156
müddət məskunlaşması, şübhəsiz ki, ərazinin əkinçi və maldar tayfaların
yaşaması üçün əlverişli olması, həmçinin Yaxın Şərqin
qədim mədəniyyət
mərkəzlərinə yaxın yerləşməsi ilə bağlı olmuşdur.
Azərbaycanın digər rayonlarında aşkar olunan arxeoloji abidələr Orta
Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Lakin
bunların heç birində Orta Tunc dövrünün mədəniyyəti ardıcıl olaraq
izlənməmişdir.
Azərbaycanda Orta Tunc dövrünə aid tədqiq edilmiş qəbir abidələri
onların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş nəticələr çıxarmaq
üçün kifayət deyildir. Orta Tunc dövründə daş qarışıq torpaq kurqanlara və
onların kromlexlə əhatə olunmasına Azərbaycanın hər yerində rast gəlinmişdir.
Lakin Orta Tunc dövründə daş qutu tipli qəbir abidələrinin hələlik, yalnız
Naxçıvanda geniş yayıldığı müəyyən edilmişdir.
İqtisadiyyat. Arxeoloji tədqiqatlar Orta
Tunc dövründə Azərbaycanda
iqtisadiyyatın xeyli inkişaf etdiyini göstərir. Bu dövrdə təsərrüfatın inkişaf
səviyyəsi şübhəsiz ki, İlk Tunc dövründə əldə edilən nailiyyətlərlə də bağlıdır.
Orta Tunc dövründə təsərrüfatın başlıca sahələri əkinçilik və maldarlıq olmuşdur.
Suvarma əkinçiliyinin və qoşqu qüvvəsinin tətbiqi, əkinçilik məhsullarının
istehsalını artırmağa imkan vermişdir. Orta Tunc dövründə qazılmış kanalların
qalıqları indiyədək qalmasa da, yaşayış yerlərinin topoqrafiyası süni kanallardan
istifadə edildiyini göstərməkdədir. Orta Tunc dövründə əkinciliyin inkişafını
göstərən dəlillərdən biri yaşayış yerlərindən aşkar olunan taxıl dənləridir. I
Kültəpədən Triticum Sativum L və Triticum comractum Hest buğda növləri,
Hordeum sativum L növlü arpa dənləri aşkar olunmuşdur.
II Kültəpədən yumşaq
buğda (F.Aestivum) və gənəgərcək (Ricinus Communis) toxumları aşkar
olunmuşdur (85,130). Üzərliktəpə yaşayış yerindən darı qalıqları, yanmış buğda
(Tritucum Sativum L, Triticum durum Dest) və arpa (Hordeum Lagun culiforme)
dənləri tapılmışdır.
Orta Tunc dövrünün yaşayış yerlərindən taxılın emalı ilə bağlı xeyli dən
daşları, sürtgəc, həvəng və dəstələr aşkar edilmişdir. Bu tip alətlər demək olar ki,
bütün yaşayış yerlərindən aşkar olunmuşdur. Bu dövrə aid əmək alətləri
içərisində daşdan hazırlanmış taxıl döymə alətləri diqqəti cəlb edir. Bu tip əmək
alətləri Qarabağdan, Qaraköpəkdən və II Kültəpədən aşkar olunmuşdur.
Taxıldöyən daşlar ağır
olduğundan, onlardan yalnız qoşqu qüvvəsi tətbiq etməklə
istifadə edilmişdir. Onların ön tərəfində qayış bağlamaq üçün nov, ya da deşik
açılmışdır. II Kültəpədən aşkar olunan daş alət arxaik formalıdır. Onun tapıldığı
arxeoloji materialların kompleksi e.ə. XVIII-XVII əsrlərə aid edilir. Bu dövrdə
ehtimal ki, ağac vəllərdən də istifadə edilmişdir. Son Tunc dövrünə aid olan belə
vəllər Xanlar şəhəri yaxınlığındakı kurqandan aşkar olunmuşdur.
Əkinçilikdə istifadə olunan əmək alətlərindən biri də oraqlardır.
Arxeoloji
tapıntılara əsasən demək olar ki, Azərbaycanda hələ İlk Tunc dövründən
başlayaraq, metal oraqlardan istifadə olunmuşdur. Lakin, Orta Tunc dövrünə aid
157
belə əmək alətləri Azərbaycanda indiyədək qeydə alınmamışdır. Bunun əksinə
olaraq, obsidian və çaxmaqdaşından hazırlanmış xeyli miqdarda oraq dişləri
aşkar olunmuşdur.
