132
Nəhəcir yaşayış yeri Naxçıvan şəhərindən 30
km şimal-şərqdə, Culfa
rayonunun eyni adlı kəndi ərazisində yerləşir. Yaşayış yeri Nəhəcir dağının ətəyi
boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta
Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı
qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində
Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti
qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır.
Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin
üzərindən toplanan materiallar həvənglər,
dəstələr, dən daşları, oraq dişləri,
monoxrom boyalı qablardan ibarətdir.
Nəhəcir
nekropolu yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol
şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir
kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü
əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də
qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır.
Nekropoldakı kromlexlərdən
birinin tədqiqi
göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir
nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli
qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı
həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur.
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndi yaxınlığında, Araz
çayının sol sahilində yerləşir. Abidə yer səviyyəsindən 1,5-2 metr hündürlükdə
yerləşən oval təpədən ibarət olub, sahəsi 1500 m
2
-dir. 1936-cı ildə
Ə.K.Ələkbərov Şortəpədə kəşfiyyat xarakterli qazıntı işləri aparmışdır. Qazıntı
işləri 3 metr dərinliyədək davam etdirilmişdir. Yaşayış yerində İlk, Orta və Son
Tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir. Abidənin
Orta Tunc dövrünə aid təbəqəsindən sadə və boyalı qablar aşkar olunmuşdur.
Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin
xarakteri haqqında elmi fikir söyləmək çətindir.
Şortəpə nekropolu yaşayış yerinin cənub-qərbində yerləşir. 1939-cu ildə
bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı
qablar aşkar edilmişdir. Başlıca
olaraq küpə, çölmək və kasa tipli qablardan
ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Мuzeyində
saxlanılır. Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ikinci qrupa daxil olan yaşayış yerlərində
mədəni təbəqə az yığılmış, bəzilərində isə yığılmamışdır. Yerüstü materiallar
arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı qablar, dən daşları, sürtgəc
və digər maddi mədəniyyət nümunələri qeydə alınmışdır. Bu qrupa daxil olan
yaşayış yerlərinin bəzisinin yaxınlığında Orta Tunc
dövrünə aid böyük nekropola
rast gəlinmişdir. Belə abidələrdən biri Kükü yaşayış yeridir.
Kükü
yaşayış yeri eyni adlı kəndin girəcəyində, Küküçayın sağ sahilində
yerləşir. Yaşayış yeri nalşəkilli formaya bənzəyən iki təpədən ibarətdir. Abidənin
133
üzərində daş yığınlarına, bəzi yerlərdə daşdan tikilmiş divar qalıqlarına
rastlanmışdır. Yerüstü materiallar arasında çəhrayı və boz rəngli keramikaya,
daşdan hazırlanmış müxtəlif əmək alətlərinə rast gəlinmişdir.
Kükü nekropolu yaşayış yerinin şimal-şərqində, Kükü kəndinin içərisində
yerləşir. Nekropoldakı qəbirlər kurqanlardan ibarətdir. Bu kurqanlardan ikisi yol
çəkilərkən dağıdılmışdır. Dağıdılmış kurqanlar V.B.Baxşəliyev
tərəfindən tədqiq
edilərək, nəşr olunmuşdur. Kurqanaltı qəbirlər küncləri dəyirmiləşdirilmiş
dördkünc formalı torpaq çaladan ibarət olmuşdur. Qəbir avadanlığını örtən
torpaq üzərində nazik kül qatına rastlanmışdır. Мərasimdən sonra qəbirin üzəri
nəhəng torpaq kurqanla örtülmüşdür. Qəbirlərdə insan skeleti qeydə
alınmamışdır. Birinci qəbirdən bir böyük monoxrom boyalı küpə və xeyli
miqdarda boz, qara rəngdə bişirilmiş, cilalanmış və cızma ornamentlə
naxışlanmış gil qablar aşkar edilmişdir. Kükü nekropolundakı 2-ci qəbirdə bütöv
öküz skeletinə təsadüf edilmişdir. İkinci qəbirdən yalnız
boz rəngli gil qablar
aşkar olunmuşdur. Onların bir qismi naxışlıdır. Kükü nekropolu e.ə. III minilliyin
sonu və II minilliyin əvvəllərinə aid edilir.
Sarıdərə yaşayış yeri Şahbuz rayonunun Qızıl Qışlaq kəndindən cənub-
qərbdə, Küküçayın sağ sahilində, hündür təbii təpənin üzərində yerləşir. Sahəsi
1500 m
2
-dir. Yaşayış yerində mədəni təbəqə qeydə alınmamışdır. Orta Tunc
dövrünə aid yerüstü materiallar dən daşları, həvənglər, dəstələr,
monoxrom
boyalı və sadə qab parçalarından ibarət olmuşdur.
Sarıdərə yaşayış yerinin yaxınlığında üç nekropol qeydə alınmışdır. Bu
nekropollardan biri Orta Tunc dövrünə aiddir. Nekropol yol çəkilərkən, demək
olar ki, tamamilə dağıdılmış, qəbirlərin formasını və dəfn adətini izləmək
mümkün olmamışdır. Qəbir avadanlığından yalnız üç ədəd çəhrayı rəngli kasa
tipli qab qalmışdır. Onlar naxışsız olub, üzəri yaxşı sığallanmışdır.
Kərki
yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar
dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parça-
larından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə
aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən
ibarətdir.
Kərki nekropolu
yaşayış yerinin yaxınlığında yerləşir. Qəbirlər daş qutu
tipli olub, yanlarda iri daşlarla tikilmiş, üstü böyük sal daşlarla qapadılmışdır.
Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Aşınma nəticəsində bəzi
qəbirlər üzə çıxmış və dağıntıya məruz qalmışdır. 1979-cu ildə nekropolun
ərazisində təsərrüfat işləri görülərkən, dağılmış qəbirlərdən tapılan materiallar
Naxçıvan Dövlət Tarix Мuzeyinə verilmişdir. Onlar monoxrom boyalı küpə və
kasa tipli qablardan ibarətdir.
Quyuludağ
yaşayış yeri Babək rayonunun Мəzrə kəndindən şimalda
yerləşir. Yaşayış yeri hündür dağın ətəyində salınmışdır. 1999-cu
ildə burada