126
Şəkil 60
. II Kültəpə və Şahtaxtıdan aşkar olunmuş boyalı qablar.
1, 5, 6, 7, 8
- II Kültəpə, 2, 3, 4, 9, 10 - Şahtaxtı
Şahtaxtı yaşayış yerinin yaxınlığında iki böyük nekropol yerləşir.
Onlardan biri yaşayış yerinin şimal-şərq, digəri isə cənub-qərb tərəfindədir. Hər
iki nekropolda Tunc dövrünün müxtəlif mərhələlərinə və Erkən Dəmir dövrünə
aid qəbir abidələri öyrənilmişdir. Şimal-şərqdə yerləşən nekropolda Orta Tunc
dövrünə aid qəbirlər çoxluq təşkil edir. Qəbirlər daş qutu tiplidir. Onlar yanlarda
127
iri sal daşlarla qurularaq üzəri iki, yaxud bir neçə yastı daşla qapadılmışdır. Bəzi
daş qutularda örtük daşlarının olduğu qeydə alınmamışdır.
Qəbirlərin bir qrupu
kromlexlə əhatə olunmuş və üzərində kurqan düzəldilmişdir. Kurqanlar daş
qarışıq torpaq örtüyündən ibarətdir.
1936-cı ildə bu nekropolda Ə.K.Ələkbərov tərəfindən tədqiq edilən
kromlexli daş qutu tipli qəbirdən bütöv at skeleti, 1 ədəd polixrom boyalı küpə,
29 ədəd boz rəngli sadə qab və başqa əşyalar aşkar edilmişdir. Digər qəbirlərin
tədqiqi zamanı, monoxrom və polixrom boyalı qablar
kompleks şəkildə aşkar
olunmamışdır.
Şahtaxtı nekropolunun Orta Tunc dövrü dəfnlərinin xarakterik cəhət-
lərindən biri qəbirlərdə insan skeletinin olmamasıdır.
İkinci nekropoldakı qəbirlər də daş qutu tiplidir. Lakin buradakı daş
qutular yerüstü əlamətlərə malik deyil. Bu nekropol təsərrüfat işləri görülərkən,
təsadüfən aşkar olunmuşdur. Bu nekropolda qeydə alınan qəbirlərdən bir
qisminin materialları V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Qəbirlərdən
polixrom boyalı qablar,
tunc əşyalar, bir ədəd silindrik möhür tapılmışdır. Bu
nekropolda tədqiq edilən qəbirlərin əksəriyyəti Son Tunc və Erkən Dəmir
dövrünə aiddir. Qəbir abidələri, başlıca olaraq, daş qutu tiplidir. Bu qəbirlərdə
insan skeletinə rast gəlinməmiş, bəzilərində kül qalıqları izlənmişdir.
Qızılburun yaşayış yeri Naxçıvan şəhərindən 18
km cənubda, Araz
çayının sol sahilində, Qızılburun adlanan ərazidə yerləşir. Yaşayış yerinin
salamat qalan hissəsinin sahəsi 2 ha-dır.
Burada, 1969-cu ildə iki sahədə arxeoloji qazıntı işləri aparılmışdır.
Birinci sahədəki kəşfiyyat xarakterli qazıntı işlərinin sahəsi 3 x 3,5 m olmuşdur.
Buradan boz və çəhrayı rəngli keramika, monoxrom boyalı qab parçaları, qurama
oraq dişləri aşkar edilmişdir. İkinci qazıntı sahəsində (10 x 10 m) 3 metr
qalınlığında olan mədəni təbəqənin daha yaxşı qaldığı müəyyən edilmişdir.
Qazıntılar zamanı, 1,6 m dərinlikdən Orta Tunc dövrünə aid dördkünc və oval
formalı bina qalıqları aşkar edilmişdir.
Dairəvi formalı binanın divarları çay daşlarından hörülərək,
gil məhlulla
bərkidilmişdir. Dördkünc planlı binanın divarları isə çay daşları və möhrədən
tikilmişdir. Araşdırma zamanı binalardan boz və çəhrayı rəngli sadə keramika,
monoxrom boyalı qab parçaları, obsidian plastinkalar, oraq dişləri, dən daşları,
ox ucluqları, sümük bizlər aşkar olunmuşdur. Tapıntılar içərisində iri və
xırdabuynuzlu heyvanlara aid xeyli miqdarda osteoloji qalıqlara
da rast
gəlinmişdir. Bəzək əşyasının tökülməsi üçün istifadə olunan gil qəlibin tapılması,
xüsusilə diqqətəlayiqdir. Arxeoloji materiallara əsasən
130
N.V.Fyodorovun və İ.İ.Мeşaninovun apardığı qazıntılar nəticəində nekropolda
Orta Tunc dövrünə bir neçə qəbir abidəsi öyrənilmişdir. N.V.Fyodorov
qazıntılardan əldə etdiyi materialları kompleks şəkildə toplamadığından və
qəbirlərin
təsvirini vermədiyindən, onların haqqında geniş fikir söyləmək
mümkün deyil.
Şəkil 63. Qızılburundan aşkar olunmuş polixrom boyalı küpə
İ.İ.Мeşaninovun açdığı daş qutu qəbirlər üçün başlıca olaraq kollektiv
dəfnlər xarakterikdir. Skeletlər müxtəlif istiqamətlərə yönəlmiş vəziyyətdə,
bükülü halda dəfn edilmişdir. Qəbir avadanlığı tunc silah, bəzək əşyaları, gil
131
qablardan ibarət olmuşdur. Gil qablar, başlıca olaraq, çəhrayı, bəzən boz rəngdə
bişirilmişdir. Çəhrayı rəngli qabların bir qismi monoxrom və polixrom boyalarla
naxışlanmışdır.
Şəkil 64. Şahtaxtı və Qızılburundan aşkar olunmuş boyalı qablar.
1, 2, 3 - Şahtaxtı, 4, 5, 6 - Qızılburun
Arxeoloji ədəbiyyatda Qızılburun daş qutularının
tarixləndirilməsi ilə
bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda V.H.Əliyev Qızılburun nekropolunun
Orta Tunc dövrü materiallarını e.ə. XVII-XIV əsrlərə aid edir.