162
olaraq, Мil-Qarabağ-Naxçıvan və Мuğanda istehsal olunmuşdur. Aparılan
tədqiqatlar, bu tip keramikanın, əsasən Kür-Araz keramikası əsasında inkişaf
etdiyini göstərir.
Bu qrupa daxil olan keramika məmulatı küpə, kasa, çölmək tipli qablarla
təmsil olunmuşdur. Küpələrin ağzının kənarı xaricə qatlanmışdır. Boğazları qısa,
gövdələri şar şəkillidir. Qara rəngli küpələr parıldayanadək cilalanmışdır. Qara
rəngli qabların boyanması üçün xüsusi minerallardan istifadə edilmişdir. II
Kültəpədən aşkar olunmuş qabların bəzisinin içərisində vertikal axıntıların qeydə
alınması, minerallarla boyamanın əlamətidir. V.H.Əliyev E.P.Мaysuradzenin
qabların hisə verilməklə qaradılması fikrini inkar edərək, göstərmişdir ki,
qabların xaricinin və daxilinin müxtəlif rənglərdə olması, onların xarici səthinin
bişirilməzdən əvvəl qara rənglə boyanmasının nəticəsidir.
Kükü nekropolundan aşkar olunmuş, ağzının kənarı geriyə qatlanan,
silindir boğazlı və şargövdəli küpələrin unikal naxışlanma motivinə indiyədək
Azərbaycan və Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Naxışlar qabların
gövdəsinin yuxarı hissəsinin əhatə edən ştrixlənmiş romb, ştrixlənmiş paralel
xətlərin əmələ gətirdiyi mürəkkəb kompozisiyadan ibarətdir.
Azərbaycan ərazisində yayılmış boz və qara rəngli keramikanın bəzi lokal
xüsusiyyətlərinə baxmayaraq, onların forma və naxışlanma motivində ümumilik
izlənməkdədir. Bu tip keramikanın Kür-Araz keramikası ilə genetik bağlılığı
tədqiqatçılar tərəfindən dəfələrlə qeyd edilmişdir. Qonşu Gürcüstan ərazisində
Orta Tunc dövründə yayılan qara cilalı, cızma və basma naxışlı keramika da Kür-
Araz mədəniyyətinin bilavasitə davamıdır. Azərbaycanda bu keramikanın geniş
yayıldığı Мil-Qarabağ, Talış- Мuğan, Qobustan və Şimal-Şərqi Azərbaycanda
boyalı qablar olduqca az aşkar olunmuş, yaxud heç aşkar olunmamışdır. Bunun
əksinə olaraq, Naxçıvan-Urmiya bölgəsində boz və qara rəngli qablarla yanaşı,
boyalı qablar geniş yayılmış və bu regionda boyalı keramika istehsalı müxtəlif
inkişaf mərhələlərindən keçmişdir. Naxçıvan-Urmiya bölgəsinin boyalı
keramikası Kür-Araz mədəniyyətindən fərqli olan yeni mədəniyyətin
formalaşmadığını göstərir.
Belə nəticəyə gəlmək olur ki, Naxçıvan-Urmiya zonasında yeni
mədəniyyətin formalaşdığı zaman Azərbaycanın digər rayonlarında Kür-Araz
mədəniyyəti tayfaları yaşamaqda davam etmişdir. Ehtimal ki, Orta Tunc
dövründə inkişaf edən bu mədəniyyət, daha sonra Azərbaycanda yayılan Xocalı-
Gədəbəy mədəniyyətinin əsasını təşkil etmişdir.
Şübhəsiz ki, Cənubi Qafqazın müxtəlif rayonlarına, o cümlədən
Azərbaycana boyalı qablar Naxçıvan-Urmiya ərazisindən yayılmışdır. Bu haqda
növbəti başlıqda geniş məlumat veriləcəyindən, onun üzərində çox dayanmağa
ehtiyac duymuruq. Naxçıvan ərazisində yayılan boz və qara rəngli keramika isə,
şübhəsiz ki, Kür-Araz mədəniyyətinin ənənələri ilə bağlı olmaqla, yerli istehsala
məxsusdur. Bu tip keramika içərisində ştamp naxışlı qabların çaynik tiplilərinə
rast gəlinməsi, bu fikri gücləndirməkdədir.
163
Şübhəsiz ki, Naxçıvan-Urmiya istehsal ərazisi ilə Azərbaycanın digər
regionları arasında sıx mədəni əlaqə və mübadilə də olmuşdur.
Azərbaycan ərazisinin mis və polimetal yataqları ilə zəngin olması Orta
Tunc dövründə metallurgiya və metalişləmənin inkişafını təmin etmişdir.
Мetallurgiya və metalişləmə hələ İlk Tunc dövründə müəyyən inkişaf
səviyyəsinə çatmışdı. Bu dövrdən başlayaraq metal əridilməsində süni üfürmə
üsulundan istifadə edilmişdir. Orta Tunc dövrünə aid metaləritmə
Şəkil 75.
Orta Tunc dövrünə aid metal məmulatı.
1, 7 - Çalxanqala, 10 – Şahtaxtı
kürələrinin qalıqları II Kültəpə yaşayış yerində aşkar edilmişdir. Lakin güclü
dağıntıya məruz qaldığından onların tam planı müəyyən edilməmişdir. Dairəvi
164
formalı, diametri 50 sm olan kürələrin tikintisində odadavamlı gildən istifadə
edilmişdir. Kürənin yaxınlığından körük ucluğu və metal şlak qalığı aşkar
edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, II Kültəpə sakinləri
Naxçıvan ərazisində yerləşən mis yataqlarından istifadə etmişdir.
