115
gəlməsi ilə bağlı proseslər e.ə. IV minilliyin əvvəllərindən başlamışdır.
Мingəçevir yaşayış yerinin İlk Tunc dövrü kompleksi, o cümlədən buradan aşkar
edilən qəbirlər də arxeoloji materialların arxaik xüsusiyyətlərinə əsasən, birinci
mərhələyə aid edilə bilər. Bizim fikrimizcə, Astara rayonunda tədqiq edilən
Telmankənd kurqanları da bu mərhələyə aiddir. Bu kurqanların
tarixləndirilməsində saplaqlı nizə ucluqları və tiyəşəkilli yastı baltaların mühüm
əhəmiyyəti vardır.
Zaqafqaziyada aşkar olunan tunc nizə ucluqları B.A.Kuftindən başlayaraq
e.ə. III minilliyə aid edilmişdir. Ur nekropolundan əldə edilən bu cür nizə
ucluqları e.ə. III minilliyin birinci yarısına aid edilir. Həmin tarix Suriyanın
Karxemiş və Amor abidələrindən aşkar olunan nümunələr üçün də qəbul
edilmişdir. Telmankənd kurqanında nizə ucluqları yastı baltalarla birlikdə
tapılmışdır. Bu tip baltalar Мesopotamiya və İranla e.ə. IV-III minilliklərdə geniş
yayılmışdır. Xarakterik haldır ki, e.ə. IV-III minilliklərdə yastı baltalar nizə
ucluqları ilə eyni kompleksdə aşkar olunmuşdur. Telmankənd kurqanından aşkar
olunan nizə ucluğu və yastı baltalardan birinin tərkibində yüksək nikel
qarışığının olması, onların Мesopotomiya ilə bağlılığına dəlalət etməkdədir.
Buna görə də bu abidələrin qədim tarixi heç bir şübhə doğurmur.
İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən
götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, I Kültəpənin
ikinci mərhələyə aid edilən tikinti qatları, kömür analizi ilə e.ə. 2920
+
90 –cı ildə
müəyyən edilmiş səviyyədən aşağıda yerləşir. Göytəpənin K
3
təbəqəsindən
götürülmüş kömürün analizi e.ə. 2574
+
146-cı ili göstərmişdir. Beləliklə, Kür-
Araz mədəniyyətinin ikinci mərhələsini, təqribən e.ə. 3000-2600-cü illərə aid
etmək olar. Fikrimizcə, ikinci mərhələnin tarixini bir qədər də qədimləşdirərək,
e.ə. 3200-cü ilə aid etmək mümkündür.
I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı təbəqəsindən iki
tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi,
bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin
materialları ilə bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz
bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və Şenqavitdə tapır. Bu
baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu
qəbirlərinin materialları ilə bənzərlik təşkil edir. Belə bənzəyiş Şenqavitdə də
izlənir. Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün
qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir.
Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur.
Kür-Araz mədəniyyətinin son mərhələsini əks etdirən Şenqavit yaşayış
yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020
+
80-ci ili
göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə də davam
etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup
abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu,
Kür-Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə
116
bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı
izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların
yayılması ilə xarakterikdir. Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni
şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir.
Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini
e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir
sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc
dövrü təbəqəsi ilə məhdudlaşır. Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin
tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu
göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk
mərhələsini e.ə. III minilliyin ortaları və ikinci yarısı ilə tarixləndirməyə meyl
edirlər.
Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün
ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən
meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə Kür-
Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax
zonasını da əhatə etmişdir.
Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu
mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar
bu mədəniyyət Мuğan düzünə qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci
mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə
yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq
rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz mədəniyyəti
Azərbaycandan Cənubi Qafqaz, Şimali Qafqaz və Şərqi Anadoluya yayılaraq,
geniş ərazini əhatə etmişdir.
İctimai quruluş, mədəni əlaqələr, inamlar. Azərbaycan ərazisində yerlə-
şən İlk Tunc dövrü abidələrinin tədqiqi Kür-Araz mədəniyyəti tayfalarının
ictimai münasibətlərini müəyyn dərəcədə öyrənməyə imkan verir. Bu dövrdə
əkinçilik, maldarlıq, dulusçuluq, metallurgiya və ev sənətkarlığının yüksək
səviyyədə inkişaf etməsi, ictimai münasibətlərdə müəyyən irəliləyiş olduğunu
göstərir. Əkinçilik və maldarlığın inkişafı əmək məhsuldarlığının artmasına,
istehsal prosesinin mürəkkəbləşməsi ilə müşayiət olunan əmək bölgüsünə səbəb
olmuş və onların müstəqil istehsal sahəsinə çevrilməsinə gətirib çıxarmışdır.
Kür-Araz mədəniyyətinin cəmiyyəti inkişaf etmiş patriarxal münasibətlərlə
xarakterizə edilir. Belə hesab edirik ki, cəmiyyətdə patriarxal başlanğıcın
meydana çıxması, şumlama əkinçiliyinin yaranması və yarımköçəri maldarlığın
inkişafı ilə bağlı olmuşdur. Bəzi tədqiqatçılar əkinçiliyi yalnız qadınlara məxsus
peşə hesab edir. Lakin qeyd etmək lazımdır ki, istehsal prosesinin
mürəkkəbləşməsi qadın əməyini ikinci yerə sıxışdırmışdır.
Kür-Araz yaşayış yerlərində tədqiq edilən binalar olduqca kiçik həcmlidir.
Bu baxımdan, Мingəçevirdə tədqiq olunan sahəsi 112 m
2
olan bina istisnalıq
təşkil edir. II Kültəpədə aşkar edilmiş evlərin ən kiçiyinin diametri 4,6 m, ən
Dostları ilə paylaş: |