122
Şəkil 58. Qazançıqalanın monoxrom boyalı keramikası
Üçüncü tikinti qatının qalınlığı 1-1,3 m-dir. Мədəni təbəqə tikinti
qalıqları, gil qab parçaları, kül layları, kömür və osteoloji qalıqlardan ibarət
olmuşdur. Birinci qazıntı sahəsində yerləşən bu tikinti qatında tək və çoxotaqlı
bina qalıqları, gil ocaq qurğuları aşkar olunmuşdur. Birinci və ikinci binalar
tamamilə dağılmışdır. Divarların salamat qalmış hissələrinə əsasən demək olar
123
ki, onlar dördkünc formalı olmuşdur. Divarlar çay daşlarından hörülərək, gil
məhlulu ilə bir-birinə bərkidilmişdir. İkinci binanın yaxınlığında silindrik
formalı, divarları hamarlanmış təsərrüfat quyusu aşkar edilmişdir. Onun
içərisindən və ətrafından aşkar olunan arpa dənləri, quyudan taxıl ehtiyatı
saxlamaq üçün istifadə olunduğunu göstərir.
Üçüncü binanın yalnız iki divarının qalığı aşkar olunmuşdur. Onun gillə
suvanmış döşəməsində həsir qalıqlarının və təsərrüfat quyusunun olduğu
müəyyən edilmişdir. Binaların içərisindən daş əmək alətləri, monoxrom boyalı
qab parçaları tapılmışdır.
Çoxotaqlı beşinci binanın yalnız təməlinin bir hissəsi qalmışdır. O
arakəsmə divarla bir neçə hissəyə bölünmüşdür. Yaşayış binasının ümumi sahəsi
50 m
2
-dir. Binanın döşəməsinə çay daşları düzülərək, döyəclənmişdir. Bu binaya
aid otaqlardan birinin içərisindən daş büt və ortasında nov açılmış uzunsov daş
aşkar olunmuşdur. V.H.Əliyevin fikrinə görə, bu tikinti ziyarətgaha aid binanın
qalıqlarıdır. Onun ətrafından dən daşları, həvəng dəstələrinin qırıqları, ox
ucluqları və keramika tapılmışdır.
Bu tikinti qatında, yaşayış binalarının arasında xeyli miqdarda gil ocaq
qalıqları aşkar olunmuşdur. Onların biri dördkünc formalı, qalanları isə «P»
şəkillidir. Ocaqlardan uzun müddət istifadə olunduğuna görə, divarları
qızarmışdır. Onların ətrafından gil butə parçaları, bazalt cinsli daşdan çəkiclər
aşkar olunmuşdur. Şübhəsiz ki, yaşayış yerinin bu hissəsi sənətkarların-
metallurqların məskəni olmuşdur.
Birinci qazıntı sahəsində qeydə alınan dulusçuluq emalatxanasının sahəsi
15 m
2
-dir. Onun içərisindən kül, kömür qalıqları, monoxrom boyalı və sadə qab
parçaları aşkar olunmuşdur.
İkinci qazıntı sahəsindən üç bina qalığı aşkar olunmuşdur. Bu binalar
dördkünc formalı olub, çay daşlarından hörülmüş təməl üzərində, çiy kərpic-
lərdən tikilmişdir. Üçüncü binanın yaxınlığında ocaq qalıqları və onun üzərində
yerləşdirilmiş gil tava aşkar olunmuşdur. Şübhəsiz ki, bu ocaq çörək bişirmək
üçün olmuşdur. Ocağın ətrafında döşəməyə dağılmış taxıl dənləri tapılmışdır.
Üçüncü tikinti qatında, Narınqalanın içəri tərəfində üçotaqlı bina qalıqları
aşkar olunmuşdur. Şimal tərəfdən müdafiə divarına söykənən bu binanın təməli
çay daşlarından tikilmişdir. Binanın bir hissəsi qazıntı sahəsindən kənara çıxır.
Onun qeydə alınan hissəsinin sahəsi 30 m
2
-dir. Üçüncü tikinti qatından aşkar
olunan arxeoloji materiallar dən daşları, çəkic, sürtkəc, bülöv, həvəng dəstələri,
sümükdən hazırlanmış əmək alətləri, monoxrom və polixrom boyalı qablar, boz,
qara və çəhrayı rəngli sadə qablardan ibarətdir. Bu tikinti qatında monoxrom
boyalı qablar sayca azalır. Heyvan şəkilləri ilə bəzədilmiş polixrom boyalı
qablara isə daha çox rastlanır. Yaşayış yerinin ən üst təbəqəsində yerləşən
dördüncü tikinti qatı
124
Şəkil 59.
