134
Şəkil 65. II Kültəpədən aşkar olunmuş polixrom
boyalı qablar
135
Şəkil 66. Kükü kurqanlarından aşkar olunmuş cızma naxışlı qablar
bizim tərəfimizdən aparılan kəşfiyyat qazıntısı zamanı xeyli miqdarda
monoxrom boyalı gil qab nümunələri, həvənglər və dəstələr əldə edilmişdir.
Yaşayış yerində mədəni təbəqə aşkar olunmamışdır. Bu qrupa daxil olan yaşayış
yerlərinin bir qismində aparılan qazıntılar zamanı Orta Tunc dövrünə aid təbəqə
aşkar olunmamış, Oğlanqala yaşayış yerindən isə yalnız inkişaf etmiş Dəmir
dövrünə aid materiallar əldə edilmişdir.
136
Qulalıtəpə, Qalacıq, Qazançı yaşayış yerləri yalnız kəşfiyyat xarakterli
tədqiqatlarla öyrənilmişdir. Burada Naxçıvanın Orta Tunc dövrü üçün
Şəkil 67. Nəhəcirdən aşkar olunmuş basma naxışlı qablar
xarakterik hesab edilən boyalı qab parçalarına rast gəlinsə də, arxeoloji
materialların əksəriyyəti Tunc dövrünün sonrakı mərhələsinə aiddir.
Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir.
Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc
dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında
boyalı qab parçaları da vardır.
Naxçıvan nekropolu Naxçıvın şəhərinin şimalında, Naxçıvan-Şahbuz şose
yolunun sol tərəfində yerləşir. Nekropolun ərazisi hazırda müasir tikililərlə
137
örtülmüşdür. Qəbirlər tikinti işləri aparılarkən təsadüfən dağılmış və V.Ə.Əliyev
tərəfindən tədqiq edilmişdir.
Şəkil 68. Quyuludağdan aşkar olunmuş Orta Tunc
dövrü keramikası
Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb
istiqamətinə yonəlmişdir. Qəbirlərin ölçüləri 1,3-1,5 x 0,8 x 1 x 0,6 metrdir.
138
Onların üzəri 3-4 yastı daş piltələrlə örtülmüşdür. Qəbirlərdə cüt və kollektiv
dəfnlər olmuşdur.
Naxçıvan nekropolunun dağılmış qəbirlərindən qara, boz, polixrom boyalı
gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış
muncuqlar tapılmışdır. Qara və boz rəngli qabların bir qismi çəhrayı astarlı, bir
qismi isə hündür ayaqlı, tək qulplu, qədəh tiplidir. Onların üzəri yüngülcə
cilalanmış, bəzilərində cilalayıcı alətin izləri qalmışdır. Arxeoloji materiallara
əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir.
Çalxanqala kurqanları Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Kəngərli
rayonunun indiki Çalxanqala kəndi yaxınlığında yerləşir. Bu kurqanlar üçün tək
dəfnlər xarakterikdir. Nekropolda olan kurqanların üçü tikinti işləri aparılarkən
dağıdılmışdır. Dağılmış kurqanlar V.H.Əliyev tərəfindən tədqiq olunmuşdur.
Kurqanlar güclü dağıntıya məruz qaldığından, qəbir kamerasının formasını
müəyyən etmək mümkün olmamışdır. Kurqanların birindən (kurqan № 1) boz və
monoxrom boyalı qablar, yarpaqşəkilli tunc nizə ucu, ikincidən (kurqan № 2) boz
rəngli, monoxrom boyalı qablar, tunc xəncərlər, boru dəstəkli nizə ucluğu, tunc
sancaqlar, muncuqlar və lentşəkilli tunc əşyanın parçası aşkar edilmişdir.
Üçüncü kurqan (kurqan № 3) tamamilə dağıdıldığından, qəbir avadanlığı
kurqanın torpaq örtüyü ilə qarışmış vəziyyətdə aşkar olunmuşdur. Burada boz
rəngli və monoxrom boyalı qabların parçaları, muncuqlar aşkar olunmuşdur.
Nekropolda V.H.Əliyev tərəfindən tədqiq edilən dördüncü kurqanın
(kurqan № 4) örtüyü daş qarışıq torpaqdan ibarət olmuşdur. Onun diametri 10 m,
hündürlüyü 1,2 metrdir. Kurqan örtüyünün altındakı torpaq qəbir dördkünc
formalı olub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirin ölçüləri 1,3 x 0,6 x 1
metrdir. Oradan yalnız qara cilalı bir neçə qab parçası aşkar edilmişdir.
Çalxanqala kurqanları V.H.Əliyev tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid
edilmişdir.
Yaycı nekropolu Şərur rayonunun Aşağı Yaycı kəndi yaxınlığında
yerləşir. Su anbarı tikilərkən nekropoldakı qəbirlərin bir qrupu dağıdılmış,
monoxrom boyalı qablar aşkar edilmişdir. Qəbirlər zamanında tədqiq
olunmadığından, onların forması və dəfn adəti haqqında müəyyən fikir söyləmək
çətindir. Ehtimal ki, Yaycı nekropolunun qəbirləri daş qutu tipli olmuşdur.
Azərbaycanın cənubunda, Urmiya hövzəsində yerləşən Orta Tunc dövrünə
aid arxeoloji abidələr stratiqrafiyasına və mədəni mənsubiyyətinə görə Naxçıvan
abidələrinə bənzərdir. Bu rayonda Orta Tunc dövrü abidələri boyalı qabların
geniş yayılması ilə xarakterizə edilir. Lakin Urmiya hövzəsinin abidələri
Naxçıvanda olduğu qədər geniş öyrənilməmişdir. Odur ki, Orta Tunc dövrünün
abidələri Haftavantəpə, Göytəpə, Qordlartəpə və Dinkatəpə ilə məhdudlaşır.
139
Şəkil 69. Orta Tunc dövrünün boyalı keramikası. 1-5 – Göytəpə;
6 -10 – Naxçıvan abidələri
Haftavantəpə yaşayış yeri Cənubi Azərbaycanda, Urmiya gölünün cənub-
qərbində, Səlmas ovalığında yerləşir. Yaşayış yeri 1968-1978-ci illərdə
140
Şəkil 70. Göytəpə. Orta Tunc dövrünə aid boyalı keramika
Dostları ilə paylaş: |