148
Günəştəpə yaşayış yerində aşkar olunan qəbirlər də tamamilə
dağıdıldığından onların formasını və dəfn adətini müəyyən etmək mümkün
olmamışdır. Boz və qara rəngli kasa tipli qablar basma ornamentlə naxışlan-
mışdır. Bu tip ornamentli keramika məmulatı Quruçay və Köndələnçay vadisinin
abidələri üçün xarakterikdir.
Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu
kupqanları ilə təmsil olunmuşdur. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li
kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc
formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər
maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.
Gəncə-Qazax zonasında Orta Tunc dövrünə aid aydın stratiqrafiya verən
yaşayış yerinə rast gəlinməmişdir. Bu regionda aşkar olunan qəbir abidələrinin
materialları Мil-Qarabağ zonasının dulusçuluq məmulatı ilə bənzərlik təşkil edir.
Babadərviş yaşayış yerinin Orta Tunc dövrü təbəqəsindən aşkar olunan
qəbir düzgün olmayan, ucları dəyirmiləşdirilmiş dördkünc formaya malikdir. O
şərq-qərb istiqamətindədir. Qəbrin qərb tərəfində dağınıq halda olan insan
skeletinin qalıqları aşkar olunmuşdur. Şərq tərəfdə iribuynuzlu heyvan balasının
skeleti və bu heyvana aid lülə sümüyü aşkar olunmuşdur. Qəbrin cənub divarı
boyunca gil qablar və tunc xəncər tiyəsi qoyulmuşdur.
Bu qəbirdən aşkar olunan üç ədəd qara cilalı qab çəhrayı astarlı olmaqla,
naxışlanma motivi və formasına görə Azərbaycanın həmdövr materiallarından
fərqlənir. Onların naxışlanmasında iki sıra cızma xətdən və yapma
ornamentlərdən istifadə olunmuşdur. Qəbirdən əldə edilmiş, kobud hazırlanmış
qablar Üzərliktəpə, II Kültəpə və Çalxanqala kurqanlarından aşkar edilmiş
materiallarla bənzərdir. Bu qəbir e.ə. XVI əsrə aid edilmişdir.
Şamxor (Şəmkir) rayonunun Keçili kəndi yaxınlığında H.P.Kəsəmənli
tərəfindən tədqiq olunan 5 №-li Keçili torpaq qəbiri tamamilə dağıdıldığından
onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Bükülü
vəziyyətdə olan skelet şimal-qərb istiqamətində olmuşdur. Onun şimal tərəfdə
olan kəlləsinin ətrafından dörd gil qab aşkar edilmişdir. Qara cilalı qabların çiyin
hissəsi basma ornamentlə naxışlanmışdır. Bu qablar bəzəmə texnikasına görə
Üzərliktəpə materialları ilə oxşardır. Analoji materiallar əsasında Keçili qəbiri
e.ə. XVII-XVI əsrlərə aid edilmişdir.
Şamxor-Gədəbəy şose yolunun yaxınlığında yerləşən nekropolda 1983-cü
ildə tədqiq edilən 4 №-li kurqan Orta Tunc dövrünün son mərhələsinə aid
material vermişdir. Torpaqda qazılmış qəbir keramikası kromlexlə əhatə edilmiş
və torpaq kurqanla örtülmüşdür. Kurqan örtüyünün altında kül layı içərisində
uşaq skeletinə, onun ətrafında saplaqlı tunc xəncər və Orta Tunc dövrü üçün
xarakterik 3 gil qab aşkar olunmuşdur. Bundan aşağıda aşkar olunan qəbir
kamerasında yanmış sümüklər dəfn edilmişdir. Buradan obsidiandan hazırlanmış
bıçaq tipli alət də tapılmışdır. Kurqan e.ə. XVII-XVI əsrlərə aid edilmişdir.
149
Xaçbulaq kurqanları. Orta Tunc dövrünə aid kurqanların bir qrupu
Daşkəsən rayonunda, Xaçbulaq yaylağında yerləşir. Xaçbulaqdakı 1 №-li kurqan
Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə
yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal- cənub
istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas
qəbiri İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan
küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə,
1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir.
Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki
skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü
vəziyyətdə dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu
heyvan sümüklərinə, ağac kömürünə rast gəlinmişdir. Kəllənin ətrafından qara,
qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə
ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur.
İkinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə
çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə xırdabuynuzlu heyvan
skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. İnsan
və heyvan skeletlərinin ortasında gil qab parçalarına rast gəlinmişdir. Bu
qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə,
Babadərviş və II Kültəpədən məlumdur.
1959-cu ildə, Xaçbulaq yaylağında, «Hamamdüzü» adlanan yerdə üç
kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin
kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir
kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş
kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir.
Kurqanın altında yerləşən torpaq qəbirin ölçüləri 2,9 x 1,3 x 0,8 m-dir. Qəbir
kamerası şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis
qaldığından, onun yalnız lülə sümüklərinə və dişlərinə aid qalıqlar aşkar
olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və
boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin
ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan
e.ə. II minilliyin ortalarına aid edilmişdir.
Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli
nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və
Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin
sonlarına aid etmişdir.
Xaçbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci
ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın
hündürlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından
qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq
qatı, tunc nizə ucluğu, gümüş düymə və qara rəngli gil qab parçaları aşkar
olunmuşdur. Bu təbəqədən altda yerləşən qəbir kamerasının uzunluğu 1,6, eni
Dostları ilə paylaş: |