212
yerində aşkar olunan oraq dişlərinin aşkar olunma vəziyyəti onların aypara
şəklində düzüldüyünü göstərir. Şübhəsiz ki, oraq dişləri aypara formalı ağac
əsaslara bərkidilmişdir. Lakin ağac əsaslar çürüdüyündən, bu günümüzədək gəlib
çatmamışdır. Tuncdan hazırlanmış oraqlar Gədəbəy abidələrindən aşkar
edilmişdir.
Əmək alətlərinin bir qrupu taxılın döyülməsi və üyüdülməsi ilə bağlıdır.
Xanlar yaxınlığındakı 2 №-li kurqandan aşkar olunmuş ağac vəl, bir tərəfinə
prizmatik daşlar keçirilən iki eyni formalı parçadan ibarətdir. Forma etibarı ilə, o
indi Azərbaycanın dağlıq rayonlarında istifadə olunan vəllərə bənzəyir. Bu alətin
tapılması Son Tunc dövründə, taxıl döyümündə qədim ənənəvi üsullara yanaşı,
vəllərdən də istifadə olunduğunu göstərir.
Taxılın üyüdülməsi üçün dən daşlarından istifadə olunmuşdur. Alt və üst
daşlarından ibarət olan bu alətlər, formaca Tunc dövrünün əvvəlki
mərhələlərində istifadə olunan alətlərdən fərqlənmirlər. Alt dən daşlarının işlək
tərəfi qayıqşəkilli, üst dən daşlarının işlək tərəfi isə düzdür.
Taxılın saxlanması üçün təsərrüfat quyularından və küplərdən istifadə
edilmişdir. Bu cür təsərrüfat küpləri Мingəçevir, Sarıtəpə, Babadərviş yaşayış
yerlərindən tapılmışdır. Sarıtəpə yaşayış yerində təsərrüfat küplərinin saxlandığı
ərzaq anbarları da olmuşdur. Yaşayış yerlərindəki təsərrüfat küplərinin
içərisindən taxıl və üzüm çəyirdəyinin qalıqları, taxıl quyularında isə darı
qalıqları aşkar olunmuşdur. Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin
birinin qulpunda buğda təsviri vardır.
Bu dövrün təsərrüfatının geniş inkişaf etmiş sahələrindən biri də
üzümçülükdür. Yaşayış yerlərindən aşkar olunan təsərrüfat küplərinin içərisində
üzüm çəyirdəklərinə rast gəlinməsi, bu dövrdə şərab istehsalının da inkişaf
etdiyini göstərir. Sarıtəpə yaşayış yerində tapılan şərab tuluğu, üzümçülüyün
inkişafını göstərən nadir tapıntılardan biridir. Üzümçülüyün inkişafını, eyni
zamanda, qədim yaşayış yerlərinin ətrafından aşkar olunan üzüməzən daşlar da
sübut edir. Üzüməzən daşlara Naxçıvan ərazisində daha çox rast gəlinmişdir.
Arxeoloji qazıntılar zamanı aşkar olunan buğda növləri М.М.Yakubsiner
və İ.Мustafayev tərəfindən təyin edilmişdir. Onların arasında yumşaq buğda
(Tritcum vulqare), bərk buğda (Triticum durum Dest) və digər buğda növləri
(Tritcum aestivum, triticum comraktum) vardır. Мüxtəlif arpa növlərindən
(Hordeum sativum) də istifadə edilmişdir. Yuxarıdakı fəsillərdə qeyd edildiyi
kimi, Azərbaycan qədim zamanlardan əkinçilik mədəniyyətinin mərkəzi
olmuşdur. Azərbaycanın dağlıq zonalarında yabanı buğda, arpa və darı növlərinin
olması, habelə, ərazinin əlverişli təbii coğrafi mövqeyi əkinçilik mədəniyyətinin
erkən meydana çıxmasını və formalaşmasını təmin etmişdir. Son Tunc dövründə
artıq əkinçilik müstəqil istehsal sahəsi kimi mövcud olmuşdur.
