194
ağ rəngli maddə ilə doldurulmuşdur. Bu qəbirlərdən tuncdan hazırlanmış
xəncərlər, bıçaqlar, baltalar, ox ucları aşkar edilmişdir.
Şəkil 89 Мingəçevir. 63 № - li qəbirin materialları
63 №- li torpaq qəbir 1950- ci ildə tədqiq edilmişdir. Bu qəbirdən yaxşı
vəziyyətdə qalmış müxtəlif tunc, xüsusən mis bəzək əşyaları tapılmışdır. Saxsı
qablar küpə, xeyrə, dolçalardan ibarətdir. Buradan Aralıq dənizi hövzəsində
yayılmış balıqqulağından və şüşəvari materialdan hazırlanmış müxtəlif
muncuqlar da tapılmışdır. V.P.Fomenko qəbirin Xocalı-Gədəbəy mədəniyyətinə,
e.ə. IX- VII əsrlərə aid olduğunu demişdir.
195
Q.İone Мingəçevir qəbirlərini iki arxeoloji qrupa bölərək, birinci qrupu
e.ə. XIII-IX, ikincini isə e.ə. X-VIII əsrlərə aid edir. Birinci qrup qəbirlərin
materialları Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirir.
Şəkil 90. Gəncəçay rayonundan tapılmış tunc əşyalar
Gəncəçay rayonunun arxeoloji abidələrinin bir qrupu qəbir abidələrindən
ibarətdir. Onlar kurqan və daş qutularla təmsil olunmuşdur. Kurqanlar şərqdə
Gəncə çayından Küryək çayınadək olan düzənlik və dağətəyi zonada, qərbdə isə
Gəncə və Qoşqar çayları arasındakı ərazidə yerləşir. V.A. Skinder Gəncədən
Çovdara qədər uzanan 30 km- lik ərazidə qədim qəbiristanlığın olduğunu
göstərmişdir. Kurqanlara Gəncəçay rayonundan qərbdə, Şamxor çayının düzənlik
hissəsində də rast gəlinmişdir.
196
Xarici görünüşünə görə dairəvi, oval və konusvari olan kurqanların
hündürlüyü 2,5 metrə çatır. Onların bəzisi qumdan, bəzisi çay daşlarından, bəzisi
isə çay daşları ilə qum qarışığından düzəldilmişdir. Kurqanların bəziləri bir-birini
əvəz edən torpaq və daş qatlarından ibarətdir. Bəzi hallarda kurqanların oturacağı
bir, ya da iki sıra daşdan düzəldilmiş kromlexlə əhatə edilmişdir.
Kurqanaltı qəbirlər dördkünc formalı torpaq qəbirlərdən ibarətdir. Qəbirlər
dəfndən sonra torpaq, ya da daşla doldurulur, üzəri sal daşla, ya da taxta parçaları
ilə örtülürdü. Bəzən qəbirlər taxta lövhələrlə bir neçə mərtəbəyə bölünür və hər
qatda dəfn aparılırdı. Bəzi hallarda dəfn yalnız aşağı mərtəbədə aparılır, yuxarıda
isə qəbir avadanlığı və qurban kəsilmiş heyvanlar yerləşdirilirdi. Kurqanaltı
qəbirlərin sayı olduqca müxtəlifdir. Onların sayı 2-10 arasındadır. E. Reslerin
Bayan kəndi yaxınlığında açdığı kurqanda 18 qəbir aşkar olunmuşdur.
Gəncəçay rayonundakı kurqanların xarakterik cəhətlərindən biri, onlarda
qurbangahların olmasıdır. Qurbangahlar kurqanın təpəsində, ya da onun altında
xam torpaqda düzəldilmişdir. Qurban yerləri bəzən möhrədən, bəzən isə daşdan
düzəldilmişdir. Bəzi qurbangahlar dördkünc formalı çuxurlardan ibarət olub,
üzəri sal daşlarla örtülmüşdür. Gəncə kurqanlarının bir qrupu üçün kollektiv
dəfnlər xarakterik olmuşdur.
Gəncə və Xanlar yaxınlığında yerləşən kurqanların bəzisində skeletin sarı,
ya da qırmızı rənglə boyandığı qeydə alınmışdır. Y.İ.Hümmel tərəfindən Xanlar
yaxınlığında tədqiq edilmiş 1 №- li kurqanın mərkəzi qəbrin divarları qırmızı
rəngə boyanmışdır.
Tədqiqatçıların fikrinə görə, Gəncəçay rayonunun kurqanlarında rast
gəlinən xarakterik hallardan biri, ölülərin «parçalanmış» halda dəfn edilməsidir.
Qəbirlərdə skelet sümüklərinin çatmamısı, kəllənin ayrıca dəfn edilməsi, alt
çənənin kəllədən ayrılması onların parçalanmış vəziyyətdə dəfn edilməsi ilə izah
edilmişdir.
