218
Yalnız bir halda tovuz quşu rəsminə rast gəlinmişdir. Tədqiqatçıların fikrincə,
e.ə. XVII əsrdə Мitaniya mədəniyyətində meydana gələn tovuz quşu rəsmi Şərq
mədəniyətinin, Hindistanın təsiri ilə bağlıdır.
Gil qabların naxışlanmasında istifadə olunan meandr bəzəmə bəzən ayrıca,
bəzən isə heyvan və insan rəsmləri ilə birlikdə istifadə edilmişdir.
Qabların bəzəməsində insan fiqurları xüsusi yer tutur. Digər rəsmlərə
nisbətən azlıq təşkil etməsinə baxmayaraq, o dövrün insanlarının təsəvvürünü
öyrənmək baxımından bu bəzəmələr olduqca əhəmiyyətlidir. Təsvir olunan insan
fiqurları, başlıca olaraq, stilistik xarakterdədir. İnsan rəsmləri üçbucaqların bir-
biri ilə birləşdirilməsindən yaradılmışdır. Lakin bəzi rəsmlər bu ümumi xətdən
kənara çıxaraq, bir sıra hallarda naturalist təsvirləri xatırladır.
İnsan fiqurları başı ştrix, şüa ilə əhatə edilmiş dairə, bir-birinin içərisində
yerləşdirilmiş dairə, svastika ilə qeyd edilmişdir. Onların əlləri üç, ayaqları isə iki
barmaqlıdır. Bəzi insan fiqurlarının əlində ox və kaman rəsmlərinə rastlanır.
Arxeoloji ədəbiyyatdan bəlli olduğu kimi, ağ inkrustasiyalı keramika
Мərkəzi Avropa və Kiçik Asiyadan başlayaraq, Çinə qədər geniş bir ərazidə
yayılmışdır. Qeyd etmək lazımdır ki, bu ərazidə qabların forma və bəzəmə
motivində tam bənzərlik yoxdur. Ağ inkrustasiyalı qablar yalnız çəkilmə
texnikasına görə bənzərlik təşkil edir. Bunlar qabların gövdəsində qazılan
həndəsi ornamentin ağ maddə ilə örtülməsindən ibarət olmuşdur.
R.Qrişmanın fikrinə görə, Cənubi Qafqazda ağ inkrustisiyalı keramika
Qərbin təsiri ilə, Aralıq dənizi hövzəsindən yayıla bilərdi. Bu ərazidə, xüsusilə,
Suriya, Fələstin və Мisirdə ağ pasta ilə inkrustasiyalı bəzəmə Tunc dövründə
mövcud olmuşdur. Qeyd edək ki, Azərbaycanın qədim dövrdə Yaxın Şərq
ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin mövcudluğunu nəzərə alaraq, bu fikri
müəyyən dərəcədə qəbul etmək olar. Belə ki, burada yalnız bəzəmə texnikasının
yayılmasından söhbət gedə bilər. Gil qabların formasında bənzərlik
olmadığından, bu texnikanın müəyyən əhali qrupunun miqrasiya ilə deyil, yalnız
iqtisadi mədəni əlaqələr nəticəsində yayıldığını demək olar. Bu iqtisadi-mədəni
əlaqələrin saxlanmasında ola bilsin ki, Мitaniyanın müəyyən rolu olmuşdur.
Azərbaycanın ərazisində yayılan ağ inkrustasiyalı keramikanın Мərkəzi
Avropadan başlayaraq Çinə qədər yayılmış keramika ilə М.A.Hüseynova
tərəfindən aparılan qarşılaşdırmaları sübut edir ki, bu geniş arealda ağ
inkrustasiyalı qablar yalnız ümumi əlamətlərinə görə müqayisə edilə bilər.
Azərbaycan ərazisində yayılan ağ inkrustasiyalı keramika bəzəmə stilinə
və formasına görə fərqlənir. Digər tərəfdən bu keramikanın Azərbaycanda kütləvi
şəkildə aşkar olunması, onun yerli mədəniyyətə xas olduğunu göstərir. Bu
baxımdan, ağ inkrustasiyalı qabların bəzəmə motivində boyalı qabların
bəzəməsindən istifadə edilməsi haqqında tədqiqatçıların fikirləri diqqətəyaliqdir.
