104
alt qatlarından aşkar edilən tunc əşyalar metalişləmənin
inkişaf səviyyəsindən
xəbər verir. Ola bilsin ki, bu mərhələdə metal oraqlardan da istifadə edilmişdir.
İkinci və üçüncü mərhələnin biçin alətləri qurama oraqların dişləri ilə
təmsil edilmişdir. I Kültəpədən əldə edilən mis-mısyak ərintisindən hazırlanan
tunc orağın parçaları da bu dövrə aiddir. Qeyd etmək olar ki, İlk Tunc dövrünün
bütün mərhələlərində qurama oraqlar əsas yer tutmuşdur.
I Kültəpə tapıntıları göstərir ki, biçindən sonra taxıl
dərz şəklində
bağlanmış və yaşayış yerinə gətirilmişdir. İlk mərhələdə taxıl əllə, sonrakı
mərhələdə isə ağac vəllər vasitəsilə döyülmüşdür.
Yığılmış taxıl ehtiyatları taxıl quyularında və təsərrüfat küplərində
saxlanmışdır. Babadərviş və Yanıqtəpədən əldə olunan materiallar göstərir ki,
taxılın yığılması üçün xüsusi anbarlar olmuşdur.
Taxıl emalının sonrakı mərhələsində dən daşlarından istifadə edilmişdir.
Çörək I Kültəpədən məlum olan ikiqatlı sobalarda, yaxud gil tavalarda
bişirilmişdir.
İlk Tunc dövründə təsərrüfatın mühüm sahələrindən biri də maldarlıq
olmuşdur. Мaldarlığın inkişaf səviyyəsi osteoloji qalıqların və öküz fiqurlarının
tədqiqi ilə müəyyən edilmişdir. Azərbaycanın İlk Tunc dövrü abidələrindən xeyli
miqdarda osteoloji material əldə edilmişdir. Onların
içərisində öküz sümükləri
üstünlük təşkil edir. Tapıntılar arasında qoyun, keçi, donuz, köpək və at
sümükləri də vardır.
Kür-Araz mədəniyyətinin ilk mərhələsində iribuynuzlu
heyvan sümükləri üstünlük təşkil etmişdir (75- 80 %). Babadərviş yaşayış yerinin
ilkin mərhələsində iribuynuzlu heyvanlar 90 % olmuşdur. Q.S.İsmayılovun
fikrincə, sürüdə iribuynuzlu heyvanların üstünlük təşkil etməsi oturaq həyat tərzi
ilə bağlı olmuşdur.
Başlıca olaraq, qoyun və keçi sümükləri ilə təmsil olunan xırdabuynuzlu
heyvanlar ilk mərhələdə ikinci yeri, sonrakı mərhələdə isə inkişaf edərək birinci
yeri tutmuşdur. Bu, bütün yaşayış yerlərində özünü aydın şəkildə göstərmişdir.
Üçüncü mərhələdə gil qablar üzərində xırdabuynuzlu
heyvanlara aid
buynuzşəkilli relyef ornamentlərin meydana çıxması da bununla bağlıdır.
Xırdabuynuzlu heyvanların sayca artması, tədqiqatçılar tərəfindən yarımköçəri
maldarlığının inkişafı ilə əlaqələndirilmişdir. Yaşayış yerlərinin topoqrafiyasına
və bir çox yerləşmələrdə mədəni təbəqənin az yığılmasına əsasən söyləmək olar
ki, yarımköçəri maldarlıq Azərbaycanda artıq Kür-Araz mədəniyyətinin ikinci
mərhələsində mövcud olmuşdur.
Qobustan istisna olmaqla, Azərbaycanın qədim yaşayış yerlərində heyvan
ağılı aşkar olunmamışdır. Ola bilsin ki, heyvanlar yaşayış yerinin yaxınlığında,
xüsusi hasarlanmış sahədə saxlanmışdır.
Мaldarlığın inkişaf etməsi təkərli nəqliyyatın və əkinçiliyin də inkişafına
təkan vermişdir. İribuynuzlu heyvanlardan taxıl
döyümündə istifadə edilməsi
əmək məhsuldarlığını və cəmiyyətin inkişafı üçün zəruri olan izafi məhsul
istehsalını artırmışdır.