Son Tunc dövrü təsərrüfatının geniş yayılmış formalarından biri maldarlıq
olmuşdur. Arxeoloji tədqiqatlar, Azərbaycan ərazisində hələ İlk Tunc dövründən
başlayaraq, maldarlığın əkinçilikdən ayrıldığını və yarımköçəri maldarlığının
213
formalaşdığını göstərir. Son Tunc dövründə şübhəsiz ki, maldarlıq müstəqil
təsərrüfat sahəsi kimi mövcud olmuşdur. Bu dövrə aid arxeoloji abidələrin
tədqiqi, oturaq həyat keçirən qəbilələrlə bərabər, köçəri həyat sürən tayfaların da
olduğunu göstərir. Bu qəbilələrə aid mövsümi yaşayış yerlərində mədəni təbəqə
olduqca az yığılmışdır. Şübhəsiz ki, bu, insanların köçəri həyat tərzi ilə bağlı
olmuşdur. Yaşayış yeri olmayan nekropolların mövcudluğu, hər hansı qəbilə, ya
da tayfaya aid insanların ölülərini müəyyən ərazidə dəfn etdiyini göstərir ki, bu
da qədim insanların dini inancları ilə bağlıdır.
Arxeoloji tədqiqatlar göstərir ki, hələ Erkən Tunc dövründə xırdabuynuzlu
heyvandarlıq inkişaf edərək, maldarlıqda ön mövqeyə çıxmışdır. Arxeoloji
abidələrin tədqiqi Son Tunc dövründə də xırdabuynuzlu heyvanların maldarlıqda
aparıcı yer tutduğunu göstərir. Babadərviş, Sarıtəpə, Мingəçevirdən aşkar
olunmuş osteoloji qalıqların təhlili, xırdabuynuzlu heyvanların üstünlük təşkil
etdiyini sübut edir. Мingəçevirdən aşkar olunan heyvan sümüklərinin tədqiqi,
xırdabuynuzlu heyvanlar arasında qoyun və keçi cinslərinin xüsusi yer tutduğunu
göstərir. Xırdabuynuzlu heyvan sümüklərinə qəbir abidələrində də rast gəlinir.
Onların bəzən müəyyən hissələri, bəzən isə bütöv skeletləri aşkar edilmişdir.
Xırdabuynuzlu heyvandarlığın inkişafını həm qayaüstü rəsmlər, həm xırda
heyvan fiqurları, həm də gil qabların üzərindəki ov səhnələrində onların üstünlük
təşkil etməsi ilə təsdiq edilir. Şübhəsiz ki, bu xırdabuynuzlu heyvanların
maldarlıqda önəmli rolu və insanların məişətində onların böyük əhəmiyyəti ilə
bağlıdır.
Xırdabuynuzlu heyvanlarla yanaşı, iribuynuzlu heyvanlar da maldarlıqda
müəyyən yer tutmuşdur. Son Tunc və Erkən Dəmir dövrünün abidələrindən
heyvan sümükləri ilə bərabər, onların gildən hazırlanmış fiqurları da aşkar
olunmuşdur. A.A.İvanovskinin tədqiqatları zamanı Gədəbəydə 66 №-li daş qutu
qəbirdən gildən hazırlanmış öküz başı fiqurunun tapılması diqqətəlayiqdir. Bu
fiqurun realist görkəmi, onun ritual xarakterli olduğunu göstərir. Şübhəsiz ki,
Tunc dövrünün əvvəlki mərhələlərində yayılan öküzlə bağlı inamlar, bu dövrdə
də mövcud olmuşdur.
İribuynuzlu heyvanlardan həm də qoşqu qüvvəsi kimi istifadə edilmişdir.
Şübhəsiz ki, təkərli nəqliyyatın inkişafında da iribuynuzlu heyvanların müəyyən
rolu olmuşdur. Azərbaycanda ikitəkərli öküz arabalarından istifadə son dövrlərə
qədər mövcud olmuşdur. Мingəçevirin Son Tunc və Erkən Dəmir dövrü yaşayış
yerindən tapılan arabalar, ola bilsin ki, köçəri və yarımköçəri həyat sürən
insanların həyatında mühüm rol oynamışdır.
Bu dövrün heyvandarlığında atçılıq da mühüm yer tutmuşdur. Bu dövrə
aid arxeoloji abidələrdən aşkar olunmuş at sümükləri, əvvəlki dövrlərlə
müqayisədə, xeyli çoxdur. At sümükləri xüsusilə qəbir abidələrindən tapılmışdır.
Şübhəsiz ki, atla dəfnetmə adəti ata olan inamla bağlı olmuşdur. Azərbaycanın
Son Tunc və Erkən Dəmir dövrünə aid kurqan tipli abidələrindən bütöv at
skeletləri, ya da at sümükləri aşkar olunmuşdur. At sümükləri ilə bərabər, qəbir
Dostları ilə paylaş: |