102
qatlarında da izlənmişdir. Bu baxımdan, II Kültəpənin altıncı tikinti qatında aşkar
olunan bina maraq doğurur. Düzdür, divarlar yaxşı qalmadığından onun planını
müəyyən etmək mümkün olmamışdır. Burada qeydə alınan divarın qərb tərəfində
dairəvi ocaq, onun yaxınlığında düzəldilmiş dördkünc formalı platforma üzərində
isə heyvan sümükləri və öküz başına bənzədilmiş ocaq qurğularının parçaları
tapılmışdır. Yaşayış yerinin bu hissəsində ziyarətgah olduğu ehtimal edilir.
II Kültəpənin beşinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın
qalıqları daş təməl üzərində çiy kərpiclərdən tikilmişdir. Kərpiclərin ölçüsü 40 x
40 x 10 sm- dir. Binanın şimaldakı divarı daha enli olub, bir neçə sıra çiy
kərpicdən hörülmüşdür. Bu divarın cənubunda möhrə platforma qalıqları və iki
ədəd öküz başı formalı ocaq qurğusunun parçaları əldə edilmişdir. Binanın bu
hissəsinin patriarxal ailəyə mənsub bir ziyarətgah olduğunu söyləmək olar.
Dördüncü tikinti qatında metaləritmə kürəsinin ətrafında rast gəlinən divar
qalıqları daş təməl üzərində bir sıra çiy kərpicdən tikilmişdir.
II Kültəpənin ikinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın divarları
yanlarda iri həcmli çay daşlarından hörülərək, arası kiçik həcmli daşlarla
doldurulmuşudr. Bu binadakı otaqlar qapı keçidləriylə bir-biri ilə əlaqələn-
dirilmiş, otaqların içərisində dairəvi ocaqlar aşkar edilmişdir. Binanın qərb
divarının qalınlığı 1,5 m-dir. Ola bilsin ki, bu divar binanın xarici qatına aid
olmuş və müdafiə məqsədilə tikilmişdir.
Bu tikinti qatında rastlanan dördkünc planlı binanın divarları kvadrat
formalı olub 40 x 40 x 10 sm ölçülü iki sıra çiy kərpicdən tikilmişdir. Birinci
tikinti qatında qeydə alınan təsərrüfat məqsədli bir-birinə paralel tikilən
divarların qalıqları daş təməl üzərində, eyni texnika ilə tikilmişdir. Divarın
tikintisində istifadə olunan çiy kərpiclər kvadrat formalıdır.
Dördkünc formalı binaların içərisində dayaq dirəkləri üçün daşların
olmamasından O.H.Həbibullayev bu qənaətə gəlmişdir ki, bu evlərin damı yastı
olmuşudur. Nəticə çıxararkən, tədqiqatçı həm də Naxçıvanın etnoqrafik
xüsusiyyətlərini əsas götürmüşdür. Lakin, bizim apardığımız araşdırmalar
göstərir ki, dördkünc formalı binalar dayaq dirəkləri olmadan belə, ikiyanlı
çadırşəkilli örtüklə qapadıla bilər.
Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi göstərir ki, onlar su tutarlarının
yaxınlığında, başlıca olaraq çayların kənarında salınmışdır. Yaşayış yerlərinin
salınmasında əkinçilik və yarımköçəri maldarlıq üçün əlverişli olan mövqelər
seçilmişdir ki, bu da həmin mədəniyyəti yaradan tayfaların inkişaf xüsusiyyəti ilə
bağlı olmuşdur.
Yaşayış binalarının arxitekturasının və tikinti texnikasının öyrənilməsi,
Kür-Araz mədəniyyəti dövründə Eneolit ənənələrinin qorunub saxlandığını və
inkişaf etdirildiyini göstərir.
İqtisadiyyat. Arxeoloji abidələrdən aşkar olunmuş maddi-mədəniyyət
nümunələri Erkən Tunc dövrünün iqtisadi həyatının müəyyən sahələrini
öyrənməyə imkan verir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi təsərrüfatın
103
müxtəlif sahələrinin, xüsusilə əkinçiliyin və maldarlığın inkişaf etdiyini göstərir.