Orta Tunc dövrünə aid monoxrom boyalı kasalar:
1,2 - Yayıcı, 3, 4 - Çalxanqala, 5, 6 - Qaraçuq,
8 - Qıvraq, 7 - Şahtaxtı
70-80 sm qalınlığındadır.
Bu təbəqədə müxtəlif yaşayış binalarının və dulus emalatxanalarının
qalıqları, heyvan sümükləri, əmək alətləri aşkar olunmuşdur.
Tikinti qatından aşkar olunan birinci bina dulus emalatxanasının
qalıqlarından ibarətdir. Onun divarları iri çay daşlarından hörülmüşdür. Binanın
içərisindəki dulus kürəsinin yalnız odluğu salamat qalmışdı. Dairəvi formalı
125
kürənin diametri 1,2 m-dir. Onun ətrafında 9 m
2
sahəyə yayılmış kül və kömür
qalıqları izlənmişdir. Bu tikinti qatından aşkar olunan üçüncü, beşinci və
yeddinci bina çoxotaqlı, digərləri isə birotaqlıdır. Binaların içərisindən əmək
alətləri, gil qab parçaları tapılmışdır.
Birinci qazıntı sahəsinin şərq hissəsində silindrik formalı 4 təsərrüfat
quyusunun olduğu müəyyən edilmişdir. Onların dərinlikləri 0,9-1,6 m
arasındadır. Quyuların dibində çürümüş taxıl qalıqları aşkar edilmişdir.
İkinci qazıntı sahəsinin 4-cü tikinti qatında şimal-cənub istiqamətində inşa
edilmiş müdafiə divarının qalıqları qeydə alınmışdır. Divar iri həcmli çay
daşlarından hörülmüş təməl üzərində kvadrat formalı çiy kərpiclərdən tikilmişdir.
O, tikinti texnikasına görə birinci ilə eyni olub ondan bir qədər içəridə yerləşir.
Arxeoloji materiallara əsaslanaraq demək olar ki, ikinci müdafiə divarı e.ə. XVII-
XVI əsrlərə aiddir. Bu dövrdə əvvəlki müdafiə divarının üzərində dulus kürəsinin
qalıqlarına rast gəlinməsi onun əhəmiyyətini itirdiyinə sübutdur.
İkinci müdafiə divarından xaricdə çiy kərpicdən hörülmüş, dördkünc
formalı bina qalıqları qeydə alınmışdır. Onun yaxınlığından kül yığını, yanmış
sümüklər, buynuz və keramika parçaları əldə edilmişdir. Yaxınlıqda gil ocağın
qalıqlarının olması və tavaşəkilli, qalın divarlı gil əşyalara, taxıl dənlərinə təsadüf
edilməsi, burada çörək bişirildiyini söyləməyə imkan verir.
II Kültəpənin dəqiq stratiqrafiyası yalnız Azərbaycanın deyil, bütün
Cənubi Qafqazın Orta Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün
əhəmiyyətlidir. Bu abidənin Orta Tunc dövrü təbəqəsi V.H.Əliyev tərəfindən 4
dövrə bölünmüşdür. Birinci dövr e.ə. XX-XIX, ikinci e.ə. XVIII-XVII, üçüncü
e.ə. XVII-XVI, dördüncü e.ə. XV-XIV əsrlərə aid edilmişdir. Aşkar edilmiş
arxeoloji materiallara və yaşayış yerinin planına əsaslanaraq, V.H.Əliyev II
Kültəpəni şəhər tipli yaşayış mənskəni kimi xarakterizə etmişdir.
Şahtaxtı yaşayış yeri Kəngərli rayonunun Şahtaxtı kəndi yaxınlığında,
Qıvraq yaylasının cənub qurtaracağında, əlverişli coğrafi mövqedə salınmışdır.
Ə.K.Ələkbərov tərəfindən 1936-cı ildə yaşayış yerində aparılan kiçik qazıntı
işləri zamanı 3 m qalınlığı olan mədəni təbəqəyə rastlanmışdır. 1979-1981-ci
illərdə Şahtaxtı yaşayış yerində 100 m
2
sahədə arxeoloji qazıntı işləri
aparılmışdır. Qazıntılardan Orta Tunc dövrünə aid müdafiə divarının qalıqları,
dən daşları, gil məmulatı aşkar olunmuşdur. Tapıntılar arasında monoxrom
boyalı qablar və basma naxışlı gil qab parçaları da vardır. Burada aşkar olunan
yaşayış binaları dağıldığından, onların planını müəyyən etmək mümkün
olmamışdır. Salamat qalmış divar qalıqlarına əsasən demək olar ki, onların
tikintisində çay daşı və kərpicdən istifadə edilmişdir. Мüdafiə divarının uzunluğu
20, eni 2,3, hündürlüyü 1,2 m-dir.
Dostları ilə paylaş: |