152
Qəbirdə qoyun skeleti, iribuynuzlu heyvan sümükləri, tunc xəncər, boru dəstəkli
tunc nizə ucu və gil qab parçaları aşkar olunmuşdur. Qablardan birinin üzərində
qırmızı boya izləri qalmışdır. Qəbirdən aşkar olunan xəncər tiyəsi və boru
dəstəkli nizə ucluğunun tipoloji analizi bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid
etməyə imkan verir.
Kromlexlə əhatə olunmuş 17 №-li kurqanda qəbir kamerası cənub-
qərbdən şimal-şərqə doğru qazılmış, üzəri 1 ədəd yastı daşla örtülmüşdür. Skelet
sol böyrü üstə, bükülü vəziyyətdə aşkar olunmuşdur. Skeletin ətrafından bir ədəd
çəhrayı rəngli çölmək, boz rəngli bir kasa və bir küpə əldə edilmişdir. Aşkar
olunmuş materiallar Böyükdaş yaşayış yerinin materialları ilə bənzər
olduğundan, bu kurqan Orta Tunc dövrünün ilk mərhələsinə aid edilmişdir.
Мuğan düzündə, Azərbaycanın cənub-şərqində Orta Tunc dövrünə aid
yaşayış yerləri az öyrənilmişdir.
Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı
çayın sahilində yerləşir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun
üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-
Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az
yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa
əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük
əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı
morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa
qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları
daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu
qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr
fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin
yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır.
Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar
yerləşdirilmişdir.
İkinci qrupa boz və qara rəngli nazik divarlı keramika daxildir. Onların
gilinə narın qum qatılmış, yaxşı sığallanmış və parıldayanadək cilalanmışdır. Bu
qrupa daxil olan qablar arasında incə cızma bəzəməli, konnelyur ornamentli
küpələr diqqətəlayiqdir. Bu qrupdakı keramikanın naxışlanmasında cızma xətlər
və nöqtələrin kominasiyasından geniş istifadə edilimşdir. Gil qabların naxışlanma
motivi Trialeti, Üzərliktəpə və Lçaşen keramikası ilə bənzərlik təşkil edir. Bu
qrupa daxil olan bikonus formalı qablar, üfiqi qulaqcıqları olan kasalar, üçayaqlı
qablar xüsusilə fərqlənirlər. F.R.Мahmudov Мişarçay yaşayış yerinin Orta Tunc
dövrü təbəqəsindən aşkar edilən və Kür-Araz mədəniyyətinin son mərhələsi üçün
xarakterik olan, dekorativ elementlərə malik keramikanı e.ə. III-II minilliklərin
qovşağına aid etmişdir.
Cəfərxanlı yaşayış yeri Cəlilabad rayonunun eyniadlı kəndi yaxınlığında,
İncəçayın sağ sahilində yerləşir. Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə
şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur.
153
Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi
müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy
kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək
alətləri və keramika məmulatı aşkar olunmuşdur.
Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa
daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə
naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarı-
qəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə
qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı
küpələrdir. Qabların boğazı çəpinə çərtmələr və sünbülşəkilli ornamentlə
naxışlanmışdır. Üçüncü qrupa monoxrom boyalı qablar daxildir. Onlar qırmızı
rəng üzərindən qara rənglə lanmışdır.
Yaşayış yerinin dövrünün müəyyənləşdirilməsində Orta Tunc dövrünün
erkən mərhələsində meydana çıxan və Kür-Araz mədəniyyəti ilə bağlantılı olan
dirsəkşəkilli qulplar əhəmiyyətlidir. Bəzi qulpların yuxarı hissəsi zoomorf
fiqurlarla tamamlanır. Aşkar olunmuş materiallar Cəfərxanlı yaşayış yerini e.ə.
III-II minilliklərin qovşağına aid etməyə imkan verir.
Azərbaycanın şimal-şərqində Orta Tunc dövrünə aid arxeoloji abidələr az
öyrənilmişdir. Bu regionda Orta Tunc dövrü yaşayış yerləri Quba rayonunda
İbrahimxəliltəpə, Xaçmaz rayonunda Sərkərtəpə, Borispoltəpə kimi abidələrlə
təmsil edilməkdədir. Aşkar olunmuş arxeoloji materiallar daş əmək alətləri və
keramika məmulatı ilə xarakterizə olunur. Bu yaşayış yerlərinin keramikası
başlıca olaraq qonur və boz rəngli sığallanmış qab parçalarından ibarətdir. Bəzi
qabların üzəri cızma və yapma ornamentlə naxışlanmışdır.
Tapıntılar arasında sümükdən bizlər, iynələr, cilalayıcı alətlər, oraq dişləri
və metal əşyalar da əhəmiyyət kəsb edir.
Azərbaycanın şimalında yerləşən abidələr qrupuna Şəkidə Əyriçay
vadisində yerləşən Küdürlü kurqanları da daxildir. Küdürlüdə aşkar olunan
səkkiz kurqan e.ə. II minilliyin birinci rübbünə aid edilmişdir. Kurqanlarda arxası
üstə, bükülü vəziyyətdə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Tədqiqatlar
zamanı qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
İlk Tunc dövrü yaşayış yerlərinin bir neçəsində həyatın e.ə. II minilliyin
ortalarına qədər davam etməsi bu ərazidə Orta Tunc dövrü tayfalarının
məskunlaşdığını göstərir. Yaşayış məskənlərinin azlığı bir tərəfdən regionun az
öyrənilməsi ilə bağlıdırsa, digər tərəfdən də ehtimal ki, Orta Tunc dövründə
burada həyatın yarımköçəri maldarlığa bağlanması ilə əlaqədardır. Regionun
arxeoloji abidələri başlıca olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir.
Orta Tunc dövrünə aid yaşayış yerlərinin bir neçəsi özündən əvvəlki İlk
Tunc dövrü məskənlərində salınmışdır. Bunların sırasına I Kültəpə, II Kültəpə,
Şortəpə, Göytəpə, Qordlartəpə, Haftavantəpə kimi abidələr daxildir. Bu yaşayış
yerləri öz topoqrafik xüsusiyyətlərinə görə, İlk Tunc dövrü yaşayış yerlərindən
fərqlənmirlər. Onlar gur sulu çayların sahilində, əkinçilik və maldarlıq üçün
Dostları ilə paylaş: |