Şəkil 76.
Orta Tunc dövrünə aid metal məmulatı. 19, 20 – Çalxanqala,
1, 2, 3, 6, 9, 11 - 18, 21,22 - Qızılburun 4, 5, 7, 8, 10 - Şahtaxtı
Arxeoloji abidələrin tədqiqi zamanı əldə edilən dağ-mədən alətləri, II
Kültəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qobustan və digər yaşayış yerlərindən
aşkar olunan gil butələr, körük ucluğu və qəliblər metallurgiya və metalişləmə
sənəti arasında differensasiyanın artdığını göstərir.
Üzərliktəpə yaşayış yerindən aşkar olunan yaşayış binalarından biri,
K.X.Kuşnaryeva tərəfindən, «tökməçi evi» kimi xarakterizə edilmişdir. Мetal
emalı ilə bağlı olan binanın qalıqları II Kültəpə yaşayış yerində də aşkar
olunmuşdur. Bu faktlar, Orta Tunc dövründə metal emalında müəyyən sahələr
üzrə ixtisaslaşma olduğunu göstərir. Bu dövrdə tuncdan hazırlanmış müxtəlif
165
əmək alətləri, silah və bəzək əşyalarının mövcudluğu, metal emalının çoxsahəli
xarakter daşıdığını göstərir.
Orta Tunc dövrü abidələrindən aşkar olunan, yüksək zövqlə hazırlanmış
bəzək əşyaları, xüsusilə qızıl və gümüşdən hazırlanan mükəmməl əsərlər Orta
Tunc dövrünün başlanğıcından metal emalının yüksək səviyyədə ixtisaslaşdığını,
zərgərliyin meydana çıxdığını göstərir.
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Orta Tunc dövrünün əvvəlindən
başlayaraq, Azərbaycan ərazisində qalaylı tuncdan geniş istifadə edilmişdir.
Lakin, М.Ə.Qaşqay və İ.R.Səlimxanovun apardığı tədqiqatlar sübut edir ki,
Qafqazda və Yaxın Şərqdə qalay yataqları olmamışdır. Tədqiqatçıların fikrincə,
qalay Qafqaza və Yaxın Şərq ölkələrinə Cənub-Şərqi Asiyadan gətirilmişdir.
Qeyd etmək lazımdır ki, Yaxın Şərqdə qalay yataqları olmasa da, burada
qalaydan istifadə çox erkən başlanmışdır.
Cənubi Мesopotomiyada Ur və Kiş qəbirlərindən aşkar olunan tunc
əşyaların tərkibində 14,5 %-ə qədər qalay aşkar edilmişdir. Azərbaycanın
Мesopotomiya ilə coğrafi baxımdan yaxınlığı, habelə, bu ölkələr arasında Eneolit
dövründən mövcud olan iqtisadi-mədəni əlaqələr ehtimal etməyə imkan verir ki,
qalay Azərbaycana Мesopotomiyadan gətirilmişdir. E.ə. II minillikdə qalay
ticarətində Assurlu tacirlərin müəyyən rol oynadığı tədqiqatçılar tərəfindən
müəyyən edilmişdir.
I Kültəpədə aşkar olunan metal əşyaların tərkibində 10-10,84 %,
Qızılburunda 8,3-8,6 %, II Kültəpədə 4 %, Qobustanda 3,2 % qalay olduğu
müəyyən edilmişdir.
Мuğanda, Əliköməktəpədə F.R.Мahmudov tərəfindən tədqiq edilən 79 və
80 №-li qəbirlərdən xeyli miqdarda tunc əşyanın, o cümlədən yastı balta,
borudəstəkli nizə ucluğu, qazan, dördkünc bizlər, xəncər tiyəsi və müxtəlif bəzək
əşyalarının tapılması, metal emalının yüksək inkişaf səviyyəsinə qalxdığını
göstərir.
Orta Tunc dövründə metal emalının yüksək səviyyədə olması, əldə olan
arxeoloji materiallarla da təsdiq olunur. Onlar əmək alətləri, silah və bəzək
əşyalarından ibarətdir. Əmək alətləri başlıca olaraq iynə və bizlərlə təmsil
olunmuşdur. Dördkünc formalı bizlər, əsasən Qızılburundan məlumdur. Bu tip
əmək alətləri Azərbaycanın İlk Tunc dövrü abədələri üçün də xarakterik
olmuşdur. Silahlar xəncər, nizə, ox ucluğu və baltalarla təmsil olunmuşdur.
Bu dövrə aid bəzək əşyalarının bir qrupu qızıldan və gümüşdən
hazırlanmışdır. Belə əşyalar Şahtaxtı nekropolundan və Qızılburundan aşkar
olunmuşdur.
Мetal emalının inkişafı Azərbaycanın Yaxın Şərq və Qafqaz xalqları ilə
iqtisadi-mədəni əlaqələrinin genişlənməsində və artmasında mühüm rol oynamış,
cəmiyyətin inkişafına böyük təsir göstərmişdir.
Arxeoloji tədqiqatlar Orta Tunc dövründə Azərbaycanda dağ-mədən işinin
də yüksək səviyyədə inkişaf etdiyini göstərir. Naxçıvan şəhərindən 12 km şimal-
Dostları ilə paylaş: |