu dövrdə, bütün
kollektiv üçün nəzərdə tutulan ümumi ərzaq anbarları da olmuşdur.
Babadərviş yaşayış yerində kiçik bir sahədə 25 təsərrüfat quyusunun aşkar
edilməsi, bununla bağlıdır. Ətrafda tikinti qalıqlarına rast gəlinmədiyindən,
ehtimal etmək olar ki, anbarın üzəri yüngül örtüyə malik olmuşdur.
Kür-Araz mədəniyyətinin ikinci mərhələsinin arxitekturası Urmiya
hövzəsinin abidələrində kifayət qədər öyrənilməmişdir. Quruçay və Köndələnçay
vadisində bu mərhələyə aid tikinti qalıqları Qaraköpəktəpədən aşkar olunmuşdur.
Burada dairəvi formalı binaların yalnız təməli qalmışdır. Binaların divarları qaba
yonulmuş qaya parçalarından və çay daşlarından tikilmişdir. Ola bilsin ki,
divarların yuxarı hissəsi çiy kərpiclərdən hörülmüşdür. Təbəqədə xeyli miqdarda
çiy kərpic qalıqlarının aşkar olunması bununla bağlıdır. Qaraköpəktəpə yaşayış
yerinin maraq doğuran cəhətlərindən biri, bu binaların yaxınlığında daş döşənmiş
sahənin qeydə alınmasıdır. Bu daş döşəmələrin, evləri birləşdirən ensiz küçə
qalıqları olduğunu söyləmək olar.
Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid yaşayış binaları dairəvi
və dördkünc planlıdır. Dairəvi planlı binalar Yanıqtəpədə aşkar olunmuşdur.
Binalar daş təməl üzərində çiy kərpicdən tikilmişdir. Yanıqtəpə yaşayış yerində
bir neçə tikinti dövrü ərzində mövcud olan 1 №- li binanın arxitekturası
maraqlıdır. Bina iki sıra konsentrik divarla əhatələnmişdir. Onun divarları daş
təməl olmadan, fiqurlu hörgü ilə tikilmişdir. Мüxtəlif ərzaq ehtiyatlarının
saxlanması üçün anbar rolunu oynayan bina, uzun müddət öz funksiyasını
itirməmişdir.
Yanıqtəpənin aşağıdan dördüncü tikinti qatının bütün sahəsi bir-birinə sıx
yerləşdirilmiş dairəvi planlı evlərlə örtülü olmuşdur. Binaların bəzisinin
dördkünc artırmaları, bəzilərinin isə divarla məhdudlaşdırılmış kiçik həyətləri
olmuşdur. Binaların hamısının içərisi demək olar ki, eyni quruluşa malikdir.
Burada paltar və qabların qoyulması üçün taxçalara, ərzaq ehtiyatı üçün gil
qablara və üzərində maye axıtmaq üçün novu olan uzun mətbəx skamyalarına
rast gəlinmişdir. Hər bir evdə I Kültəpədən məlum olan ikiqatlı sobaların
bənzərləri aşkar olunmuşdur.
Binalar olduqca sıx yerləşdiyindən, onların arasında keçidə rast
gəlinməmişdir. Ehtimal ki, giriş binaların damından olmuşdur.
Yanıqtəpə yaşayış yerində güclü yanğından sonra tikilmiş müdafiə
divarının qalıqları aşkar olunmuüşdur. Eni 4,6-5 m olan bu divar, yonulmamış
qaba daşlardan tikilmişdir. Kür-Araz mədəniyyətinin son mərhələsinə aid
müdafiə divarları Qaraköpəktəpə və Dairə yaşayış yerində də qeydə alınmışdır.
Qaraköpəktəpənin üst tikinti qatında - birinci qazıntı sahəsində
yonulmamış qaba daşlardan tikilmiş çoxotaqlı binanın qalıqları aşkar
olunmuşdur. Şübhəsiz ki, belə binalar böyük patriarxal ailələr üçün nəzərdə
tutulmuşdur. Dördkünc formalı binaların qalıqları I və II Kültəpələrin üst
Dostları ilə paylaş: |