105
Osteoloji materialların analizi Kür-Araz mədəniyyəti tayfalarının
həyatında ovçuluğun da müəyyən yer tutduğunu göstərir. Başlıca olaraq ceyran,
maral, ayı, pişik və b. heyvanlar ovlanmışdır. Vəhşi heyvanlara aid osteoloji
qalıqların az olması (10 %) onların təsərrüfatda ikinci dərəcəli yer tutuduğunu
göstərir.
Kür-Araz mədəniyyəti abidələrindən kütləvi şəkildə aşkar
olunan
keramika məmulatı dulusçuluğun iqtisadiyyatın əsas sahələrindən biri olduğunu
göstərir. Kür-Araz mədəniyyəti dövründə dulusçuluğun inkişafında hiss ediləcək
irəliləyiş gözə çarpır. Tədqiqatlar göstərir ki, bu dövrdə dulusçuluq ev sənəti
çərçivəsindən kənara çıxaraq, ixtisaslaşmış istehsal sahəsinə çevrilmişdir. Kür-
Araz mədəniyyətinin ilk mərhələsindən başlayaraq qabların yaxşı yoğrulmuş
gildən hazırlanması, simmetrik formalaşdırılması,
keyfiyyətli bişirilməsi və
anqoblanması bununla bağlıdır.
Keramika məmulatı təkmil konstruksiyalı birkameralı dulus kürələrində
bişirilmişdir. Lakin gil qabların bir qismində bişməmiş təbəqənin olması və bəzi
qabların səthində yaranan ləkələr xammalın texnologiyasında və bişirmə
texnikasında yüksək səviyyəyə çatılmadığını göstərir. İlk mərhələdə xammalın
texnologiyası və bişirmə texnikası ilə bağlı axtarışlar ikinci mərhələnin sonunda
müvəffəqiyyətlə nəticələnmişdir. Bu dövrdə nazik divarlı və yaxşı cilalanmış
qablar ortaya çıxmışdır.
II Kültəpənin VII tikinti qatından əldə edilən unikal dulus kürəsinin
qalıqlarına hələlik Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Üçüncü
mərhələdə dulusçuluq istehsalı daha da ixtisaslaşmış və yüksək inkişaf etmişdir.
Bu mərhələdə nazik divarlı, yaxşı cilalanmış qablar üstünlük təşkil edir. Bəzi
qabların üzəri qara rəngli boya ilə örtülmüşdür. Qabların
analizi də bunu təsdiq
etmişdir. Bu mərhələnin keramikası həm də zəngin ornamentasiyası ilə fərqlənir.
Naxışlar qabların gövdəsinə yüksək ustalıq və zövqlə çəkilmişdir.
Tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində boz
rəngli keramika da müəyyən yer tutmuşdur. İkinci mərhələdə çəhrayı rəngli
keramika azalmağa doğru getmiş, üçüncü mərhələdə isə olduqca az qeydə
alınmışdır.
Keramika məmulatının əsasını gil qablar təşkil edir.
Birinci mərhələyə aid
gil qablar başlıca olaraq II Kültəpədən, I Kültəpənin alt qatlarından Göytəpə,
Babadərviş və Мingəçevirdən əldə edilmişdir. II Kültəpədən tapılan gil qabların
58,5 %-i boz, 32,5 %-i isə çəhrayı rəngdə bişirilmişdir. Bu mərhələnin xarakterik
xüsusiyyəti qabların ağız kənarının dördkünc formada xaricə çıxması,
yarımşəkilli uzunsov formalı qulplar və gil qabların hər iki tərəfdən yaxşıca
sığallanaraq, xaricdən anqoblanmasıdır.
Qablar tərkibinə narın, bəzən isə iri qum qatılmış gildən hazırlanaraq yaxşı
bişirilmişdir. İri qum əsasən təsərrüfat qablarının tərkibinə qatılmışdır. Bəzi
qabların xarici divarlarında nəzərə çarpan ləkələr, gilin yoğrulması və bişirilmə