117
böyüyününkü isə 7 m-dir. Yaşayış binalarının sahəsi ortalama 25-30 m
2
-dir. Hər
bir evin öz ocağı, taxıl quyusu və köməkçi tikintiləri vardır. Belə vəziyyət
Babadərviş və I Kültəpədə də izlənmişdir. I Kültəpədə ən böyük evin sahəsi 30,5
m
2
-dir. Ehtimal ki, bu evlərdə 5-6 nəfərdən ibarət olan bir ailə yaşamışdır. Qeyd
etmək lazımdır ki, yaşayış yerlərində həm də böyük evlərə rast gəlinmişdir.
Burada dairəvi planlı evlərdən birinin sahəsi 59 m
2
-dir. Şübhəsiz ki, bu dövrdə
iki-üç ailədən ibarət patriarxal kollektivlər də olmuşdur.
O.H.Həbibullayevin fikrincə, dairəvi planlı böyük evlər daxili divarla iki
hissəyə ayrılmışdır. Bu bölümlərdən birində xeyli miqdarda kömürləşmiş taxıl
dənləri aşkar olunmuşdur. Onun fikrinə görə, burada saxlanan taxıl bütün əhaliyə
aid olmuşdur. Bizim fikrimizcə, belə taxıl anbarlarında böyük ailələrin ərzaq
ehtiyatı saxlana bilərdi. Bütün qəbiləyə aid edilə biləcək ümumi ərzaq anbarları
Babadərviş və Yanıqtəpədə də aşkar olunmuşdur.
İstehsalın intensivləşməsi, şübhəsiz ki, ailələrin daha böyük kollektivlərdə
birləşməsinə səbəb olmuşdur. Faktlar bu dövrdə suvarma əkinçiliyinin mövcud
olduğunu göstərir. Bu isə müəyyən qrup insanların əməyinin birləşdirilməsini
tələb edirdi. Ümumi yığıncaqların keçirildiyi ictimai binaların meydana çıxması
ictimai idarə təşkilatlarının olduğunu göstərir. Bu baxımdan Kür-Araz
mədəniyyətinin sonuncu dövrünə aid tapıntılar xüsusi əhəmiyyətlidir. II Kültəpə,
Qaraköpəktəpə, Yanıqtəpə, Qobustanda müdafiə divarının qalıqları, bir sıra
yaşayış yerlərində isə patriarxal ailələrinin yaşadığı çoxotaqlı evlərin qalıqları
aşkar olunmuşdur. Bu dövrün yaşayış yerlərində rast gəlinən yanğın izləri, artıq
tayfalararası münasibətlərin kəskinləşdiyini, basqınların gücləndiyini göstərir.
Şübhəsiz ki, bu dövrdə müəyyən idarəetmə, yaxud ilkin dövlət qurumları
mövcud olmuşdur. Bu dövrdə qəbilə üzvləri arasında ictimai bərabərsizliyin
olduğunu Telmankənd kurqanlarının tədqiqi də sübut edir.
Arxeoloji materiallar Kür-Araz tayfaları ilə Yaxın Şərq ölkələri arasında
mübadilənin inkişaf etdiyini göstərir. Bu münasibətlər Eneolit dövründən
mövcud olmuş, İlk Tunc dövründə isə daha da genişlənmişdir. Şübhəsiz ki,
ticarət münasibətlərində iribuynuzlu heyvan və metal əsas yer tutmuşdur.
Azərbaycan abidələrində yarımfabrikatlar tökmək üçün qəliblərin aşkar edilməsi
hazır metal məmulatının ticarət münasibətlərində istifadə olunduğunu göstərir.
İlk Tunc dövrünə aid, tərkibində yüksək nikel qarışığı olan metal əşyalar da belə
mübadilənin olduğuna sübutdur. Azərbaycanda nikel yataqları olmadığından,
nikelli tuncun Мesopotamiyadan gətirildiyi düşünülməkdədir.
Kifayət qədər dəlillər olmasa da, bu dövrdə obsidian ticarətinin müəyyən
yer tutduğunu söyləmək olar. Kür-Araz abidələrində obsidianın emalı ilə bağlı
istehsal artıqlarına rast gəlinmişdir.
Araşdırmalar göstərir ki, mübadilə Kür-Araz mədəniyyətinin üçüncü
mərhələsində intensiv xarakter almışdır. Bunun nəticəsində sərvət müəyyən qrup
insanların əlində toplanmış və ictimai münasibətlərdə əsaslı dəyişiklik
yaranmışdır.
