186
qalasında olduğu kimi, burada da arxeoloji materiallara rast gəlinməmişdir.
Ehtimal ki, qaladan daimi yaşayış yeri kimi deyil, təhlükə yarandıqda müdafiə
məqsədilə istifadə edilmişdir.
Çalxanqala üzəri yastı olan sıldırım qayalığın cənub tərəfində tikilmiş,
yalnız bir divardan ibarətdir. Yaşayış yerinin bu hissəsi təbii cəhətdən müdafiə
olunmadığından, müdafiə divarına ehtiyac duyulmuşdur. Şərq-qərb istiqamətində
olan bu divarın uzunluğu, təqribən 350- 360 metrdir. Divarın qərb ucu yüksək bir
qayalıqla, şərq ucu isə sıldırım qayalıqla birləşir. Qala divarı düz biçimdə deyil,
yerin relyefinə uyğun olaraq inşa edilmiş, içəridən və çöldən çıxıntılarla
möhkəmləndirilmişdir. Divarın qalınlığı 2,3-2,7, hündürlüyü isə 2,5-2,7 metr
arasındadır. İlk dövrlərdə divarın daha hündür olduğu güman edilir. Çalxanqala
müdafiə divarının ən mühüm xüsusiyyəti, divarların müəyyən məsafədə xaricə və
içəriyə doğru çıxıntılı biçimdə inşa edilməsidir.
Qalanın biri cənub-qərbdə, digəri isə cənub-şərqdə olan iki qapısı vardır.
Cənub-qərbdəki qapının eni 2,4-2,5, hündürlüyü isə 3,1 metrdir. Qapının üzəri
bütöv bir sal daşla qapalı olmuşdur. Qapı girişi hər iki tərəfdən kontrforslarla
möhkəmləndirilmişdir. Qala divarının iç tərəfində divara birləşən üçotaqlı bir
binanın qalıqları var. Düzbucaqlı formada olan binaların divarının qalınlığı 1- 1,2
m arasındadır.
Qala divarlarının cənub tərəfində, təpənin ətəyində də dördkünc planlı
evlərin qalıqları vardır. Daş təməl üzərində tikilən bu binaların içərisi torpaqla
dolmuşdur. Ola bilsin ki, onların üst hissəsi çiy kərpicdən inşa edilmişdir.
Arxeoloji materiallara rast gəlinmədiyindən və arxeoloji qazıntı işləri
aparılmadığından, Çalxanqalanın dövrünün müəyyənləşdirilməsi, olduqca
çətinləşir. Qala divarlarını hələlik e.ə. II minilliyin ortalarına və ikinci yarısına
aid etmək olar. Bununla bağlı aşağıda geniş məlumat verəcəyik.
Naxçıvan ərazisində yerləşən üçüncü tip yaşayış yerləri mövsümi
xarakterlidir. Bu tip yaşayış yerləri sırasına I Kükü, II Kükü, Külüs, Qarnıyarıq,
Şamlar yaşayış yerlərini aid etmək olar. Başlıca olaraq, Şahbuz rayonu ərazisində
qeydə alınan bu yaşayış yerlərində həyat mövsümi xarakterli olduğundan,
mədəni təbəqə az yığılmışdır. Yer səthində toplanan daş yığınları, hər halda,
təməli daşdan olan tikintilərin olduğuna işarə edir. Lakin yaşayış yerlərinin
bəzilərində tikinti qalıqlarına rast gəlinmədiyindən, onların planını müəyyən
etmək mümkün deyildir. Dördkünc planlı tikinti qalıqlarına II Kükü yaşayış
yerində rast gəlinmişdir. İri həcmli daşlardan inşa edilən bu evlərin sahəsi bəzən
35 m
2
- ə çatır. Böyüklüyünə görə bu evləri Çalxanqalanın ətəyində rast gəlinən
binalarla müqayisə etmək olar.
187
Şəkil 84. Erkən Dəmir dövrünə aid boyalı qablar.
1, 2, 3, 5, 6 - Culfa, 4, 7, 8 - Qızılburun
Bu yaşayış yerlərində aparılan yoxlama xarakterli araşdırmalar mədəni
təbəqənin yığılmadığını göstərmişdir. Yerüstü materiallar yalnız gil qab
parçalarından və daşdan hazırlanmış əmək alətlərindən ibarətdir.
188
Qarnıyarıq yaşayış yeri Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında,
Naxçıvançayın sol sahilində, dağ silsiləsinin çaya doğru uzanan hündür çıxıntısı
üzərində yerləşir. Мədəni təbəqə uzun müddət təbii aşınmaya məruz qaldığından
tamamilə dağılmışdır. Yerüstü materiallar çəhrayı və boz rəngli gil qab
parçalarından, daşdan hazırlanmış əmək alətlərindən ibarətdir.
