224
yayıldığı bir zamanda, şimal rayonlarında Kür-Araz mədəniyyəti öz
mövcudluğunu davam etdirmişdir. Bu vəziyyət Cənubi Qafqazın digər
rayonlarında da özünü göstərir. Belə ki, Trialetinin bəzi kurqanlarında idxal malı
kimi boyalı qablara rast gəlinsə də, bu mədəniyyət boz və qara rəngli cilalı
qabların üstünlük təşkil etməsi ilə xarakterizə edilir. Qablar cızma və basma
ornamentlə naxışlanmışdır. Azərbaycanın şimal rayonları üçün də qara cilalı
basma və cızma xətlərlə bəzənmiş keramika xarakterikdir. Мil düzündə boyalı
qabların geniş yayıldığı tək abidə Üzərliktəpədir. Burada isə boyalı keramika,
aşkar olunan gil məmulatının yalnız 2 %-ni təşkil edir. Keramikanın əksəriyyəti
boz və qara rəngli qablarla təmsil olunmuşdur. Deməli, Kür-Araz mədəniyyəti
tayfaları Orta tunc dövründə öz həyatlarını davam etdirmiş, e.ə. II minilliyin
ikinci yarısında mövcud iqtisadi-ictimai dəyişikliklərə bağlı, yenidən güc
toplamış və hegemon rol oynamağa başlamışlar. Bu dövrdə, Azərbaycanda
məskunlaşan müxtəlif etnik qruplar arasında, mədəni cəhətdən birləşmə
prosesinin getdiyi arxeoloji abidələrdə aydın şəkildə izlənmişdir.
Son Tunc dövrü arxeoloji komplekslərin bir-birinə diffuziya etməsi, həm
dəfn adəti, həm də bu komplekslər üçün xarakterik olan keramikanın yayılması
ilə sübut olunur. Fikrimizcə, bu dövrdə Azərbaycanda yaşayan tayfaların vahid
bir etnosda birləşməsi prosesi davam etmişdir. Bu, Azərbaycanın cənub
rayonlarında, xüsusilə, Naxçıvan ərazisində özünü aydın şəkildə göstərir. Qeyd
olunduğu kimi, Son Tunc və Erkən Dəmir dövründə bu ərazidə boz rəngli
keramika və boyalı qablarla xarakterizə olunan komplekslər bir-birindən
fərqlənir. Lakin, eyni zamanda, onlar arasında birləşmə prosesinin getdiyi də
özünü göstərir. Çaynik tipli qablara Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik
olan komplekslərdə rast gəlinməsi, habelə, göbələkşəkilli çıxıntısı olan qablara
boyalı qabların xarakterik olduğu komplekslərdə rast gəlinməsi, həm də bu tip
qabların boyalılarının tapılması, buna aydın sübutdur. Bu dövrdə Xocalı-
Gədəbəy mədəniyyətinin Naxçıvan ərazisində yayılması, arxeoloji tapıntıların
bütöv kompleksi ilə sübut olunur. Tədqiqatçılar tərəfindən qeyd olunduğu kimi,
Naxçıvan ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin Gədəbəy qrupu üçün
xarakterik olan mədəniyyət geniş yayılmışdır. Bu, onu göstərir ki, e.ə. II
minilliyin sonunda Gədəbəy qrupuna aid olan etnoslar üstünlük təşkil etmiş və
Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Ola bilsin ki, bu dövrdə Xocalı-
Gədəbəy mədəniyyətinə aid tayfalar vahid bir etnos halında birləşmişdir.
Ağ inkrustasiyalı keramikanın mənşəyi ilə bağlı tədqiqatçılar tərəfindən
irəli sürülən fikirlər, müəyyən mənada qəbul edilə bilər. Bu keramikanın, Aralıq
dənizi hövzəsindəki ölkələrlə iqtisadi-mədəni əlaqələrin təsiri nəticəsində ortaya
çıxması mümkündür. Lakin gil məmulatının bəzəmə motivi, xüsusilə, müəyyən
qrup boyalı qablarla sıx əlaqə, onun yerli köklərə malik olduğunu da göstərir.
Bizim fikrimizcə, ağ inkrustasiyalı keramikanın bəzəmə motivi boyalı qablarda
deyil, Orta Tunc dövrünün boz və qara rəngli gil məmulatında axtarılmalıdır.
Təəssüf ki, digər rayonların Orta Tunc dövrü geniş tədqiqatlarla öyrənilməmişdir.
