175
qırmızı və qara rənglərlə çəkilmiş ornamentlə naxışlanmışdır. Göytəpənin C
təbəqəsindən tapılan bu tip keramika e.ə. 2000-1700-cü illərə aid edilmişdir.
Qızılburun və Şahtaxtıdan aşkar olunan polixrom boyalı qabların yaxın
bənzərləri Göytəpənin D və C
Şəkil 81. Zəngin naxışlı polixrom boyalı qablardan nümunələr.
1 - Şahtaxtı, 6 -I Kültəpə, 2, 3, 4, 5, 7, 8 - II Kültəpə
təbəqələrində aşkar olunmuşdur. Boyalı keramikanın bu növü e.ə. 1900-1700-cü
illərə aid edilir.
176
Üçüncü mərhələyə aid edilən polixrom boyalı qablar naxışlarının
zənginliyi ilə fərqlənirlər. Bu dövrdə həndəsi motivli naxışlarla bərabər, stilizə
heyvan rəsmlərindən də geniş istifadə olunmuşdur. Bu mərhələyə aid polixrom
boyalı qablar çayniktipli qablarla birlikdə əldə edilmişdir. Bu tip qabların geniş
yayıldığı dövrü B.Braun e.ə. 1500-cü ilə aid edir. Bu cür keramika II Kültəpənin
Orta Tunc dövrü təbəqəsinin üst qatlarında bu tip boyalı küpə çayniktipli qablarla
birlikdə tapılmışdır. Şahtaxtıdan tapılan bu tip küpə O.H.Həbibullayev və
V.H.Əliyev tərəfindən e.ə. XV-XIV əsrlərə aid edilmişdir. Qeyd etmək lazımdır
ki, Haftavantəpənin belə keramika verən Son VI B təbəqəsi e.ə. 1600-1450-ci
illərə aid edilir. Göstərilən faktlara dayanaraq boyalı qabların bu mərhələsini e.ə.
1600-1400-cü illərə aid etmək olar. Boyalı qabların dördüncü inkişaf mərhələsi
Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Bu mərhələnin boyalı
qabları haqqında sonrakı başlıqda məlumat veriləcəkdir.
Orta Tunc dövrü boyalı qablarının tədqiqi göstərir ki, bu mərhələlərin hər
biri, bir neçə aralıq mərhələdən keçmişdir. Мonoxrom boyalı qabların iki
mərhələdən keçdiyi V.H.Əliyev tərəfindən söylənmişdir. Polixrom boyalı
qabların müxtəlif ara mərhələlərindən keçdiyi, vaxtilə tərəfimizdən qeyd
edilmişdir .
Arxeoloji araşdırmalar Naxçıvan-Urmiya qrupuna daxil olan boyalı
qabların ayrı-ayrı mərhələlərindən keçərək e.ə. III-I minilliklərdə inkişaf etdiyini
və zənginləşdiyini göstərir. Orta Tunc dövrünün müəyyən mərhələsində və Son
Tunc dövründə Cənubi Qafqazda istifadədən çıxan boyalı qablar Naxçıvan-
Urmiya rayonunda uzun müddət davam etmişdir. Qızılburundan əldə edilən bəzi
nümunələr boyalı qabların Urartu öncəsinədək davam etdiyini göstərir. Bu
regionda boyalı qabların uzun zaman ərzində istifadə olunması, onların
Naxçıvan-Urmiya rayonunda meydana çıxdığını və qonşu ərazilərə yayıldığını
göstərir. Fikrimizə görə, bu mədəniyyət Naxçıvan-Urmiya hövzəsi və Şərqi
Anadoluda məskunlaşan, bir qismi oturaq, digər bir qismi isə köçəri həyat tərzi
keçirən tayfalar tərəfindən yaradılmışdır. Cənubi Qafqazın digər rayonlarında
ortaya çıxan boyalı qablar, yalnız bu mədəniyyətin əsas mərkəzlərindən yayılma
istiqamətlərini göstərir.
İctimai quruluş, mədəni əlaqələr, inamlar. Arxeoloji tədqiqatlar göstərir
ki, Orta Tunc dövründə əkinçilik və maldarlığın intensiv inkişafı nəticəsində
yaranan məhsul artıqlığı cəmiyyətdə bərabərsizliyi daha da dərinləşdirmişdir.
