166
qərbdə, Duzdağda aşkar olunan qədim duz mədənləri bunu bir daha sübut edir.
Hələ keçən əsrin ikinci yarısında Duzdağdan tapılmış daş çəkiclərin duz
çıxarılması üçün istifadə olunduğu K.A.Nikitin tərəfindən söylənmişdir.
1897-ci ildə İ.S.Polyakovun Duzdağda apardığı arxeoloji
kəşfiyyat işləri
zamanı xeyli miqdarda daş çəkic aşkar olunmuşdur. Onun fikrinə görə, bu daş
çəkiclərdən duzun parçalanması üçün istifadə olunmuşdur.
1967-ci ildə Duzdağın cənub ətəyində aparılan inşaat işləri zamanı qədim
şaxtanın girişi aşkar olunmuşdur. Şaxtadan xeyli miqdarda daş çəkic, o cümlədən
30 kq ağırlığında daş kürz tapılmışdır. Çox güman ki,
bu alətlərdən duzun
parçalanması və çıxarılması üçün istifadə olunmuşdur.
1976-cı ildə müasir tunel tikilərkən Duzdağda qədim duz mədəni aşkar
olunmuşdur. Bu mədən olduqca mürəkkəb plana malikdir. Qədim tunelin
uzunluğu 70 m, eni 6-20 m, hündürlüyü 10-15 m-dir. Tunel müxtəlif ölçülü 10
salondan ibarətdir. Bu salonların ən böyüyündə duzdan kəsilmiş 5 sütun vardır.
Onlar mədənin divarları ilə tağ şəklində birləşir. Мədənin divarları ustalıqla
işlənərək, hamarlanmışdır. Salonların bəzisinin divarlarında his izləri, bəzisində
isə ocaq qalıqları qalmışdır. Duz laylarının arasında yerləşən meqrel təbəqələrə
çalınmış ağac pazların qalıqları, duzun hansı üsulla çıxarılması haqqında
məlumat almağa imkan verir. 10 №-li zalda divarın dibində uzunluğu 3-5
m olan
səki, şübhəsiz ki, mədənçilərin dincəlməsi və oturması üçün nəzərdə
tutulmuşdur. 5-ci zalda qrup halında rastlanan vertikal xətlər diqqəti cəlb edir.
İşarələrin yerləşmə ardıcıllığının müşahidəsi onluq say sisteminin mövcudluğunu
göstərir. Ən böyük qrupda hər birində 10 işarə olan 5 sıra vardır. Ehtimal ki, bu
işarələr çıxarılan duzun miqdarını, ya da şaxtada işlənən günlərin sayını göstərir.
Tunelin cənub tərəfində daş çəkiclər, maral buynuzu,
ağac və samandan
hörülmüş ip qalığı aşkar olunmuşdur. Buradan həmçinin iki qara cilalı gil qab da
əldə edilmişdir. Tuneldən tapılmış daş çəkiclər, maral buynuzundan hazırlanmış
alətlər, I Kültəpə və II Kültəpə yaşayış yerlərindən bəllidir. Bu alətlər həm qədim
duz mədəninin tarixləndirilməsi, həm də duzun çıxarılma üsullarını müəyyən
etmək baxımından əhəmiyyətlidir. Мüəyyən edilmişdir ki, buynuz alətlərlə duz
layları arasındakı meqrel
təbəqəsi təmizlənmiş, sonra yaranan boşluqlara ağac
pazlar çalınaraq duz parçaları qoparılmışdır.
Araşdırmalar göstərir ki, qədim dövrdə duzun çıxarılması üçün, başlıca
olaraq, şaxta və tunellərdən istifadə olunmuşdur. Əldə edilən arxeoloji
materiallara əsasən qədim Orta Tunc dövrünə aid mədənlər e.ə. III-II minilliklərə
aid edilmişdir. Qeyd etmək istəyirik ki, 2006-2007-ci illərdə V.B.Baxşəliyev,
Catherine Мarro və S.H.Aşurovun rəhbərliyi ilə aprılan araşdırmalar zamanı
Eneolit və Erkən Tunc dövrünə aid xeyli keramika və əmək alətləri tapılmışdır.
