144
təbəqə kifayət qədər yığıldığından bu abidələrdə Orta Tunc dövrünün bütün
mərhələləri izlənmişdir. Digər yaşayış yerlərində mədəni təbəqə az yığılmışdır.
Faktların araşdırılması göstərir ki, bu regionda Orta Tunc dövrünün
başlanğıcından etibarən, bir qismi oturaq, digər bir qismi köçəri, yaxud
yarımköçəri həyat sürən tayfalar məskunlaşmışdır. Bu regionda meydana gələn
Orta Tunc dövrü mədəniyyəti Kür-Araz mədəniyyətindən boyalı qabların
meydana çıxması və istifadə edilməsi ilə fərqlənir. Bu mədəniyyətin Kür-Araz
mədəniyyətindən törəməsi ilə bağlı bəzi tədqiqatçıların mülahizələri, fikrimizcə
doğru deyil.
Qarabağ mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan
abidələr Мil-Qarabağ düzü, Quruçay və Köndələnçay vadisini əhatə etmişdir. Bu
qrupa aid abidələrdə qara rəngli cilalı və basma naxışlı keramika üstünlük təşkil
edir. Azərbaycanın cənub rayonları üçün xarakterik olan boyalı keramika bu
qrupda az yayılmışdır.
Мil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış
yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən
əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir.
Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji
qazıntılar 484 m
2
sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində
mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı
aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə
xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur.
İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə
olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları
aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə
suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə
örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba
qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal
ərintisi olduğu müəyyən edilmişdir.
Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə
edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən «tökməçi evi» kimi xarkterizə
edilmişdir.
Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2
qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir.
Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma
ornamentlərlə naxışlanmışdır.
145
Şəkil 72. Üzərliktəpənin qara cilalı basma
naxışlı keramikası
Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə
seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini
çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Çiy kərpicdən
hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun
giriş qapılarından biri kontrforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və
ağac örtüklü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur.
Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır.
Evlərin dağılması və mədəni təbəqənin yığılması nəticəsində müdafiə
divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə
divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə
torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir.
İkinci və üçüncü təbəqənin keramikası K.X.Kuşnaryeva tərəfindən vahid
kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında
xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha
mükəmməl ornamentlə əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli
keramikasından tamamilə
fərqlənən boyalı qablar meydana çıxır.
K.X.Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında
yaranan tərəqqi ilə bağlayır. Fikrimizcə, bu heç də doğru deyildir. Üzərliktəpənin
qara cilalı keramikasından fərqlənən monoxrom boyalı qablar, fikrimizcə, başqa
bir mədəniyyətin təsirini əks etdirir və bu haqda aşağıda daha ətraflı məlumat
veriləcəkdir. Hazırda isə söyləmək olar ki, bu mədəniyyət Naxçıvan-Urmiya
hövzəsi boyalı qablarının şimala doğru irəliləməsinin sübutu olaraq qəbul edilə
146
bilər. Üzərliktəpənin gil məmulatı içərisində boyalı qabların olduqca az (2%)
olması bunu bir daha təsdiq edir.
Şəkil 73. Çinartəpənin Orta Tunc dövrü keramikası
Мil-Qarabağ düzünün digər yaşayış yerləri kəşfiyyat xarakterli
araşdırmalarla öyrənilmişdir. Onlar arasında Rəsultəpə, Çinartəpə, Toxmaxtəpə,
Ağtəpə və digər abidələr vardır. H.F.Cəfərov bu abidərdən aşkar olunan
keramika məmulatını üç qrupa ayırmışdır. Bu yaşayış yerlərinin kompleksində
qara cilalı basma naxışlı və boyalı keramika məmulatı vardır.
Qaraköpəktəpədən aşkar olunmuş arxeoloji materialların əksəriyyəti gil
məmulatından ibarətdir. Onların çoxu boz və qara cilalı, ştamp naxışlı qablarla
təmsil olunmuşdur. Bu təbəqədə aşkar olunan boyalı qablar sayca olduqca azdır.
Q.S.İsmayılovun fikrincə, bu vəziyyət Quruçay və Göndələnçay vadisinin digər
Orta Tunc dövrü abidələri üçün də xarakterikdir.
147
Quruçay və Göndələnçay vadisində Orta Tunc dövrünə aid maddi-
mədəniyyət qalıqları Günəştəpə, Xantəpə, Uzuntəpə, Мeynətəpə, Şomulutəpə,
Kültəpə yaşayış yerlərində də aşkar olunmuşdur. Qeyd edildiyi kimi, bu yaşayış
yerlərinin keramikası boz, ya da qara cilalı basma naxışlı qablarla xarakterizə
edilir. Azlıqda qalan monoxrom və polixrom boyalı qablar Naxçıvan-Urmiya
regionunun keramikası ilə bənzərdir.
Şəkil 74. 30 № - li Borsunlu kurqanının planı və kəsiyi
Bu regionda qəbir abidələri Qarabulaq nekropolunda və Günəştəpə
yaşayış yerində aşkar olunmuşdur.
Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ
sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz
qaldığından, onun formasını və dəfn adətini müəyyən etmək mümkün
olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara
aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli
badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və
basma ornamentlə naxışlanmışdır.
Dostları ilə paylaş: |