142
Ç.A.Barney tərəfindən qazılıb, öyrənilmişdir. Yaşayış yerində müəyyən
edilən səkkiz mədəni təbəqə içərisində daha çox İlk Tunc, Orta Tunc və Erkən
Dəmir dövrü daha yaxşı tədqiq edilmişdir. Yaşayış yerinin Orta Tunc dövrünə
aid edilən VI təbəqəsi –VI C, Erkən VI B və SonVI B olmaqla üç tikinti qatına
ayrılmışdır.
Yaşayış yerinin zirvəsində salınan qazıntı sahəsində öyrənilən VI C
təbəqəsi, İlk Tunc dövrü təbəqəsinin üzərində yerləşir. Qalınlığı 1 metr olan bu
layda düzgün təbəqələşməyə rast gəlinməmişdir. Lakin buna baxmayaraq, bu
tikinti qatında üç mərhələnin olduğu qəbul edilmişdir. Tədqiqat zamanı bir neçə
təsərrüfat quyusu və bəzi yerlərdə daş yığıntısı aşkar olunmuşdur. Düzgün tikinti
qalıqlarının qeydə alınmaması bu tikinti qatının uzunmüddətli olmadığını
göstərir.
Yaşayış yerinin şərqində aparılan qazıntı sahəsində izlənən
Erkən VI B
təbəqəsində səkkiz mərhələ olduğu müəyyən edilmişdir. Birinci və ikinci
mərhələyə aid üç bina qalığı qeydə alınmışdır. Yeddinci, səkkizinci mərhələdə bu
divarlar dağılmışdır. Bu tikinti qatının sonu yanğınla başa çatmışdır. Erkən və
Son VI B təbəqəsinin materialları М.Edvards tərəfindən tədqiq edilərək, nəşr
olunmuşdur.
Bizim
fikrimizcə, abidənin Erkən VI B təbəqəsinin keramikası arasında
İlk Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsi üçün xarakterik olan qab
formaları vardır. М.Edvards onları e.ə. 1900-1550-ci illərə aid etmişdir.
Son VI B mərhələsinə aid tikinti qatı, başlıca olaraq, yaşayış yerinin cənub
və şərq ətəklərində aparılan qazıntı sahələrində izlənmişdir. Bu tikinti qatında daş
təməl üzərində tikilmiş kərpic divarlar aşkar olunmuşdur. Haftavantəpənin VI
təbəqəsində tikinti qalıqları yaxşı qalmasa da, buradan Orta Tunc dövrünə aid
zəngin maddi-mədəniyyət qalıqları, o cümlədən dən daşları, müxtəlif alətlər, tunc
iynələr, muncuqlar, heyvan fiqurları, sümük və gil iy başlıqları aşkar edilmişdir.
Tapıntıların əksəriyyəti gil məmulatı ilə təmsil olunmuşdur.
Aşkar edilmiş
keramika, başlıca olaraq boyalı qablardan ibarətdir. VI C təbəqəsinin gil
məmulatı, əsasən, monoxrom boyalıdır. Erkən VI B təbəqəsində monoxrom
boyalı qablarla yanaşı, polixrom boyalı qablara da rast gəlinmişdir. Son VI B
təbəqəsində polixrom boyalı qablar üstünlük təşkil etsə də, əvvəlki dövrlərdən
məlum olan monoxrom boyalı qablar da aşkar olunmuşdur.
Haftavantəpənin C 14 metodu ilə tarixləndirilməsi aşağıdakı nəticələri
vermişdir: VI C təbəqəsi- e.ə. 2200-2000, Erkən VI B – e.ə. 1900-1550,
Son VI
B – e.ə. 1600-1450-ci illəri göstərmişdir.
Qordlartəpə
yaşayış yerində Orta Tunc dövrünə aid arxeoloji materiallar
abidənin şərq ətəyində aparılmış kəşfiyyat qazıntısı zamanı aşkar edilmişdir.
Qazıntı sahəsi kiçik olduğundan, burada aşkar olunan tikinti qalıqları və gil
məmulatı haqqında geniş məlumat verilməmişdir. Yaşayış yerinin üst hissəsində
aparılan qazıntılar zamanı isə Orta Tunc dövrünə aid materiallar Dəmir dövrü
təbəqəsinin materialları ilə qarışıq halda aşkar edilmişdir.
