111
fərqlənir. Cənubi Qafqazda bu oraqların dəyişilmiş formaları Amiranis-qora,
Xizanaant-qora və Qarnidən əldə edilmişdir.
I Kültəpədən əldə edilmiş, kəsikdə dördkünc və uzunsov, ortada bir qədər
əyintili olan əmək aləti çox güman ki, iskənədir. Bu tip əmək alətlərinə Cənubi
Qafqaz abidələrində indiyədək rast gəlinməmişdir.
Cənubi Qafqaz və Şərqi Anadoluda geniş yayılmış deşikli tunc baltalardan
Azərbaycanda da istifadə edilmişdir. I Kültəpədə bu baltalara aid gil qəliblərin
tapılması, onların bu ərazidə yayıldığını göstərir. Tədqiqatçıların fikrinə görə,
belə əşyaların istehsalı Мesopotamiya və İran nümunələrinə əsaslanmışdır.
Мaykop baltalarının mis-nikel qarışığından hazırlanması bu fikri müəyyən
dərəcədə təsdiq edirsə də, Cənubi Qafqaz nümunələrinin mis-mışak ərintisindən
istehsal edilməsi onların yerli mədəniyyətə aid olduğunu göstərir.
Tiyəşəkilli, aşağıya doğru genişlənən yastı baltaların iki nümunəsi
Telmankənd kurqanlarından aşkar olunmuşdur. Onlar formaca eyni tiplidir. Biri
mis-mışyak, digəri isə mis-mışyak-nikel ərintisindən hazırlanmışdır. Belə
baltalara Cənubi Qafqazda az rastlanmışdır. Bu tip baltalar Tbilisi yaxınlığında
Diqomidə, Saçxeri və Tetriçikaro kurqanlarında aşkar olunmuşdur.
Tunc nizə ucluqlarının qədim nümunələri I Kültəpə, Telmankənd kurqan-
ları və Xaçbulaqdan məlumdur. Bu nizə ucluqları formaca bir-birindən fərqlənir.
Kültəpə nizələrinin bənzərləri Saçxeri və Kvaçxelebidən aşkar olunmuşdur.
B.A.Kuftin bu nümunələri e.ə. 2400-cü ilə aid etmişdir. Qeyd etmək lazımdır ki,
I Kültəpə nümunəsi, kömür analizi ilə tarixi e.ə. 2920
+
90-cı ilə aid edilən
təbəqədən altda aşkar olunmuşdur. Kültəpə nümunəsinin qədimliyi onun arxaik
forması ilə də təsdiq olunur.
Telmankənd kurqanlarından aşkar olunan nizə ucluqlarının yarpaqşəkilli
tiyəsi və tiyəyə birləşən hissədə şarşəkilli çıxıntıya malik dördkünc formalı
saplağı vardır. Cənubi Qafqazda aşkar olunun bu tip nizə ucluqlarının hamısı
təsadüfi tapıntıdır. Bu baxımdan Telmankənd nümunələri olduqca
əhəmiyyətlidir. Мis-mışak ərintisindən hazırlanan bu nizə ucluqlarının birinin
tərkibində yüksək faizli nikel qarışığının qeydə alınması diqqəti cəlb edir.
Üçbucaq tipli olan nizə ucluğu Göytəpənin K
1
Təbəqəsindən aşkar
edilmişdir. Bəzi tədqiqatçılar onu xəncər adlandırmışlar. Bu nizə ucluğunun
dəyişilmiş formasına II Kültəpənin üçüncü mərhələyə aid üst təbəqəsində rast
gəlinmişdir.
Bıçaq tipli tunc alətlər I Kültəpə və II Kültəpədən aşkar olunmuşdur. II
Kültəpənin XII tikinti qatından aşkar olunan bıçağın enli tiyəsi ucda bir qədər
arxaya doğru əyilmişdir. Dördkünc formalı saplağı qırılmışdır. Bu bıçaq İlk Tunc
dövrünə aid ən qədim metal əşyalardan biridir. I Kültəpədən aşkar olunmuş
bıçaqlar bu növ alətlərin daha təkmil nümunələridir.
Xəncərlərin qədim nümunələri II Kültəpədən tapılmışdır. II Kültəpənin
birinci mərhələyə aid XI tikinti qatında rast gəlinən xəncərin yalnız bir parçası
qalmışdır. Onun tiyəsi yarpaqşəkilli, qısa və yastıdır. Xankəndi kurqanlarından
112
tapılan xəncərlər arxaik formaları ilə fərqlənir və bu tip əşyaların qədim
nümunələrindən hesab edilə bilər. Xəncərlərin daha təkmil nümunələri
Yanıqtəpədən əldə edilmişdir. Yanıqtəpə xəncəri üçbucaq formalı yastı tiyəsi və
qısa saplağı ilə fərqlənir. Bu tip xəncərlər Tunc dövrünün sonrakı mərhələlərində
geniş inkişaf etmişdir.
İlk Tunc dövrü abidələrindən aşkar edilmiş tunc əşyaların bir qrupu
dördkünc kəsiyi olan bizlərdir. Belə bizlər I Kültəpə, Мişarçay, Qaraköpəktəpə
və Astara kupqanlarından aşkar edilmişdir.
I və II Kültəpələrdən, həmçinin müxtəlif bəzək əşyalarının qalıqları da
aşkar olunmuşdur. Onlar sancaq, iynə və bilərziklərdən ibarətdir.
Aşkar edilmiş arxeoloji materialların təhlili Azərbaycanda İlk Tunc dövrü
metallurgiyasının Qədim Şərq ölkələri ilə əlaqəli şəkildə inkişaf etdiyini göstərir.
Əldə edilən materiallar bu dövrdə tayfalararası mübadilədə metal əşyaların,
xüsusilə yarımfabrikatların istifadə edildiyini təsdiq edir. Azərbaycan ərazisində
metallurgiya və metalişləmənin yerli zəmində formalaşıb inkişaf etməsinə
baxmayaraq, Şərq ölkələrinin nailiyyətlərindən də yararlanılmışdır. Azərbaycan
eyni zamanda Cənubi Qafqaz və Şərq ölkələrini xammal və hazır metal məmulatı
ilə təmin edən başlıca istehsal mərkəzlərindən biri olmuşdur.
Kür-Araz mədəniyyətinin mənşəyi və xronologiyası. Kür-Araz
mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit
mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış
binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən
mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı
binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit
dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə,
Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar
edilmişdir. İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə
olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımaçıq həyətləri olmuşdur.
Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit
abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə,
gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi
dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir.
Мigəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbay-
canın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış
binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən
məlumdur.
Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtə-
pə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə,
bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır.
Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji
materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II
Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari
Dostları ilə paylaş: |