113
və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz
prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir.
Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək
tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən
çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini
təkrar edir.
Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası
tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü
üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast
gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb
edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün
xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin,
silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu
çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz
edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası
arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür-
Araz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli
olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum
qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti
tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır.
Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif
fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə
e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III
minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi
bütövlüklə əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı tədqiqatlar
zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş,
I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin
stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid
etmişdir.
Kür-Araz mədəniyyətinin yayılma arealı
və xronologiyası
K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən
keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci
mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni
e.ə. 2300-2000 –ci illərə aid etmişlər.
Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə
e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz
mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci
mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300-
cü illərə aid etmişdir.
O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV
minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına
114
aid etmişdir. D.L.Koridze Kür-Araz mədəniyyətini e.ə. III minilliyin birinci
yarısına aid etmişdir.
Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. IV
minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər.
Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti
abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya
çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim
tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim
tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O,
Kültəpənin İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin
olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz
təbəqələri arasındakı steril layın olmasına əsaslanmışdır. Lakin yuxarıda qeyd
etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov
Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin sonuna aid etmiş və
daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü. Tədqiqatçıların bu
fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı
olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin
uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I
Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə
rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir.
Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə
əks olunmuşdur.
Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca
kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin
inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil
qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli
xarakteristikasında özünü aydın göstərir.
Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar,
xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu
mərhələnin qədimliyi həm də aşkar olunan metal əşyaların arxaik forması ilə
təsdiq edilir. Belə ki, I Kültəpədə aşkar olunan iskənə tipli alətin, həmçinin II
Kültəpənin alt laylarından əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi
Qafqaz abidələrindən bəlli deyil. I Kültəpənin XII tikinti qatından 8,5 m
dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920
+
90-cı ili göstərmişdir. Bu
səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının
olduğu müəyyən edilmişdir. Buna görə də, I Kültəpənin alt qatlarını e.ə. IV
minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür-
Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. Bu mərhələyə, həmçinin I Kültəpə,
Göytəpə, Babadərviş və Qaraköpəktəpənin alt qatları aiddir. II Kültəpədə aşkar
olunan arxeoloji materialların arxaik formasını nəzərə alaraq Kür-Araz
mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortaları və III minilliyin
əvvəlinə aid edirik. Belə hesab edirik ki, Kür-Araz mədəniyyətinin meydana
Dostları ilə paylaş: |