210
həcmli daşlarla doldurulmuş və gil məhlulu ilə bərkidilmişdir.
Ola bilsin ki,
divarların yuxarı hissəsi kərpiclə hörülmüşdür. Binaların ətrafına yayılan qalın
torpaq qatları bunu deməyə imkan verir.
Gəncəçay rayonunun arxeoloji abidələri üçün yarımqazma tipli evlər
xarakterikdir. Onlar, başlıca olaraq, dördkünc planlıdır. Torpağın bərkliyindən
asılı olaraq, evlərin divarları bəzən hörgüsüz, bəzən isə daş hörgü ilə
möhkəmləndirilmişdir. İnşaat materialı kimi çay daşlarından istifadə olunmuşdur.
Divarlar iki sıra daşla hörülərək, arası kiçik həcmli daşlarla doldurulmuşdur. Bu
texnika, Tunc dövründə demək olar ki, Azərbaycanın hər yerində yayılmışdır. Bu
rayonda tətbiq olunan balıqbeli texnikası diqqəti cəlb edir. Divarın daşları bir
sırada
bir tərəfə, o biri sırada isə əks tərəfə qoyulmaqla inşa edilmişdir.
Divarların möhkəmliyini təmin edən bu texnika Azərbaycanın inşaat sənətində
uzun müddət istifadə edilmiş və indi də istifadə edilməkdədir.
Gəncəçay rayonunda, Lüləli dərəsində tədqiq edilən 2 №-li yaşayış
yerində evlər düzbucaqlı və dairəvi formalı yarımqazmalardan ibarətdir. Lakin, 1
№-li yaşayış yerindən
fərqli olaraq, burada, binaların divarları daş tikintilərlə
möhkəmləndirilməmişdir. Evlərin tavanı döşəməyə basdırılan dirəklər vasitəsilə
saxlanmışdır. Düzbucaqlı evlərdə dam örtüyünün iki çatılı, dairəvi evlərdə isə
konusvari olduğu güman edilir. Yaşayış yerləri geniş tədqiq edilmədiyindən,
onların ümumi planı haqqında
daha geniş fikir söyləmək, çətindir. Gəncəçay
rayonundakı 1 №-li yaşayış yerində evlərin çay boyu düzümü, Lüləli dərəsində
isə müəyyən sıra ilə düzülməsi qeydə alınmamışdır. Şübhəsiz ki, evlər dar
küçələr vasitəsilə bir-biri ilə bağlanmışdır. Qazax rayonundakı Töyrətəpə yaşayış
yerində divarları çubuqdan hörülərək gillə suvanmış evlər də aşkar olunmuşdur.
Bu zonada yerləşən Sarıtəpə, Babadərviş yaşayış yerlərində aşkar olunan evlər
dördkünc formalıdır. Binaların divarları çay daşlarından hörülərək,
gil məhlulu
ilə bərkidilmişdir.
Son Tunc dövrünə aid müdafiə divarları da tikinti texnikasına görə fərqli
xüsusiyyətlər göstərir. Bu baxımdan, Çalxanqalanın tikinti texnikası diqqəti cəlb
edir. Qala divarlarının tikintisində qaba düzəldilmiş, dördkünc biçimli daş
bloklardan istifadə edilmişdir. Divarlar yan tərəflərdə iri bloklardan inşa edilmiş,
onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Bəzi hallarda divarların
hörgüsündə bərkidici məhluldan istifadə edilmişdir. Çalxanqalada divarların
tikinti texnikasında özünü göstərən xüsusiyyətlərdən biri divarların içəri və çöl
tərəfində düzbucaqlı çıxıntılardan istifadə edilməsidir. Divarların müdafiə
gücünü xeyli artıran
bu tip texnikaya, indiyədək Azərbaycanın başqa
abidələrində rastlanmamışdır. Çalxanqalanı digər qalalardan fərqləndirən digər
əlamət, müdafiə divarının yalnız bir uzun divardan ibarət olmasıdır. Bu, qalanın
cənub tərəfindədir. Digər tərəflər təbii cəhətdən müdafiə olunduğundan, divarla
əhatə olunmamışdır. Ümumi planda, Çalxanqala düzgün olmayan çoxbucaqlıya
bənzəyir.