225
Azərbaycanın Son Tunc, Erkən Dəmir dövrü mədəniyyətinin yerli zəmin
əsasında meydana çıxıb, inkişaf etdiyini, bu dövrün arxeoloji abidələrindən aşkar
olunan zəngin tunc məmulatının, o cümlədən silahların araşdırılması daha aydın
sübut edir. Bu dövrdə Azərbaycanda meydana çıxan silahlar, xüsusilə, təbərzin
formalı baltalar və konusvari başlığı olan çənbərli xəncərlər, yalnız bu
mədəniyyət üçün xarakterikdir. Azərbaycandan kənarda bu tip silahlara olduqca
az rast gəlinmişdir.
Araşdırmalara əsaslanaraq söyləmək olar ki, Son Tunc və Erkən Dəmir
dövrü mədəniyyəti qədim dövrdən bu ərazidə məskunlaşan etnik qruplar
tərəfindən yaradılmışdır. М.A.Hüseynova ağ inkrustasiyalı qabların analizinə
əsaslanaraq xurrit etnik massivinin yerli ocaqlarının bu dövrdə saxlandığını və bu
mədəniyyətin inkişafına təsir etdiyini göstərmişdir. Qeyd edək ki, e.ə. III
minilliyin sonu ilə tarixləndirilən yazılı qaynaqlarda Urmiya hövzəsində kuti və
lullubi tayfalarının yaşadığı qeyd edilmişdir. Fikrimizcə, İlk Tunc dövründə
Urmiya hövzəsi və Naxçıvanda yayılan Kür-Araz mədəniyyəti kuti və lullubi
tayfaları ilə bağlıdır. Şübhəsiz ki, bu tayfalar Azərbaycanın şimal rayonlarına da
yayılmışdır. Kür-Araz mədəniyyəti ilə bağlı olan Xocalı-Gədəbəy
mədəniyyətinin yaradılmasında bu tayfaların şübhəsiz ki böyük rolu olmuşdur.
E.ə. II minliiyin sonu, I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyəti
tayfalarının cənuba doğru hərəkəti, Urmiya hövzəsində meydana gələn siyasi
hadisələr və bu etnik bağlılıqla əlaqədar olmalıdır. Bu qəbilələrin Zaqro-Elam dil
qrupu ilə bağlandığı və Ural-Altaylarla əlaqələli olduğu tərəfindən qeyd
edilmişdir.
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Son Tunc və Erkən Dəmir dövrü
mədəniyyəti, başlıca olaraq, Xocalı-Gədəbəy tipli abidələrlə xarakterizə edilir.
E.ə. II minilliyin ortalarında Azərbaycanın şimalında meydana çıxan bu
mədəniyyət e.ə. II minilliyin əvvəllərində Azərbaycanın cənub rayonlarına da
yayılmışdır. Bu mədəniyyətin xronologiyası ilə bağlı məsələlər arxeoloji
ədəbiyyatda geniş araşdırılmışdır.
E.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən bu mədəniyyətə aid erkən
abidələr Gəncəçay rayonunda yerləşir. Bunların sırasına torpaq qəbirlər və torpaq
qəbirləri olan kurqanlar daxildir. Üzəri daş piltə ilə örtülmüş torpaq qəbirlərdə
qırmızı cilalı qablar üstünlük təşkil edir. Örtüksüz torpaq qəbirlərdə qara cilalı
keramika çoxluq təşkil edir. Onların kompleksində çəhrayı rəngdə olan ağ
inkrustasiyalı qablara da rast gəlinir. Xronoloji cəhətdən, sal daşla örtülmüş
torpaq qəbirlər, daha əvvələ aiddir. Onların kompleksində ağ inkrustasiyalı
qablara rast gəlinir və başlıca olaraq, çəhrayı keramika ilə fərqlənir. Sal daşla
örtülmüş torpaq qəbirlər e.ə. XV, kurqanaltı örtüksüz torpaq qəbirlər isə e.ə. XIV
əsrə aid edilir.
Bu qrupa aid kurqanların tarixləndirilməsində Orta Tunc dövrü üçün
xarakterik olan qırmızı rəngli, boyalı və basma naxışlı qabların mühüm
əhəmiyyəti vardır. Bu, Orta və Son Tunc dövrlərinin yaxınlığını göstərir. Bu tip
Dostları ilə paylaş: |