205
Şəkil 94. Quşçu daş qutularının keramikası
1984-cü ildə aparılan arxeoloji qazıntılar zamanı Xaçbulaqda
daha iki
kurqan öyrənilmişdir. Kurqanaltı qəbirlər daş qutulardan ibarət olmuşdur. 2№-li
kurqanda isə 4 daş qutu aşkar olunmuşdur. Daş qutular üçün bükülü vəziyyətdə
olan tək qəbirlər xarakterikdir. Bu baxımdan 3 №-li kurqanın üçüncü qəbiri
istisnalıq təşkil edir. Bu qəbirdə iki böyük və bir uşaq skeletinə rast gəlinmişdir.
Qəbir avadanlığı Son Tunc dövrü üçün xarakterik olan keramika, iy başlıqları,
ucu əyri bıçaqlar, iynələr, xəncər, kəmər, sinə bəzəkləri, bilərzik və s. əşyalardan
ibarət olmuşdur.
206
Kurqan tipli abidələrə Şamxorçay hövzəsində də rast gəlinmişdir. Bu
abidələrin kurqanaltı kameraları daş qutu və torpaq qəbirlərdən ibarətdir.
Qəbirlər sağ, ya da sol böyrü üstə, bükülü vəziyyətdə dəfn edilmiş skeletlərlə
xarakterizə olunur. Burada tədqiq edilən 9 №-li kurqanın altındakı torpaq
qəbirdə, bükülü vəziyyətdə tək insan skeleti,
gil qablar, tunc əşyalar və qaban
dişləri aşkar olunmuşdur.
Qəbir abidələrinin bir qrupu daş qutularla təmsil olunmuşdur. Bu
qəbirlərin yayılma arealı Gəncəçay rayonunun dağlıq hissəsini də əhatə edir. Bu
tipli qəbirlərə Çovdar, Bayan, Quşçu, Мirzik, Aşağı Daşkəsən, Gədəbəy
qəbirstanlıqlarında rast gəlinmişdir.
Bayan və Quşçu kəndləri yaxınlığındakı daş qutular iri pilitələrdən
qurulmuşdur. Qəbirlər 1,50-2 m dərinlikdə aşkar olunmuşdur. Onların bəzisi iki
sıra sal daşla qurulmuşdur. Qəbirlərdə ağac kömürünə, donuz dişlərinə, alt
çənənin ayrı qoyulmasına rast gəlinmişdir. Quşçu daş qutuları üçün
boz və qara
rəngli gil qablar xarakterikdir. Qabların bir qismi basma naxışlıdır.
Xaçbulaqda daş qutu tipli qəbirlər Çovdar, Aşağı və Yuxarı Daşkəsən,
Quşçu, Zağalı, Hamamdüzü və Tatoğlu yurdu adlanan yerlərdə tədqiq edilmişdir.
Onlar yanlarda sal daşlarla qurulmuş, üzəri isə yastı sal daşla örtülmüşdür.
Xaçbulaq daş qutu qəbirləri üçün, başlıca olaraq, tək dəfnlər xarakterikdir.
Gədəbəydə açılan daş qutu qəbirlər iri sal daşlarla qurulmuşdur. Bəzi
qəbirlərin divarları sal daşlardan qurulmaqla bərabər, çay daşları ilə də
hörülmüşdür. Qəbirlər üçün adətən oturmuş, ya da uzadılmış vəziyyətdə olan tək
skeletlər xarakterikdir. Lakin V.Belkin Gədəbəydə tədqiq etdiyi qəbirlərin
birində kollektiv dəfn adəti qeydə alınmışdır. Bu qəbirdə 15 skelet aşkar
olunmuşdur.
Gəncəçay rayonunun abidələrində rast gəlinən parçalanmış skeletlər,
kəllənin və alt çənənin ayrı qoyulması adəti
Gədəbəy-Daşkəsən bölgəsinin
abidələrində də aşkar olunmuşdur.
E.Resler tərəfindən Aşağı Daşkəsəndə tədqiq edilən daş qutu tipli
qəbirlərin birində kollektiv şəkildə dəfn olunmuş dörd insan skeleti qeydə
alınmışdır. Qəbirin mərkəzində arxası üstə, bükülü vəziyyətdə, əlləri döşündə
çarpazlaşdırılmış bir skelet olmuşdur. Bükülü vəziyyətdə sağ və sol böyrü üstə
yerləşdirilən digər skeletlər kəlləsizdir. Qəbirin cənub tərəfində üst çənə
sümüyünün parçaları tapılmışdır.