Belə oraq dişləri I Kültəpə, II Kültəpə, Üzərliktəpə,
Qaraköpəktəpə, Qobustan və digər yaşayış yerlərindən məlumdur.
İstehsal olunmuş taxıl məhsulları böyük təsərrüfat küpələrində və
təsərrüfat quyularında saxlanmışdır. II Kültəpə və Üzərliktəpə yaşayış yerlərində
aşağıya doğru genişlənən, silindrik formalı təsərrüfat quyuları aşkar olunmuşdur.
Üzərliktəpənin alt tikinti qatında müxtəlif formalı təsərrüfat quyuları qeydə
alınmışdır. Buradakı quyulardan bəzisinin diametri 1,4 metrə çatır. Onların
divarları yaxşı suvanmış, içərisində taxıl çürüntüsünün qalıqları qalmışdır. Bu
quyularda buğda, arpa və taxıl dənlərinin qalıqları aşkar olunmuşdur.
Orta Tunc dövrünün təsərrüfatında üzümçülük də müəyyən yer tutmuşdur.
Tədqiqatlar zamanı Azərbaycan ərazisində yabanı üzümlüklərin olduğu müəyyən
edilmişdir.
Bunlara Ağdam, Şəki, Talış, Zəngilan, Qarabağ və Naxçıvanda
rastlanmışdır. Arxeoloji materiallar üzümçülüyün Azərbaycanda e.ə. III
minillikdən gec olmayaraq meydana çıxdığını göstərir.
Azərbaycanda e.ə. II minilliyin birinci yarısında üzümçülüyün inkişafını
üzüm toxumları, üzüməzən daşların mövcudluğu göstərir. Üzərliktəpənin e.ə. II
minilliyin əvvəli ilə tarixləndirilən alt təbəqəsindən mədəni üzüm çəyirdəyi aşkar
olunmuşdur. Bu üzüm növü (Vitis vinera) Cənubi Qafqaz və İranda ən qədim
mədəni bitki qalıqlarından biridir.
Orta Tunc dövründə təsərrüfatın başlıca sahələrindən biri maldarlıq
olmuşdur. Abidələrin tədqiqi zamanı əldə edilən osteoloji materiallardan görünür
ki, bu dövrdə xırdabuynuzlu heyvanlar sayca artmış, yarımköçəri yaylaq
maldarlığı inkişaf etmişdir. Azərbaycanın yüksək dağlıq və dağ ətəklərində
yerləşən abidələr bununla bağlıdır. Naxçıvan ərazisindəki yaşayış yerlərinin
tədqiqi, onların bir qismində həyatın
mövsümi xarakterdə olduğunu, mədəni
təbəqənin az yığıldığını göstərir. Bu tip yaşayış yerləri yarımköçəri həyat tərzi
keçirən maldar tayfaların həyat tərzi ilə bağlı olmuşdur. Kəlbəcər, Gəmiqaya və
Xaçbulağın yüksək dağlıq zonasında Orta Tunc dövrü abidələrinə rast gəlinməsi,
bu dövrdə Azərbaycanda məskunlaşan tayfaların bir qisminin yarımköçəri həyat
tərzi keçirdiyini göstərir.
Azərbaycanın dağlıq və yüksək dağlıq zonasında əhalinin
tamamilə
məskunlaşması Orta və Son Tunc dövründə baş vermişdir. Bu dövrdə Araz çayı
ətrafında, Мil-Qarabağ düzündə, Мuğanda, Cənub-Şərqi Azərbaycanda güclü
maldar tayfalar təşəkkül tapmışdır. Azərbaycanın qayaüstü təsvirlərində
xırdabuynuzlu heyvan rəsmlərinin üstünlük təşkil etməsi, maldar tayfaların
cəmiyyətdə üstün mövqeyinə işarədir. Gəmiqaya rəsmlərində öküz qoşulmuş
araba təsvirlərinə rast gəlinməsi, bu dövrdə qoşqu qüvvəsinin inkişafı və bunun
maldar tayfaların həyatındakı əhəmiyyəti ilə bağlıdır.
Üzərliktəpə və Günəştəpədən öküz (Bos taurus), qoyun (ovis), keçi
(Capra), ev donuzu (Sus domestika), at (Equs Caballus) və köpək (Cavis Fanu