Gəncəçay rayonunun dağlıq hissəsində yerləşən daş qutu tipli qəbirlər
«parçalanmış skeletlər»in olması ilə xarakterizə edilir. Qəbirlərdəki «parçalanmış
skeletlər» çox ehtimal ki, kollektiv dəfn adəti ilə bağlı olmuşdur. Çünki, təkrar
dəfn zamanı əvvəlki skeletlər bir tərəfə yığıldığından, sümüklər qarışmış, o
cümlədən skeletin çənə sümüyü ayrılmışdır. Bu faktın mövcudluğu, hələ
B.A.Kuftin tərəfindən də söylənmişdir.
Y.İ.Hümmelin Xanlar yaxınlığında öyrəndiyi 7 №- li kurqanda skeletin
baş tərəfinə tısbağa qoyulduğu müəyyən edilmişdir. Bu dəfn adəti Мingəçevirin
torpaq qəbirlərində də qeydə alınmışdır.
Gəncə rayonundakı kurqanların bir qrupu üçün ağac konstruksiyalar,
yandırma adəti və at skeletinin qoyulması xarakterikdir. Gəncədən qərbdə
yerləşən 3 №- li kurqanda 3,48 x 1,63 x 2 metr ölçüdəki qəbirin üzəri ağac
tirlərlə örtülmüşdür. Tirlər odun təsirindən yanmışdır. Qəbrin şimal-qərb
küncündə insan skeletinin qalıqları, cənub-qərbində isə at skeleti olmuşdur.
Gəncə ətrafındakı düzənlikdə yerləşən 4-12 №- li kurqanlarda da belə dəfn
197
adətindən istifadə olunmuşdur. Bu kurqanlar üçün kurqanın oturacağında, ya da
materikdən bir qədər yuxarıda daşdan qurulmuş kromlexlərə təsadüf olunur.
Kurqanların üzərində daşla doldurulmuş torpaq çuxurlar, ya da daşdan
düzəldilmiş piramidalar vardır. Kurqanların hamısında ağac konstruksiyalar
aşkar olunmuşdur. Bəzi kurqanlarda ağac konstruksiyalar iki, ya da üç qat
olmuşdur. 4 №- li kurqanda üst örtük tamamilə yanmış, yalnız ağacların torpağa
basdırılmış ucları qalmışdır.
Qeyd olunduğu kimi, bu tip kurqanlarda yandırma adəti müəyyən rol
oynamışdır. 8 və 11 №- li kurqanlarda ölünün yandırıldığı aşkar olunmuşdur.
Qəbirlərin bir neçəsində tonqal birbaşa qəbirin üzərindəki ağac örtükdə
yandırılmışdır. Kurqanların altısında at skeleti aşkar olunmuşdur. 7 №- li
kurqanda isə beş at skeleti aşkar edilmişdir. E. Reslerin verdiyi məlumata görə,
11 №- li kurqanda insan skeleti at skeletinin üzərində olmuşdur. Digər
kurqanlarda yalnız at sümüklərinə rast gəlinmişdir. Kurqanlardan at skeletindən
başqa, qaban dişləri, keçi kəlləsi, qoyun və quş sümükləri də aşkar edilmişdir.
Zurnabad asfalt yolundan şərqdə aşkar olunan 1 №- li kurqanın mərkəzi
qəbrinin divarları, hər tərəfdə 12 ağac dirəklə qurulmuş və qırmızı rənglə
boyanmışdır. Мərkəzi hissədə yerləşən daş qutu tipli qəbirdə bir insan skeleti,
onun ətrafında isə müxtəlif yerlərdə altı insan və üç at skeletinə rast gəlinmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu
Qarabağda yerləşir. Qarabağın Son Tunc dövrünə aid yaşayış yerləri başlıca
olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Üçtəpə,
Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə və digər yaşayış yerləri daxildir.
Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli,
düzbucaqlı və ya oval formalı yaşayış evlərinin qalıqları aşkar olunmuşdur.
H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən
e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı aşkar olunmuşdur. Tədqiqat
zamanı bu yaşayış yerindən dördkünc bürclərlə möhkəmləndirilmiş müdafiə
divarının qalıqları aşkar olunmuşdur. Мüdafiə divarı daş özül üzərində çiy
kərpicdən inşa edilmişdir. Qarabağın yaşayış yerlərindən aşkar olunan keramika
məmulatı boz rəngdə olub müxtəlif motivli ornamentlə, o cümlədən göbələkvari
çıxıntılarla naxışlanmışdır.
Borsunluda tədqiq edilən Son Tunc dövrü kurqanlarının biri qəbilə
başçısına aid edilmişdir. Bu kurqanın altında sahəsi 256 m
2
olan böyük qəbir
kamerası qeydə alınmışdır (32 x 8 x 4). Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə
dörd qat ağac dirəklərlə örtülmüşdür. Onların arasında qalın qamış döşəmə
olmuşdur. Arxeoloji qazıntılardan kurqanın qarət edildiyi ehtimal olunur.
Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn
edilmişdir. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş ağac
döşəmə üzərində dəfn edilmişdir. Onun doqquz nəfərdən ibarət qulluqçusu və
qoruyucuları olmuşdur. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə
Dostları ilə paylaş: |