198
iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Dəfn ritualı
hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir.
Qəbir avadanlığı olduqca zəngindir. Onlar orjinal formalı və naxışlı gil
qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu,
nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilmişdir. Üzərində insan
təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl
toqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar
arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış
bəzəklər, orijinal formalı mərmər toppuz da vardır. Arxeoloji materialların
təhlilinə əsasən Borsunlu kurqanı e.ə. XII- XI əsrlərə aid edilmişdir.
Bu rayonda Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş
abidələrindən biri Xocalı kəndi yaxınlığındakı Tunc dövrü qəbiristanlığıdır.
Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu
kurqanlarda tək və kollektiv dəfnlər olmuşdur. Bəzi kurqanlarda yandırma adəti
də qeydə alınmışdır. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik
olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalıda tədqiq edilən 11
№- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir. Bu kurqandan Assur
padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu
muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, son zamanlar tədqiqatçılar bu
muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII
əsrin əvvəlinə aid etməyə meyillidirlər.
Xocalı qəbiristanlığından başqa, Dağlıq Qarabağ ərazisində Arçadzor-
Dovşanlı, Ballıca, Sırxavənd, Axmaxi kəndləri yaxınlığında Emil Resler
tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Dovşanlıda 1 və 2 №-li kurqanlarda
kollektiv dəfnlər olmuşdur. Skeletlərin ətrafından tunc xəncər, ox ucluqları, balta,
hərbi yaba, bıçaq, qızıl muncuqlar, xeyli miqdarda boz rəngli gil qab aşkar
edilmişdir. Dağlıq Qarabağdakı abidələrin bir qrupu Y.İ.Hümmel,
A.A.İvanovski, İ.М.Cəfərzadə, T.Passek və B.Latınin tərəfindən tədqiq
edilmişdir. Bu qrupa daxil olan Bəyimsarov, Borsunlu, Sarıçoban kurqanlarının
tədqiqində H.F. Cəfərov, F.R.Мahmudov, T.İ.Axundov iştirak etmişdir.
Xocalı nekropolunun böyük daş kurqanları (№ 7,11,14,19- 21). Arçadzor-
Dovşanlıda 1 və 2 №- li, Axmaxidə 1- 5 №- li, Ballıqayada 1 №- li, Qarabulaqda
91 №- li kurqan dəfn adətinin zənginliyi ilə fərqlənir. Onlar üçün böyük kurqan
təpəsi, qəbir kamerasının mürəkkəb quruluşu, ağac konstruksiyalardan istifadə
olunması, qəbir kamerasının və skeletlərin qırmızı oxra ilə boyanması, at
sümüklərinə rast gəlinməsi, kollektiv dəfn, xeyli miqdarda silah və at əsləhəsinin
olması xarakterikdir. Bəzi kurqanlarda uzadılmış skeletlərin ətrafında, oturmuş
vəziyyətdə olan insan skeletlərinə də təsadüf olunmuşdur. Bu əlamətlərinə görə,
Qarabağ qrupunun abidələri ilə Gəncəçay rayonunun abidələri arasında yaxınlıq
görünür. Dəfn adətini aydınlatmaq məqsədilə onların bəzisi haqqında ətraflı
məlumat vermək fikrindəyik.
199
Şəkil 91. Dağlıq Qarabağ abidələrinin maddi-mədəniyyət nümunələri
Arçadzor-Dovşanlıdakı 1 №- li kurqanın altında daş tipli qutu qəbirdə 4
insan skeleti aşkar olunmuşdur. Qəbrin üzəri 5 daş plitə ilə örtülmüşdür.
Skeletlərin biri qəbrin cənub-şərqində, əlləri yanına uzadılmış şəkildə dəfn
olunmuşdur. Onun ayağının yaxınlığında kauri ilə doldurulmuş küpə aşkar
olunmuşdur. Skeletin başında tunc çələng olmuşdur. Skeletin ikisi isə qərb
divarın künclərində qeydə alınmışdır. Onların birinin qadına aid olduğu zənn
edilir. Onun başında tunc təbəqədən hazırlanmış baş bəzəyi olmuşdur. Digər 2
skeletin başında dəbilqə olduğu güman edilir.
Burada tədqiq edilən 2 №- li kurqanın altında üç qəbir aşkar olunmuşdur.
Onların biri qazıntı sahəsindən kənarda qaldığından, öyrənilməmişdir. I «a»
200
qəbrində insan skeleti, onun başında diadema, ətrafında at kəlləsi, qaban dişləri,
tunc halqa və serdolik muncuqlar aşkar edilmişdir. Skeletin sağ çiyni
yaxınlığında qofre edilmiş kiçik küpə aşkar olunmuşdur. Мaraqlıdır ki, bu
qəbirdəki skeletin ağzına qızıl tozu doldurulmuşdur.
Kurqandakı II «v» qəbrində başsız bir insan skeleti, tunc və daşdan
əşyalar, gil qab parçaları, at əsləhəsi tapılmışdır. Qəbirdə, həmçinin at, it və quş
sümüklərinə rast gəlinmişdir.
Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli
olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur.
Axmaxidəki 1 №- li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri
uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın
qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış,
səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş
skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir.
A.A.İvanovskinin Köndələnçayın sağ sahilində tədqiq etdiyi 5 №- li
kurqandan 3 insan və 2 dəvə skeleti aşkar olunmuşdur. Skeletlərin ətrafından
tunc silah, qızıldan əşyalar, gil qablar tapılmışdır. Həmin arxeoloji materiallar
Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin bir qrupu Gədəbəy
bölgəsinində yerləşir. Bu qrupa Daşkəsən, Xaçbulaq, Gədəbəy, Qazax və Şamxor
rayonlarının arxeoloji abidələri daxildir. Bu qrupa aid yaşayış yerləri qəbir
abidələri ilə müqayisədə azlıq təşkil edir.
Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış
yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır.
Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında
məlumat verir. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc
formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə
möhkəmləndirilmişdir. Divarların içərisi və evlərin döşəməsi gillə suvanmışdır.
Arxeoloji tədqiqatlar zamanı yaşayaş yerindən Xocalı- Gədəbəy mədəniyyəti
üçün xarakterik olan tunc bəzək əşyaları, boz və qara rəngli iri təsərrüfat küpləri,
üzəri cızma naxışlı məişət qabları, yanmış taxıl və üzüm dənləri, xırdabuynuzlu
və iribuynuzlu heyvan sümükləri əldə edilmişdir. Yaşayış yerindən aşkar olunan
heyvan başlıqlı tunc qolbaqlar, dairəvi və düzbucaq formalı gil möhürlər diqqəti
cəlb edir. Bu möhürlərin aşkar olunması, Son Tunc dövründə xüsusi mülkiyyətin
mövcudluğunu təsdiq edən faktlardan biridir. Yaşayış yeri aşkar olunan arxeoloji
materiallar əsasında e.ə. II minilliyin sonu, I minilliyin əvvəlinə aid edilir.
Babadərviş yaşayış yeri Qazax şəhərindən 2 km qərbdə, Ağstafaçayın sol
sahilində yerləşir. Abidənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy
Dostları ilə paylaş: |