211
Vayxır qalasının tikintisində qaba düzəldilmiş təbii qaya parçalarından
istifadə edilmişdir. Çalxanqalada olduğu kimi, burada da divarlar yanlarda iri
daşlarla hörülmüş, onların arası isə kiçik daşlarla doldurulmuşdur. Lakin
Çalxanqaladan fərqli olaraq, Vayxır qalasında bərkidici məhlul kimi palçıqdan
istifadə edilmişdir. Qala divarları yerin relyefinə uyğun olaraq tikilmişdir. Divar
bəzi hissələrdə ziqzaq şəkillidir. Şərq tərəfdə dördkünc formalı bürclər vardır.
Azərbaycanın digər rayonlarında yayılan müdafiə tikintilərinin
fərqləndirici cəhəti, onların divarlarının bərkidici məhlul olmadan tikilməsidir.
İnşa texnikasına görə, tədqiqatçılar həmin qalaları üç tipə ayırmışlar. Birinci
qrupa iri daşlardan hörülmüş, bir sıra divarı olan qalalar; ikinci qrupa iri daşdan
inşa edilən iki, ya da üç sıra müdafiə divarı olan qalalar; üçüncü qrupa orta
həcmli
daşlardan tikilmiş iki, ya da üç sıra müdafiə divarı olan qalalar daxildir.
B.B.Piotrovski bu qalalarda divarların yuxarı hissəsinin çiy kərpiclə hörüldüyünü
qeyd etmişdir. Lakin divarların üzərində və ətrafında çiy kərpicə rast
gəlinmədiyindən, bu fikir bir qədər inandırıcı deyildir.
Qalalar ümumi planda oval, ya da düzgün olmayan dördbucaqlı formasın-
dadır. Divarlar, başlıca olaraq, iki sıra daşla hörülmüşdür.
İqtisadiyyat. Arxeoloji tədqiqatlar göstərir ki, Son Tunc və Erkən Dəmir
dövründə iqtisadiyyatın başlıca sahəsi əkinçilik və maldarlıq olmuşdur. Bu
dövrdə əkinçilik mədəniyyətinin inkişafı,
hər şeydən əvvəl, yaşayış yerlərindən
aşkar olunan maddi-mədəniyyət qalıqları ilə sübut olunur. Bu maddi-mədəniyyət
nümunələrinin bir qismini əmək alətləri təşkil edir. Xanlar rayonu yaxınlığında
yerləşən 1 №-li yaşayış yerinin 115 və 118 №-li binalarından 40-dan artıq daş
toxa əldə edilmişdir. Toxalar müxtəlif ölçülüdür. Onların uzunluğu 14-24,
qalınlığı 2-4 sm arasındadır. Toxaların işlək ucu nazik olub, qəlpələnmə yolu ilə
itilənmişdir. İşlək ucunun əks tərəfində dəstək bərkitmək üçün nov açılmışdır.
Bəzi toxaların ucları uzun müddət işləndiyindən cilalanmış, bəziləri isə
qırılmışdır.
Son Tunc dövrünün arxeoloji abidələrində xışlara rast gəlinməsə də demək
olar ki, bu dövrdə şumlama əkinçiliyindən və qoşqu qüvvəsindən istifadə
edilmişdir. Yuxarıda
qeyd edildiyi kimi, Azərbaycanda şumlama əkinçiliyi hələ
İlk Tunc dövründən mövcud olmuşdur. Şübhəsiz ki, dağ ətəklərində şumlama
əkinçiliyi ilə bərabər, dəmyə əkinçilikdən də istifadə edilmişdir. Yaşayış
yerlərində və qəbir abidələrində xeyli miqdarda iribuynuzlu heyvan və at
sümükləri aşkar olunmuşdur. Şübhəsiz ki, bu heyvanlardan qoşqu qüvvəsi kimi
də istifadə edilmişdir. Bu dövrdə qoşqu qüvvəsinin tətbiq olunduğu şumlama
əkinçiliyi olmadan, iqtisadiyyatın ahəngdar inkişafını təmin etmək mümkün
deyildi. Əkinçilik iqtisadiyyatın digər sahələrinin də inkişafını təmin etmişdir.
Əkinçiliklə bağlı əmək alətlərinin bir qrupu oraq dişlərindən ibarətdir. Bu
cür oraq dişləri Sarıtəpə,
Babadərviş, Мingəçevir və digər yaşayış yerlərində
aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, yalnız Мingəçevir yaşayış yerindən
300-dən artıq oraq dişi aşkar olunmuşdur. Xanlar yaxınlığındakı 1 №-li yaşayış