118
Kür-Araz abidələrindən aşkar olunan bir sıra materiallar, xüsusilə vaza
tipli hündür dabanlı qablar silindrik çıxıntıları olan ortası çökük qapaqlar Kür-
Araz mədəniyyəti tayfalarının qədim Мesopotamiya ilə əlaqələrinin olduğunu
göstərir. Böyük ehtimalla bu qablar Qədim Şərq nümunələrinə bənzətmələr
əsasında hızırlanmışdır. Şübhəsiz ki, belə münasibətlər birtərəfli deyil, ikitərəfli
xarakter daşımışdır. I Kültəpədən aşkar olunan arxaik formalı oraq və dördtilli
nizə ucluğu, bu tip əşyaların qonşu ölkələrə Azərbaycandan yayıldığını göstərir.
Balta tökmək üçün istifadə olunan ikitaylı gil qəliblərin də tədqiqi anoloji
nəticələrə gətirib çıxarır.
Yaxın Şərq ölkələri ilə mübadilənin mövcudluğunu Kür-Araz abidələ-
rindən aşkar olunan göy şirli pasta muncuqlar da sübut edir. Мəlum olduğu kimi,
belə muncuqlar Мesopotomiyadan gətirilmişdir.
Azərbaycanın arxeoloji abidələrində aşkar olunan materiallar Kür-Araz
mədəniyyəti tayfalarının ideoloji təsvirlərini müəyyən dərəcədə bərpa etməyə
imkan verir. Abidələrin tədqiqi göstərir ki, bu dövrdə, xüsusilə iribuynuzlu
heyvanlara sitayiş müəyyən yer tutmuşdur. Bu adətən tədqiqatçılar tərəfindən
öküz kultu ilə bağlanır. Öküz kultunun mövcudluğu, öküz başı formalı ocaq
qurğuları və öküz fiqurları ilə də təsdiq olunur. Öküz başı formalı ocaq qurğuları
II Kültəpədə ictimai binaların içərisində aşkar olunmuşdur. XI tikinti qatında
onlar qəbilənin ümumi toplantı yeri olan ziyarətgahdan tapılmışdır.
II Kültəpənin VI tikinti qatında aşkar olunan ziyarətgah dördkünc planlı
olmuşdur. Burada dairəvi formalı ocağın yaxınlığında dördkünc formalı
postament, onun üzərində isə öküz başı formalı sitayiş əşyaları aşkar olun-
muşdur. Şübhəsiz ki, burada öküz kultu ilə bağlı müəyyən ayinlər icra edilmişdir.
Gil qabların üzərində rast gəlinən yarımşar formalı qulplar da öküz kultu ilə
bağlıdır. Onların praktiki, dekorativ və ritual mənası olmuşdur. Q.S.İsmayılovun
fikrinə görə, onlar mühafizə məqsədi daşımışdır.
Qeyd etmək lazımdır ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində öküz
başı formasında hazırlanmış ocaqlar daha realist, son mərhələdəkilər isə
sxematikdir. Bu dəyişiklik gil qabların qulplarının formasında da özünü göstərir.
Ehtimal ki, bu, Kür-Araz mədəniyyətinin üçüncü mərhələsində xırdabuynuzlu
heyvanların artaraq, üstünlük təşkil etməsi ilə bağlıdır. Bu dövrdə gil qabların
üzərində xırdabuynuzlu heyvanlarla bağlı təsvirlərə rastlanır.
Kür-Araz mədəniyyəti tayfalarının sitayiş əşyalarından biri də nalşəkilli
ocaq qurğuları olmuşdur. II Kültəpədən aşkar olunan bu tip ocaq qurğularının
mərkəzi hissəsi insan başının təsviri ilə tamamlanır. Yuxarıda qeyd etmişdik ki,
bu ocaqlar oturmuş insan fiqurlarına bənzədilmişdir. Fikrimizcə, bu qurğular ev
ocağının himayədarını əks etdirir. K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin fikrinə
görə, bu ocaq qurğuları ocağın ətrafında oturmuş kişi fiqurunu təcəssüm etdirir
və ev ocağının bərəkətləndirilməsi ritualının rəmzidir.
Bu cür ocaq qurğularının hər bir evdə aşkar olunması, cəmiyyətdə inanc
birliyinin olduğunu göstərməklə, ümumi ziyarətgahlarla yanaşı, hər bir evdə
Dostları ilə paylaş: |