Əkinçiliyin İlk Tunc dövründə yüksək inkişafı təbii şəraitlə, həmçinin burada,
yabanı taxıl bitkilərinin olması ilə bağlı olmuşdur. Azərbaycanda, xüsusilə
Naxçıvan ərazisində qədim dövrdə yumşaq və bərk buğda, çoxcərgəli
butılkaşəkilli arpa və digər taxıl növləri bitmişdir. Erkən Tunc dövründə
becərilən taxıl qalıqları Azərbaycanın bir sıra yaşayış yerlərində, o cümlədən I
Kültəpə, II Kültəpə, Babadərviş, Qaraköpəktəpə və b. abidələrdə aşkar
olunmuşdur. Taxıl quyuları və taxıl qalıqları İlk Tunc dövrü abidələrin
əksəriyyətindən tapılmışdır. I Külətəpədən hətta noxud və darı dənləri də aşkar
olunmuşdur.
Arxeoloji tapıntılar Azərbaycanda dənli bitkilərin müxtəlif növlərinin
becərildiyini göstərir. I Kültəpənin və Babadərvişin İlk Tunc dövrü təbəqəsindən
çoxcərgəli arpa dənlərinin tapılması xüsusilə maraqlıdır. Q.Xelbekin fikrinə görə,
altıcərgəli arpa, intensiv suvarma zonalarında ikicərgəli arpadan törəmişdir.
Naxçıvan ərazisində yabanı, altı cərgəli arpa aşkar olunduğundan, demək olar ki,
bu növ Azərbaycanda yerli zəmində, yabanı növlərdən yaranmışdır.
Arxeoloji abidələrin dağ ətəklərində, gur sulu çayların sahilində yerləş-
məsi, şübhəsiz ki, suvarma əkinçiliyinin inkişafına kömək etmişdir. Ərazinin
relyefi müəyyən dərəcədə buna şərait yaratmışdır. II Kültəpə ətrafındakı ərazinin
öyrənilməsi göstərir ki, bu yerlər Naxçıvançaydan çəkilmiş kanallar vasitəsi ilə
suvarılmışdır. Bu dövrdə şübhəsiz ki, dəmyə əkinçilik də geniş yayılmışdır.
O.H.Həbibullayevin fikrinə görə, qədim dövrdə iqlim daha mülayim və rütubətli
olmuşdur. B.B.Piotrovsi də qədim taxıl dənlərinin öyrənilməsi nəticəsində bu
fikrə gəlmişdir. Ola bilsin ki, ilk zamanlar süni suvarma olmadan da əkinçilik
olmuşdur.
Azərbaycanın Kür-Araz abidələrinin tədqiqi zamanı xeyli daş toxalar
aşkar edilmişdir. Bu, toxa əkinçiliyinin inkişaf etməkdə olduğunu göstərir.
Torpağın becərilməsi üçün ağac və sümük alətlərdən də istifadə edilmişdir.
Qoşqu qüvvəsi tətbiq edilməklə şumlama əkinçiliyinin nə zaman meydana
gəldiyini söyləmək çətindir. Lakin tədqiqatçılar təkər modeli və öküz fiqurlarına
əsaslanaraq İlk Tunc dövründə qoşqu qüvvəsinin tətbiq edildiyini söyləmişlər.
Öküz fiqurları I Kültəpənin alt qatlarında aşkar olunmuşdur. Bütün öküz
fiqurlarının boğazında ikitərəfli dairəvi deşik açılmışdır. Q.Klark qeyd etmişdir
ki, öküzlərdən qoşqu qüvvəsi kimi arabaya qoşulmazdan əvvəl istifadə
edilmişdir. Ehtimal ki, qoşqu qüvvəsi Azərbaycanda Tunc dövrünün ilk
mərhələsində tətbiq edilmişdir. II Kültəpənin alt qatlarında təkər modellərinə rast
gəlinməsi, təkərli nəqliyyatın da erkən meydana gəldiyini göstərir.
Kür-Araz mədəniyyətinin ilk mərhələsində əkinçilikdə obsidian və
çaxmaqdaşından hazırlanmış oraq dişlərindən istifadə edilmişdir. Dən daşlarının
və həvəngələrin təkmil forması Kür-Araz mədəniyyətinin ilk mərhələsində
əkinçiliyin kifayət qədər inkişaf etmiş səviyyədə olduğunu göstərir. II Kültəpənin
Dostları ilə paylaş: |