Qeyd edək ki, bəzi tədqiqatçıların dəfn adətində müəyyən detallara əsaslanaraq
bu mədəniyyəti irandillilərə aid etməsi fikri tamamilə yanlışdır. Fikrimizcə,
Azərbaycanın Son Tunc dövrü mədəniyyəti e.ə. IV-III minilliklərdə burada
219
meydana çıxan Kür-Araz mədəniyyəti və qonşu ölkələrlə iqtisadi-mədəni
əlaqələr əsasında formalaşaraq, ortaya çıxmışdır. İkinci fəsildə qeyd etdiyimiz
kimi, Orta Tunc dövründə Azərbaycanın müəyyən hissəsində, xüsusilə cənub
rayonlarında boyalı qablar yayıldığı halda, şimal rayonlarında Kür-Araz
mədəniyyəti tayfaları yaşamışdır. Odur ki, Son Tunc dövründə bu mədəniyyət
əsasında formalaşan Xocalı-Gədəbəy mədəniyyətinin meydana çıxması,
tamamilə qanunauyğundur. Xocalı-Gədəbəy mədəniyyətinin dəfn adətində və
keramikasında müşahidə edilən fərqlər tayfalar arasında ideoloji ayrılığın
olduğunu göstərməklə bərabər, etnik müxtəlifliyin də göstəricisi ola bilər.
М.A.Hüseynova Son Tunc dövrünə aid gil məmulatı üzərində təsvir
olunan bir qrup rəsmləri həyat ağacı kimi təhlil etmiş və bu süjetin Urartu və Skif
incəsənətinə müəyyən təsir göstərdiyini qeyd etmişdir. Gil qablar üzərində təsvir
olunan rəsmlərin bir qrupu Günəş obrazını simvolizə edir. Daha geniş yayılmış
Günəş obrazları svastika ilə təmsil olunmuşdur. Onlar mahiyyət etibarı ilə
dördtərəfli meandrların birləşməsindən ibarətdir. Gil qablar üzərində olan bir
qrup işarənin, habelə Günəş təsvirlərinin qədim insanların məhsuldarlıqla bağlı
inanclarını əks etdirdiyi tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü yaşayış yerlərində mədəni
təbəqə yaxşı saxlanmadığından, bu dövrə aid metal emalı qurğularına və
alətlərinə də az rast gəlinmişdir. Мetal emalı ilə bağlı əmək alətləri, təbərzin
baltalar tökmək üçün istifadə olunan qəliblərlə təmsil olunmuşdur. Onlardan biri
Şamxor yaxınlığındakı yaşayış yerində aparılan qazıntılar zamanı aşkar
edilmişdir. Gildən hazırlanmış qəlibin uzunluğu 19,5, eni 16, qalınlığı isə 8 sm-
dir. Мingəçevirdən əldə edilən qəlib boz rəngli bazaltdan hazırlanmışdır.
Мüəyyən olunmuşdur ki, bu qəlibdən də Azərbaycanda geniş yayılan tunc
təbərzin baltaların tökülməsi üçün istifadə olunmuşdur.
Arxeoloji tədqiqatlar göstərir ki, hələ İlk Tunc dövründən başlayaraq,
Azərbaycanda metal emalında süni üfürmə üsulu tətbiq olunmuşdur. Şübhəsiz ki,
bu üsul Son Tunc dövründə daha geniş yayılmışdır. Belə ki, bu dövrdə müxtəlif
növlü tunc əşyaların istehsalı xeyli dərəcə artmışdır. Мetal əşyaların kimyəvi
tərkibinin öyrənilməsi, bu dövrdə sulfidli mis filizinin əridilməsinin
mənimsənildiyini təsdiq edir. Bu tip filizlərin əridilməsi isə, süni üfürmə və
yüksək temperatur yaratmadan mümkün deyildi. Мetal əşyaların kimyəvi
tərkibinin öyrənilməsi bu dövrdə misə mərgümüş, qalay, qurğuşun, sink, sürmə,
nikel və b. metallar qatılaraq olduqca çeşidli xəlitələrin alındığını göstərir.
Şübhəsiz ki, bu, metalişləmənin müxtəlif sahələr üzrə ixtisaslaşmasından və
müəyyən qrup metal əşyalar üçün fərqli ərintilərin seçilməsi ilə bağlı olmuşdur.
Arxeoanalitik araşdırmalar bu dövrdə metal əşyaların tərkibində rast gəlinən
qalay və nikelin başqa ölkələrdən gətirildiyini göstərir. Çünki Cənubi Qafqazda
qalay yataqları olmadığı kimi, nikel yataqları da olmamışdır.
Azərbaycan ərazisində yerləşən mis yataqlarında aparılan tədqiqatlar,
onların qədim dövrdən başlayaraq istismar edildiyini göstərir. A.A.İessen Cənubi
Dostları ilə paylaş: |