A.A.İvanovskinin Gədəbəy rayonunda qazdığı daş qutularda da skeletin
parçalanmış halda dəfn olunmasına rast gəlinmişdir. Divarları kobud daşla
qurulmuş daş qutu qəbirdə çürümüş insan skeleti və gil qabın
içərisinə qoyulmuş
alt çənə qeydə alınmışdır.
Gədəbəydəki 12 №-li daş qutuda insan skeletinə aid çürümüş barmaq və
çanaq sümükləri, habelə qərb divarından bir qədər aralı qoyulmuş insan kəlləsi
aşkar olunmuşdur. Kəllənin üst sümükləri yox imiş.
207
Rezendorfun Quşçu kəndi yaxınlığında tədqiq etdiyi daş qutu tipli
qəbirlərin birində on bir insan kəlləsi, bir neçə ilik sümüyü, dörd onurğa və bir
neçə barmaq sümüyü tapılmışdır. Qəbir avadanlığı beş ədəd
dəmir nizə
ucluğundan, iki ədəd dəmir xəncərdən, xəncər qınlarından, tunc kəmər və s.
əşyalardan ibarət olmuşdur. Rezendorf rast gəldiyi dəfn adəti ilə bağlı belə bir
fikir yürütmüşdür ki, insan öldükdən sonra ətinin çalağanlar tərəfindən yeyilməsi
üçün onun meyidi müəyyən yerə qoyulurmuş və bununla bağlı bir sıra hallarda
onun bəzi sümükləri itirmiş.
Qeyd edək ki, Rezendorfun bu mülahizəsi düzgün deyildir. Son illər
Azərbaycan və Yaxın Şərq abidələrində aparılan tədqiqatlar belə dəfn adətinin
kollektiv dəfnlə bağlı olduğunu göstərir.
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi
siklop tikintiləridir. Bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında
qeydə alınmışdır.
Azərbaycanda Xanlar, Dəstəfur, Şamxor, Gədəbəy, Tovuz və
Qazaxda aşkar olunan bu tip tikintilər başlıca olaraq yüksək daş kəsimlərində
yerləşir. Bəzi tədqiqatçılar Naxçıvan ərazisində yerləşən bir qrup qalanı siklop
tikintiləri sırasına daxil etmişdir. Bu abidələrin siklop tikintisi adlandırılmasının
səbəbi, onların tikintisində böyük qaya parçalarından və iri daşlardan istifadə
edilməsidir. Lakin aparılan araşdırmalar göstərir ki, bu abidələr Son Tunc
dövründə müdafiə məqsədi ilə inşa edilmiş qalalardır.
1983-1984-cü illərdə Gəncə-Qazax arxeoloji ekspedisiyasının birinci
dəstəsi Gədəbəy rayonunda yerləşən siklop tikintilərdə də araşdırma aparmışdır.
Tədqiqatlar nəticəsində abidələrin bir qismində kəşfiyyat şurfu qoyulmuşdur.
Son illərdə tədqiq
olunan siklop tikintilər, tədqiqatçı T.Rəsuloğlu
tərəfindən, mədəni təbəqəsinin qalınlığına görə üç qrupa bölünür: 1. mədəni
təbəqəsinin qalınlığı 0,5-0,8 metr olan tikintilər; 2. mədəni təbəqəsinin qalınlığı
1,2- 2 metr olan tikintilər; 3. mədəni təbəqəsi olmayan tikintilər. Yüksək dağlıq
hissədə yerləşən qalalarda mədəni təbəqə ya az yığılmış, ya da heç yığılmamışdır
(I Göydərə qalası, II Göydərə, Böyük Qalaça və b.). Birinci qrup qalaların
ətrafına müdafiə divarının çəkilməsinə baxmayaraq, onların müdafiə imkanları
olduqca azdır. İkinci qrup qalalar isə strateji cəhətdən əlverişli və təbii müdafiə
olunan mövqelərdə salınmışdır.
Aparılan arxeoloji qazıntılar siklop tikintilərin funksional vəzifəsini
müəyyən etməyə imkan vermişdir. Tədqiqatçıların
fikrinə görə, I qrupa daxil
olan və güclü müdafiə divarı ilə əhatə olunan qalalar müdafiə məqsədilə, ikinci
qrupa daxil olan qalalar yaşayış yeri kimi, üçüncü qrupa daxil olan qalalardan isə
mal-qaranın saxlanması üçün ağıl məqsədilə istifadə olunmuşdur. Güman etmək
olar ki, hər üç qrupa aid olan tikintiləri Son Tunc dövründə Qərbi Azərbaycanın
dağlıq ərazilərində məskunlaşan maldar tayfalar yaratmışlar.
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. II minilliyin ikinci yarısında
Azərbaycanda müdafiə tikintilərinin meydana çıxması, cəmiyyətin sosial