Başlıca istehsal sahələri olan əkinçilik və maldarlığın inkişafı sənətkarlığın da
müstəqil istehsal sahəsi kimi formalaşmasını şərtləndirmişdir. Orta Tunc
dövrünün əvvəlindən başlayaraq, ortaya çıxan yüksək zövqlü boyalı qablar, qara
cilalı basma naxışlı keramika, müxtəlif konfiqurasiyalı tunc əşyalar və zərgərlik
177
məmulatı sənətkarlığın nəinki müstəqil peşəyə çevrildiyini, həmçinin onun
müxtəlif istiqamətlər üzrə ixtisaslaşdığını göstərir.
Sənətkarlığın müstəqil peşəyə çevrilməsi nəticəsində artan əmtəə istehsalı
mübadilənin inkişafına, sərvətlərin müəyyən qrup insanların əlində toplanmasına
şərait yaratmışdır. İnsanlar arasında ictimai bərabərsizliyin gücləndiyini həm
aşkar olunan yaşayış binalarının qalıqları, həm də qəbir abidələri sübut edir. II
Kültəpə yaşayış yerində qəbilə başçılarının yaşadığı binaların qalın qala divarı ilə
əhatə olunması bununla bağlıdır. Bu yaşayış yerində, həmçinin zəngin ailələrə
aid olduğu düşünülən çoxotaqlı evlər də aşkar olunmuşdur.
Orta Tunc dövründə cəmiyyətdə bərabərsizliyin dərinləşdiyini sübut edən
faktlardan biri də qəbir abidələrinin konstruksiyasında və qəbir avadanlığında
müşahidə olunan fərqlərdir. Tayfa başçıları dəbdəbəli şəkildə, zəngin qəbir
avadanlığı ilə dəfn edilmişdir. Kükü kurqanları, Şahtaxtıda at dəfn olunan qəbir,
Çalxanqala və Qobustandakı bəzi kurqanlar qəbir avadanlığının zənginliyi ilə
fərqlənir.
İqtisadiyyatın intensiv inkişafı, xüsusilə, sənətkarlıq məmulatının artması
və ticarət əlaqələrinin genişlənməsi qədim şəhərlərin formalaşmasına şərait
yaratmışdır. Bu tip yaşayış yerlərindən biri olan II Kültəpədə aparılan qazıntılar
qədim şəhərlər üçün xarakterik olan strukturların aşkar olunması ilə
nəticələnmişdir. II Kültəpədə aparılan qazıntılar sənətkarların və müxtəlif
peşələrlə məşğul olan istehsalçıların qala divarlarından kənarda məskunlaşdığını,
eyni zamanda yaşayış binalarının daş döşənmiş küçələrlə bir-birindən ayrıldığını
göstərmişdir. Qəbilə başçıları çox güman ki, yuxarıda qeyd edildiyi kimi, şəhərin
mərkəzində yaşamışdır.
Orta Tunc dövründə iqtisadiyyatın inkişafı qəbilələr arasında münasi-
bətləri genişləndirdiyi kimi, tayfalar arasında ziddiyətləri də dərinləşdirmişdir.
Tayfalararası ziddiyyətlərin artması, xarici işğal təhlükəsi, iri tayfa birliklərinin
formalaşması prosesini sürətləndirmişdir. Bununla bağlı olaraq, sənətkarlıq və
ticarət mərkəzləri olan şəhərlər həm də böyük inzibati idarəetmə mərkəzinə
çevrilmişdir. Bu dövrdə Göytəpə, Şahtaxtı, Üzərliktəpə və Qaraköpəktəpə
yaşayış yerlərinin ətrafı müdafiə divarı ilə əhatə edilmişdir. II Kültəpədə e.ə.
XVII-XVI əsrlərə aid qala divarının dağılması və yanğın izləri, tayfalararası
dağıdıcı müharibələrin olduğunu göstərir. Tayfalararası ziddiyyətlərin artması,
insanların təbii cəhətdən müdafiə olunan mövqelərdə məskən salmasına səbəb
olmuşdur. Naxçıvanda Qazançıqala, Qalacıq, Vayxırqalası belə yerləşmələr
nəticəsində yaranmışdır. Lakin qeyd etməliyik ki, bu qalaların divarları daha
sonrakı dövrlərdə inşa edilmişdir. Fikrimizcə, haqqında danışılan dövr, Orta
Tuncun sonu və Son Tuncun əvvəllərinə aiddir. Bu barədə gələcək fəsildə geniş
məlumat veriləcəkdir.
Orta Tunc dövründə baş verən iqtisadi-sosial dəyişikliklər, sinfi
ziddiyyətlərin artması şəhər-dövlətlərin formalaşmasına səbəb olmuşdur.
Azərbaycanda şəhər-dövlətlərin mövcudluğu, yalnız II Kültəpədə aparılan
Dostları ilə paylaş: |