226
keramika Ön Asiya abidələrində e.ə. XVI-XV əsrlərdə meydana gəlir. Onların
bəzisi ağ pasta ilə örtülmüşdür. Şərqi Gürcüstanda bu tip keramikanın
ortaya
çıxması e.ə. II minilliyin ortalarına aiddir.
Мingəçevir və Qazaxbəylidən əldə edilən, tiyəsinin ortasında iki deşiyi
olan tunc xəncərlər Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsinə- e.ə. XIV-
XIII əsrlərə aid edilir.
Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə
tarixləndirilir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları,
Gədəbəy daş qutularının bir qrupu daxildir. М.A.Hüseynova bu dövrə aid dörd
keramika tipi müəyyən etmiş və onların üçünün yerli zəmin əsasında inkişaf
etdiyini göstərmişdir. Qarabağ və Gədəbəy zonasının abidələri ikinci qrup
keramikanın üstünlük təşkil etməsi ilə fərqlənir.
Bu dövrə aid Gəncəçay
abidələrində ağ inkrustasiyalı keramika üstünlük təşkil etməkdə davam edir.
Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli
sadələşdiyi nəzərə çarpır.
Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli
xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri
əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup
keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa
daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə,
həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir.
Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr
e.ə.
II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilmişdir. Onlar daş qutu
qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla
xarakterizə edilirlər. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika
məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulmuşdur.
Qeyd olunduğu kimi, Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün
boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun
və Culfa
nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil
məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu
komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipli qablardan, həmçinin
digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki
tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli
olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir.
Naxçıvanın Son Tunc dövrü abidələrinin tarixləndirilməsi üçün dəqiq
stratiqrafiya verən I və II Kültəpə kimi yaşayış yerlərinin mühüm əhəmiyyəti
vardır. Bu abidələrin stratiqrafiyası Son Tunc dövrünü e.ə. II minilliyin ikinci
yarısına aid etməyə imkan verir. Hər iki yaşayış yerinin
Son Tunc və Erkən
Dəmir dövrünə aid üst təbəqəsində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik
olan keramika meydana çıxır. V.H.Əliyev bu keramikanın ortaya çıxmasını e.ə.
XIV əsrə aid edir.
227
Cənubi Qafqazda, o cümlədən Naxçıvanda meydana çıxan müdafiə
tikintilərinin bir qisminin tarixləndirilməsi mübahisəlidir. Bu abidələrin
bəzisində, məsələn Qazançı qalasında Orta Tunc dövrünə aid boyalı qabların
tapılması ilə bağlı olaraq bir qrup tədqiqatçı onları Orta Tunc dövrünə aid
etmişdir. Lakin Naxçıvanın bu tip arxeoloji abidələrində geniş tədqiqatlar
aparılmamışdır. Мəlum olduğu kimi, Azərbaycan ərazisində yayılan siklop
tikintiləri tədqiqatçılar tərəfindən e.ə. II minilliyin sonu,
I minilliyin əvvəli ilə
tarixləndirilmişdir. Bu tikintilərin xarakterik cəhəti onların bərkidici məhlul
olmadan tikilməsidir. Bu xüsusiyyət Naxçıvan abidələrində də izlənməkdədir.
Fikrimizcə, Naxçıvanda qala tipli müdafiə tikintilərinin meydana gəlməsi
Azərbaycanın digər analoji abidələri ilə həmdövrdür. Bu baxımdan, Çalxanqala,
Qazançı qalası, Vayxır qalasının qala divarlarının tikilməsi tarixini e.ə. II
minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Oğlanqala yaşayış yerində
aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə
getmədiyini göstərir.
Ümumiyyətlə, aparılan araşdırmalar nəticəsində, Azərbaycanda Son Tunc
dövrünü e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirən tədqiqatçılar arasında fikir
birliyinin olduğu bəlli olur.
İctimai quruluş, mədəni əlaqələr, inamlar. Yuxarıda
deyildiyi kimi,
Azərbaycanda sinifli cəmiyyətin formalaşması İlk Tunc dövrünə aiddir. Qeyd
etmək istərdik ki, Azərbaycanın cənub rayonlarında sinifli cəmiyyətin tez
yaranması, şimal rayonlarda isə gecikməsi haqqında arxeoloji və tarixi
ədəbiyyatda mövcud olan fikir, bizcə, doğru deyil. Çünki, Tunc dövrünün
arxeoloji abidələrinin öyrənilməsi göstərir ki, nəinki Tunc,
hətta Eneolit dövrün-
dən başlayaraq Azərbaycanın şimalında və cənubunda yaşayan tayfalar eyni
iqtisadi, siyasi quruluşa malik olmuşdur.
Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın ahəngdar inkişafı,
sinifli cəmiyyətdə mövcud olan sosial ziddiyyətləri və bərabərsizliyi daha da
artırmışdır. Arxeoloji abidələrin tədqiqi bu dövrdə köçəri və yarımköçəri
maldarlığın surətlə inkişaf etdiyini göstərir. Şübhəsiz ki, maldarlığın inkişafı
əmlak bərabərsizliyini gücləndirmiş və sənətkarlığın inkişaf etməsinə səbəb
olmuşdur. Təsadüfi deyil ki, bu dövrdə metallurgiya və metalişləmə sənəti
əvvəlki dövrlərə nisbətən yüksək inkişafı və çoxsahəli xarakterdə olması ilə
fərqlənir.
Cəmiyyətdə meydana gələn bu dəyişikliklər, hər şeydən əvvəl arxeoloji
abidələrin arxitekturası və topoqrafiyasında da özünü göstərmişdir. E.ə. II
minilliyin sonu, I minilliyin əvvəli ilə tarixləndirilən
siklop tikintilər, məhz belə
abidələrdəndir. Yuxarıda qeyd olunduğu kimi, onların tədqiqi, bu abidələrdən üç
məqsədlə-daimi yaşayış, mühafizə və heyvanların qorunması məqsədi ilə istifadə
olunduğunu göstərir. Bu dövrdə tayfalarının ətrafı möhkəmləndirilmiş yaşayış
yerlərində yaşamasına baxmayaraq, güclü basqınlar zamanı əlçatmaz dağlarda
inşa edilən qalalara da ehtiyac duymuşlar. Bu qalalardan yalnız düşmən