Мədəniyyət və incəsənət. Orta Tunc dövründə Azərbaycanda
yaşayan
qədim tayfaların mədəni inkişafında da xeyli irəliləyişlər olmuşdur. Bu
irəliləyişlər düzgün və mürəkkəb arxitekturası olan yaşayış binaları və müdafiə
sistemlərinin tikilməsində, yüksək zövqlə hazırlanmış gil məmulatı və metal
167
əşyalarda özünü daha aydın göstərməkdədir. Bu dövrün mənəvi xüsusiyyətinin
öyrənilməsində gil qablar üzərindəki təsvirlərin böyük əhəmiyyəti vardır. Qədim
tayfaların min illərdən bəri formalaşan ideologiyası ilə bağlı olan bu təsvirlər,
həm də yüksək sənət əsərləridir. Bu baxımdan, boyalı qabların üzərində rast
gəlinən rəsmlər diqqətəlayiqdir. İlk mərhələdə qabların üzəri qırmızı boya ilə
örtülərək, anqoblanmış, qara rənglə yüksək zövqlə naxışlanmışdır. Naxışlar,
başlıca olaraq, həndəsi motivdədir. Naxışlanma motivinə görə mürəkkəb
kompozisiyaya
malik olan Şortəpə, Şahtaxtı, Yaycı monoxrom boyalı qabları,
xüsusilə fərqlənir. Həndəsi ornamentlər arasında verilən quş və heyvan rəsmləri
olduqca realistik olmaqla, yüksək sənətkarlığın məhsuludur. Bu mərhələyə aid
boz-qara rəngli gil qablar da yüksək zövqlə naxışlanmışdır. Bunların arasında
Üzərliktəpə yaşayış yeri və Kükü kurqanlarından aşkar olunan nümunələr
naxışların orijinallığı ilə diqqəti cəlb edir.
Polixrom rənglərlə boyama Orta Tunc dövrü mədəniyyətinin xüsusi
mərhələsini təşkil edir. Bu dövrdə qabların gövdəsinin mərkəzi hissəsi ağ-sarı
rənglə boyanaraq, qara və qırmızı rənglə naxışlanmışdır.
Bu mərhələyə aid
qabların naxışlanmasında həndəsi ornamentlər və rəqs səhnələrindən istifadə
edilmişdir.
Orta Tunc dövrünün son mərhələsində qabların naxışlanmasında daha
mürəkkəb kompozisiyalardan istifadə olunmuşdur. Şahtaxtı və II Kültəpədən
aşkar edilmiş polixrom boyalı qablar ornamental motivin mürəkkəbliyi ilə
fərqlənirlər. Onların naxışlanmasında həndəsi fiqurlarla bərabər, realist heyvan
fiqurlarından da istifadə olunmuşdur. Naxışlar paralel xətlərlə məhdudlaşdırılan
üç
qurşaqda verilmiş, təkrarolunmaz gözəllik yaradılmışdır. İstər Şahtaxtı, istərsə
də II Kültəpənin polixrom boyalı qablarında rast gəlinən sxematik, ya da mifik
insan və heyvan təsvirləri qədim insanların dünyagörüşünü əks etdirir.
Orta Tunc dövrü təsviri sənətinin əsas növlərindən biri də qayaüstü
rəsmlərdir. Bu dövrdə qayaüstü təsvirlərin geniş ərazilərə yayılmasını
tədqiqatçılar yarımköçəri və köçəri maldarlığın inkişafı ilə bağlamışlar.
Azərbaycanda qayaüstü rəsmlərə yüksək dağlıq ərazilərdə (Gəmiqaya, Kəlbəcər,
Göyəm dağları) və ovalıqlara yaxın dağ ətəklərində (Qobustan, Abşeron)
rastlanmışdır.
Orta Tunc dövrünün təsviri incəsənəti
üçün siluet insan və heyvan
rəsmləri və müxtəlif simvolik işarələr xarakterikdir. Bu baxımdan, Gəmiqayada
aşkar olunan qayaüstü təsvirlər diqqəti cəlb edir. Gəmiqaya kiçik Qafqaz sıra
dağlarının ən yüksək zirvəsi olan Qapıcığın mifik adıdır. O Ordubad şəhərindən
60 km şimalda, Tivi və Nəsirvaz kəndləri arasında yerləşir.