Şəkil 85. Kolanı nekropolunun Xocalı-Gədəbəy tipli silahları
Yaşayış yerinin cənub tərəfində Kolanı nekropolu yerləşir. Nekropol iki
terrasdan ibarət uzunsov, ensiz təpənin üzərində salınmışdır. Qəbirlər daş qutu
tipli olub əsasən dördkünc, bəziləri isə oval formalıdır. Qəbirlər yanlarda iri sal
189
daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları çay daşları və qaya parçaları ilə
hörülmüşdür. Onların üzəri bir neçə iri sal daşla qapadılmışdır. Kolanı
nekropolunun qəbirləri üçün, başlıca olaraq, kollektiv dəfnlər xarakterikdir.
Lakin, bəzi qəbirlərdə insan skeletinə rast gəlinməmişdir. Kolanı nekropolundan
aşkar olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik
olan xüsusiyyətlərə malikdir.
Şəkil 86. Qazxan nekropolunun Xocalı-Gədəbəy
tipli keramikası (Şərur rayonu)
II Sarıdərə nekropolu kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. III
Sarıdərə nekropolu ikincidən şərq tərəfdə, Quruçay vadisinin sağ kənarında
yerləşir. Bu nekropoldakı qəbirlərin yeddisi V.B.Baxşəliyev tərəfindən tədqiq
edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub, yanlarda iri sal daşlarla qurulmuş,
üzəri daş plitələrlə örtülmüşdür. Bəzi qəbirlərin divarları çay daşları ilə
hörülmüşdür. Nekropoldakı bütün qəbirlər üçün kollektiv dəfnlər xarakterik
olmuşdur. Qəbirlərin birində it skeleti, ikisində isə dələ kəlləsi aşkar olunmuşdur.
Şübhəsiz ki, bu, həmin heyvanlara olan inamla bağlı olmuşdur. Tədqiq edilmiş
qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan gil qablar və xeyli
190
tunc əşya aşkar olunmuşdur. Tapılmış materiallar e.ə. XII- X əsrlərə aid
edilmişdir.
Haqqıxlıq nekropolu Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs
çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979- cu ildə
V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri
aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif
tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla
qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal
daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii
aşınma nəticəsində üzə çıxmış və dağılmışdır.
1990- cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən
tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş
qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı
Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir.
Arxeoloji materiallara əsasən, nekropolu e.ə. II minilliyin sonu - I minilliyin
əvvəllərinə aid etmək olar.
Bayəhməd nekropolu Culfa rayonunun Bayəhməd kəndindən cənub-
qərbdə yerləşir. Nekropol hündür təpənin dağ çayına enən yamacındadır. Tikinti
işləri görülən zaman təsadüfən aşkar olunan nekropolda 1989-1991- ci illərdə
V.B.Baxşəliyev tərəfindən tədqiqat işləri aparılmış və dörd qəbir abidəsi
öyrənilmişdir. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş,
üzəri böyük yastı daşlarla örtülmüşdür. Qəbirlər üçün kollektiv dəfn adəti
xarakterik olmuşdur. Aşkar edilmiş gil məmulatı, tunc silah və bəzək əşyaları
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Arxeoloji materiallara əsasən,
nekropolu e.ə. I minilliyin əvvəllərinə aid etmək olar.
Bayəhməd kəndi yaxınlığında ikinci nekropolun yeri təyin edilsə də, orada
tədqiqat aparılmamışdır. Bu nekropoldan yerli əhali tərəfindən toplanan tunc
əşyalar e.ə. I minilliyin əvvəlləri üçün xarakterikdir.
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır.
Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində
saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII- IX
əsrlərə aid edilir.
Xalı-Keşan nekropolu Ordubad rayonunda Sabikənd yaxınlığında,
Xaraba-Gilanın qərb tərəfində yerləşir.Nekropol üçün qurbangahları olan daş
qutu tipli qəbirlər xarakterikdir. Nekropolun tədqiqi zamanı çəhrayı və boz rəngli
keramika məmulatı, tunc silah və bəzək əşyaları aşkar olunmuşdur. Bəzi
qəbirlərin kompleksində rastlanan boyalı qablar Boyalı qablar mədəniyyətinin
son dövrü üçün xarakterikdir.
Xaraba-Gilan ərazisində yerləşən Мərdangöl nekropolundakı qəbir
abidələrinin quruluşu Xalı-Keşanla bənzərdir. Qəbir abidələrinin tədqiqi zamanı
aşkar edilmiş keramika boz və çəhrayı rəngli qablarla təmsil edilir. Boya ilə
naxışlanmış qablar azdır. Tədqiqatlar zamanı, həmçinin, dəmir əşyaların
Dostları ilə paylaş: |