143
Yaşayış yerində aparılan kəşfiyyat qazıntısı zamanı əldə edilmiş maddi-
mədəniyyət qalıqları «üst», «orta», «alt» olmaq üzrə, üç təbəqəyə ayrılmışdır.
Orta Tunc dövrünə aid edilən orta təbəqə e.ə. 2300-1300-cü illərə aid edilmişdir.
Bu təbəqədən çəhrayı və qara
rəngdə bişirilmiş, cilalı gil qab parçaları aşkar
olunmuşdur. Çəhrayı rəngdə bişirilən qablar arasında monoxrom və polixrom
boyalı keramika üstünlük təşkil edir.
Göytəpə
yaşayış yerində Orta Tunc dövrü təbəqəsi İlk Tunc, Son Tunc və
Erkən Dəmir dövrü təbəqələrinin arasında yerləşir. Göytəpənin Orta Tunc
dövrünə aid təbəqəsi D və C olmaq üzrə iki dövrə bölünmüşdür. Lakin qəbul
edilmişdir ki, bu dövrlər eyni mədəniyyətin müəyyən mərhələlərini əks etdirir.
Göytəpənin D təbəqəsi I, III, IV və VIII qazıntı sahələrində aparılan
arxeoloji tədqiqatlarla öyrənilmişdir. Burada daş təməl
üzərində aşkar olunan
kərpic divar müdafiə divarı kimi xarakterizə edilmişdir. Bu divarın yaxınlığında,
yenə də daş təməl üzərində kərpicdən tikilmiş iki binanın və ocağın qalıqları
aşkar olunmuşdur. Orta Tunc dövrünə aid gil məmulatı başlıca olaraq dördüncü
qazıntı sahəsində aşkar olunmuş, D və C olaraq iki mərhələyə ayrılmışdır.
Burada qeydə alınan və müdafiə tikintisi kimi xarakterizə edilən divarın eni 1,85,
hündürlüyü 0,45 metrdir.
Göytəpənin Orta Tunc dövrünə aid gil məmulatı çəhrayı və qəhvəyi
rəngdə bişirilmiş, boyasız və boyalı gil qab parçaları ilə təmsil olunmuşdur. İlk
dövrlərə aid edilən boyalı qablar çəhrayı rəng üzərinə qara, qırmızı, ya da yalnız
ağ boya ilə çəkilmiş ornamentlə naxışlanmışdır. Daha sonrakı mərhələdə gələn
boyalı qablar, gövdənin yuxarısına ağ-sarı rəngdə çəkilmiş zolaq üzərində qara
və qırmızı rənglə naxışlanmışdır. Ən geniş yayılmış motivlər, içərisi tamamilə
doldurulmuş torlu ya da nöqtəli üçbucaq və romb düzümləridir.
Barton Braun Göytəpənin D təbəqəsini e.ə. 2400-2000-ci illərə, C
təbəqəsini isə e.ə. II minilliyin birinci yarısına aid etmişdir.
Dinkatəpə yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Qadar çayının sağ
sahilində yerləşir. Yaşayış yerində geniş arxeoloji qazıntı işləri 1966-1968-ci
illərdə R.H.Dyson tərəfindən aparılmışdır. Yaşayış yerində Orta Tunc,
Son Tunc
və Erkən Dəmir, həmçinin Orta əsrlərə aid mədəni təbəqə aşkar olunmuşdur.
Dinkatəpənin Orta Tunc dövrü təbəqəsi iki hissəyə ayrılmışdır. Abidənin IV A-C
adlandırılan təbəqələrində yalnız Xabur keramikasına rast gəlinmişdir. Bu
təbəqədən üstdə yerləşən IV D təbəqəsindən Naxçıvan və Urmiya hövzəsinin
Orta Tunc dövrü üçün xarakterik olan polixrom boyalı qablar əldə edilmişdir.
Yaşayış yerindən tapılmış boyalı qablar çölmək və kasa tiplidir. Onların
gövdəsinin yuxarı hissəsi ağ-sarı boya üzərinə qırmızı və qara rəngdə çəkilmiş
torlu romb və üçbucaqlarla naxışlanmışdır. Yaşayış yerinin IV D təbəqəsində heç
bir tikinti qalığına rastlanmamışdır. Bu təbəqə tədqiqatçılar tərəfindən e.ə. 1600-
1450-ci illərə aid edilmişdir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi,
I Kültəpə, II Kültəpə,
Haftavantəpə, Göytəpə kimi yaşayış yerlərində Orta Tunc dövrünə aid mədəni